Bazar günü günü, 20 sentyabr 2026
     

Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

Image


Abutalıb Səmədov: “Tamamilə mümkündür ki, bir həftədən sonra...”

ABŞ Prezidenti Donald Tramp son həftələrdə Ukrayna və onun lideri Volodimir Zelenski ilə bağlı daha nikbin mövqe nümayiş etdirir. Bu barədə The Wall Street Journal nəşrinə mənbələr məlumat verib.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Tramp Ukrayna prezidentinin dözümlülüyündən təsirlənib. Bildirilir ki, bu dəyişiklik bir neçə beynəlxalq sammit çərçivəsində keçirilən görüşlərdən sonra baş verib. Həmin görüşlər zamanı Zelenski Trampın dəstəyini qazanmağa çalışıb.

Mənbələr qeyd edib ki, bu, Avropa liderlərinin Ukrayna rəhbəri ilə ABŞ prezidenti arasında münasibətləri yaxşılaşdırmağa yönələn razılaşdırılmış səylərinin bir hissəsi olub.

Nəşrin məlumatına görə, Tramp Ukraynanın pilotsuz uçuş aparatları sahəsində imkanlarına, xüsusilə də ABŞ-ın İranla bağlı qarşıdurmada üzləşdiyi dron təhdidlərinə qarşı müdafiə qabiliyyətinə maraq göstərib.

ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrindən biri bildirib ki, Tramp qalibləri sevir və onun fikrincə, Zelenski getdikcə belə bir lider təsiri bağışlayır.

Bu arada Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, ABŞ-ın münasibətləri hər görüşdə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. M.Podolyak qeyd edib ki, yarım il əvvəlki görüşlə bu dəfəki görüş bir-birindən kəsin şəkildə fərqlənir və Trampın tamam fərqli münasibəti var. O, qeyd edib ki, xüsusən də hərbi əməkdaşlıq “Patriot”un birgə istehsalı sahəsində proseslərin bir qədər gözləmək lazımdır. Ukrayna səmasının bağlanmasının da burada xüsusi bir məsələ olduğunu deyən Podolyak vurğulayıb ki, Rusiya və İran raket zərbələri endirərkən konkret hərbi hədəflərə endirmirlər, seçilmiş hərbi hədəfləri vurmurlar, mülki infrastrukturu və digər obyektləri də vururlar.

O, vurğulayıb ki, ABŞ-da cəmi 700 “Patriot” raketləri istifadə olunur, amma bunun müqavilində Rusiyada və İranda istehsal olunan hücum raketlərinin sayı daha çoxdur. O, həmçinin deyib ki, Amerikanın yumşaq güc, Rusiyanı müharibəni bitirməyə təhrik etmə siyasəti istənilən nəticəni vermədi, Rusiya yenə də həmişəki mövqeyindən çıxış edir, müharibəni davam etdirmək siyasətindən əl çəkmir.

“Alyans”SAM-ın sədri Abutalıb Səmədov Trampın Zelenskiyə münasibətinin kəskin şəkildə dəyişməsinin səbəbini şərh edərkən bildirdi ki, bu mümkün olmayan məsələdir.

“Trampın Zelenskiyə münasibəti kəskin şəkildə dəyişə bilməz. İnsan kimi Tramp Zelenskini qəbul etmir. Zelenski onun xoşuna gəlmir və ona münasibəti dəyişməyib. Heç kimə sirr deyil ki, Tramp Putinə xaraktercə daha yaxındır. Ancaq Trampın Rusiya-Ukrayna müharibəsinə bir qədər münasibəti dəyişib. Tramp görür ki, Ukrayna artıq dron istehsalında xeyli irəli gedib. Dronlar vasitəsilə Rusiyaya çox ciddi zərər vura bilir. Xüsusilə Rusiyanın neft emal zavodlarının bir xeylisini sıradan çıxarıb və Rusiyada ciddi benzin böhranı yaranıb. Təbiidir ki, bu addımlar Rusiyanı müəyyən qədər sülhə meyilli olmağa məcbur edir. Çünki artıq Rusiya əhalisi də, Rusiyanın ayrı-ayrı obyektləri də çox ciddi zərər çəkirlər və xalq da müharibənin nə olduğunu hiss etməyə başlayıb. Putin də bundan ciddi şəkildə narahatdır. Təbiidir ki, indiki Rusiya bir il əvvəlkinə nisbətən sülhə daha çox meyillidir. Tramp istəyir ki, bu zərbələr bir az da intensivləşsin və Putin də öz mövqeyindən güzəştə getməyə, öz mövqeyindən imtina etməyə müəyyən qədər hazır olsun. Yoxsa qəti şəkildə deyir, Donbas bütünlüklə boşaldılmalıdır və Rusiya işğal etdiyi bütün əraziləri özündə saxlamalıdır. Baxmayaraq ki, əvvəllər bir sıra əraziləri “Ankoriç razılaşma”sına görə Ukraynaya qaytarmağa hazır idi. Bu səbəbdən son danışıqlarda Ukrayna ilə müəyyən razılaşmalara gəlinidi. Ancaq indi bu nə vaxt icra olunacaq?”

A.Səmədov qeyd edti ki, ilk növbədə Tramp “Patriot” raketlərinin Ukrayna tərəfindən istehsalına lisenziya verməyə razılıq verib. “Ancaq bunun istehsalı nə vaxt başlaya bilər? Çünki Ukrayna hava hücumundan müdafiə sahəsində çox geridə qalıb. Demək olar ki, Ukrayna tamamilə Rusiya raketləri qarşısında müdafiəsizdir və bunu mümkün qədər tez başlamaq lazımdır. Digər sahələrdə də müəyyən əməkdaşlıq nəzərdə tutulub. Ancaq bu yenə də qısa müddətdə yəqin ki, baş tutmayacaq. Bir də onu nəzərə almaq lazımdır ki, Tramp münasibətini, fikirlərini çox tez-tez dəyişən insanlardan biridir. Tamamilə mümkündür ki, bir həftədən sonra Putinlə danışsın və tamamilə fərqli bir mövqeni tutduğunu bəyan etsin. Hər halda sülh üçün müəyyən imkanlar yaranır. Rusiya artıq Donbasın xeyli hissəsini işğal edib. Əgər Donbasın ötən il 25 faizi Ukraynanın nəzarətində idisə, indi 15-17 faizi Ukraynanın nəzarətindədir və Rusiya Donbasda ağır-ağır irəliləyir. Bu da Rusiyanı düşünməyə məcbur etməlidir ki, Donbası tamamilə işğal etmək üçün ona neçə il lazım gələcək və nə qədər insanlar ölməlidir. Bir sözlə, artıq Rusiya-Ukrayna müharibəsinin sonlanması üçün münbit şərait yaranmağa başlayıb. Əsas maneə Rusiyanın tutduğu barışmaz mövqeydir. Ümid edək ki, Trampın Zelenskı ilə apardığı danışıqlar, əldə olunan razılaşmalar Rusiyanı daha konstruktiv mövqe tutmağa məcbur edəcək və bu il nəhayət sülh sazişini imzalammaq mümkün olacaq”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ