Bazar günü günü, 20 sentyabr 2026
     

Putinin referendum tələbi Paşinyanı tələyə salıb...

Image


Rusiya və Ermənistan arasında gərginləşməkdə olan münasibətlərin aradan qaldırılması üçün İrəvan tərəfindən edilən cəhdlər istənilən nəticəni vermir. Əksinə, Moskva Ermənistana qarşı iqtisadi embarqolarını sərtləşdirir, eyni zamanda ölkənin Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçimini tezləşdirməsi üçün İrəvanın müvafiq referendum keçirməsini tezləşdirməyə çağırır. Bu məsələ Rusiya prezidenti Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında son telefon danışığı zamanı bir daha gündəmə gətirildi. Paşinyan ölkələr arasında yaranan iqtisadi problemləri müzakirə etmək üçün Vladimir Putinə zəng etdi. Lakin irəliləyiş əldə edilmədi.

Məlum olduğu kimi, may ayının sonlarından etibarən Rusiya hakimiyyəti Ermənistan mallarının öz ərazilərinə idxalını və Avrasiya İqtisadi Birliyi ölkələrinə tranzitini məhdudlaşdırmağa başlayıb. Xüsusilə, kənd təsərrüfatı və süd məhsullarının, güllərin, balıqların, müəyyən spirtli içkilərin və "Cermuk" mineral suyunun idxalı qadağan edilib. Ermənistan liderinin mətbuat xidməti bildirib ki, Paşinyan Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərin Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi Birliyinin qaydalarına zidd olduğunu vurğulayıb və bu məsələlərin həlli üçün tədbirlər görülməsini istəyib. Paşinyanın AİB üzrə müttəfiqlərinin Ermənistanda Avropaya inteqrasiya ilə bağlı referendum keçirmək təklifinə münasibət bildirib. O qeyd edib ki, referendum yalnız İrəvan Aİ-yə üzvlük üçün ərizə təqdim etdikdə və bu məsələ əsaslı hala gəldikdə zəruri olacaq. Eyni zamanda, Paşinyan hökumətinin bu məsələləri açıq, tərəfdaşlığa əsaslanan və dostcasına dialoq yolu ilə həll etməyə hazır olduğunu bildirib. Kremlin mətbuat xidməti Putinin 29 may tarixli AİB liderlərinin birgə bəyanatına sadiqliyini bir daha təsdiqlədiyini vurğulayıb. Xatırladaq ki, həmin vaxt onlar İrəvanı referendum keçirməyə çağırıblar və 2026-cı ilin sonuna qədər AİB Müqaviləsinin Ermənistana münasibətdə dayandırılmasının mümkün nəticələri barədə hesabat hazırlayacaqlarını bəyan ediblər. Ermənistan Tətbiqi Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi Sergey Melkonyan bildirir: "Rusiyanın son aylarda tətbiq edilən məhdudiyyətləri ləğv edə biləcəyinə dair hələlik heç bir əlamət yoxdur. Əksinə, onların sayının artması tendensiyası müşahidə olunur. Kremlin açıqlamasına əsasən, Moskva əvvəlcə referendum nəticələrini görmək, sonra isə iqtisadi məsələlərlə bağlı qərar vermək istəyir. Güzəştə getmək əlamətləri yoxdur". Ekspertin fikrincə, İrəvan üçün bu məqamda ən yaxşı seçim münasibətlərin daha da pisləşməsinin qarşısını almaq olardı. Əks halda, məhdudiyyətlər maliyyə əməliyyatlarına, immiqrasiya qaydalarına və bu kimi məsələlərə təsir göstərə bilər. Putin əvvəllər xəbərdarlıq etmişdi ki, Qafqaz respublikasının AİB-dən çıxması onun ÜDM-nin ən azı 14% azalmasına səbəb ola bilər. Lakin Paşinyan təşkilatdan çıxmaq qərarının yalnız üzv dövlətin özü tərəfindən verilə biləcəyində israr edir. Bununla belə, o bildirib ki, AİB-in həqiqətən mövcud olub-olmadığını görmək hələlik mümkün deyil: "Əgər problem bir, iki, üç ay davam edərsə və dördüncü ayda da mövcud olarsa, deməli, AİB artıq mövcud deyil. Əgər AİB artıq mövcud olmadığını bəyan edərsə, biz nə edə bilərik?".

Nikol Paşinyan jurnalistlər üçün sonuncu brifinqdə də bu məsələyə toxunub. O, Rusiya tərəfindən erməni mallarına tətbiq edilən məhdudiyyətləri tənqid edərək, problem həll edilməyəcəyi təqdirdə bunun AİB-in gələcəyini təhlükə altında qoyacağını bildirib. Baş nazirin sözlərinə görə, hazırda AİB faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir: "Bu, təkcə Ermənistanın deyil, bütün birliyin problemidir. Ermənistanın AİB-dən çıxmaq planı yoxdur. Bununla belə, Ermənistanın öz alternativlərini formalaşdırmaq üçün legitim hüququ var. Mən bunu Rusiya prezidenti Vladimir Putinə də demişəm. Ermənistan bu yolla irəliləyəcək. Seçkiqabağı dövrdə də dediyim kimi, biz elə vəziyyətə düşməməliyik ki, Ermənistanın alternativi olmasın. Alternativsiz dövr artıq geridə qalıb". O qeyd edib ki, referendumun keçirilməsi və onun təşkil olunma müddətləri ilə bağlı müzakirələr yersizdir, çünki bu məsələ üzrə qərar yalnız Ermənistanın suveren səlahiyyətlərinə aiddir: "Referendumun keçirilmə müddəti ilə bağlı müzakirələr yersizdir. Suveren hüquqlarımıza gəldikdə isə, qərarları biz qəbul edirik. Referendumu nə vaxt keçirmək, nə vaxt keçirməmək və hansı şərtlərlə təşkil etmək məsələsini yalnız biz müəyyən etməliyik. Buna görə də bu mövzuda müzakirələr yersizdir".

Bu arada, politoloq Qrant Mikaelyan qeyd edib ki, Vladimir Putin telefon danışığı zamanı Nikol Paşinyanı onun "Vətəndaş Müqaviləsi" partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyib. Ekspert hesab edir ki, bu, Moskvanın hakim partiyanın seçki kampaniyasının anti-Rusiya kontekstindən narazı olduğunu göstərə bilər: "Görünür, Moskva İrəvanın dekabr ayına qədər xarici siyasət kursu ilə bağlı qərar verməsini gözləyir, amma Paşinyan bunu edə bilmir. Onun hökuməti kollektiv Qərbdən çox asılıdır; əslində girov götürülüb". Ekspert həmçinin qeyd edib ki, Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər Ermənistan əhalisinin təxminən üçdə birinə təsir edib. Lakin Sovet İttifaqının dağılmasından sonra Ermənistan cəmiyyətində həmrəylik çatışmazlığı yaşandığı üçün bu gün əksər ermənilər həmvətənlərinin üzləşdiyi çətinlikləri görməzdən gəlir. Nikol Paşinyan Putinin telefon danışığı zamanı onu seçkidə qələbəsi münasibəti ilə təbrik etməməsini şərh edərkən deyib: "Rusiya prezidenti məni təbrik etmədi. Niyə? Çünki o istəmirdi. Bu halda belə bir sual yaranır: o, ümumiyyətlə kiminlə danışırdı?". Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Putin və Paşinyanın telefon danışığı Ermənistandakı fermerlərin və balıqçıların etirazları fonunda baş tutub. Etirazçılar məhsullarının satışı ilə bağlı problemlərin həllini tələb edirlər. Amma görünən odur ki, Rusiya Ermənistan məhsullarının idxalına tətbiq etdiyi qadağaları aradan qaldırmaq niyyətində deyil. Əksinə, onların daha da sərtləşdirilməsi istisna olunmur. Rusiyalı politoloq Nıkolay Silayev məsələ ilə bağlı bildirir: "Paşinyan Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində qalmaqla bağlı referendum keçirməkdən yayınmaq üçün əlindən gələni edəcək. Çünki hər iki nəticə onun üçün fəlakətli olacaq. Ermənistanın baş naziri tələyə düşmüş haldadır. Əgər ermənilər Avropa vektoruna qarşı çıxsalar, bu, Paşinyanın istefa verməsi demək olacaq. Çünki bu o deməkdir ki, baş nazir açıq şəkildə ölkəni ictimai tələbin əksinə istiqamətləndirir. Əgər vətəndaşlar Avrasiya İqtisadi Birliyindən çıxmağı və Avropa İttifaqına qoşulmağı dəstəkləsələr, İrəvan üçün Avrasiya İqtisadi Birliyinin qapıları bağlanacaq və ölkə əldə etdiyi bütün iqtisadi faydaları itirəcək. Bu halda yenə Paşinyan məsuliyyət daşıyacaq və ölkədə artan sosial-iqtisadi narazılıq onun hakimiyyəti üçün ciddi təhdidə çevriləcək".

Mövcud vəziyyətdə Rusiya Xarici Kəşfiyyat Xidməti də yaydığı məlumatla Ermənistan cəmiyyətinə təzyiq edir. Qurum bildirir ki, Aİ artıq indidən İrəvandan Rusiya ilə humanitar əlaqələri kəsməyi və Rusiya biznesinin ölkədəki fəaliyyətini azaltmağı tələb edir. Məlumata görə, Aİ Ermənistanın Rusiyaya qarşı atdığı addımları gələcəyə dair vədlərlə dəstəkləməyi nəzərdə tutur: "Brüssel bürokratları İrəvanı özlərinin qeyd-şərtsiz dəstəyinə inandırmağa davam edəcəklər. AB konkret yardımın göstərilməsindəki gecikməni Birliyə qoşulmağın tamamilə İrəvandan və onun Avropaya inteqrasiya yolundakı nailiyyətlərindən asılı olacağı ilə izah etmək niyyətindədir. Paşinyan hökumətindən artıq indidən strateji sahələrdə Rusiya biznesinin iştirakını azaltmaq, Rusiya ilə humanitar əlaqələri kəsmək və buna qarşı çıxan daxili müxalifləri susdurmaq tələb olunur. Belə bir siyasəti təşviq etmək üçün erməni vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivlərindən manipulyativ şəkildə istifadə edilməsi, gələcəkdə Ermənistanı dünyanın çiçəklənən qovşağına çevirmək vədlərindən yararlanılması nəzərdə tutulur".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ