Mən Ermənistan-Rusiya münasibətlərinə görə məsuliyyət daşıyıram, erməni-rus münasibətlərinə görə yox. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 30 iyulda hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
“Bu münasibətlərin siyasi komponentlərinəgəlincə, mən artıq demişəm ki, Ermənistan əvvəllər alternativlər olmadığı halda, alternativlərə sahib olmaq qərarı verib. Bu, təkcə iqtisadi deyil, həm də siyasi alternativlərə aiddir”, - deyə Paşinyan əlavə edib.
O qeyd edib ki, Ermənistan bir sıra ölkələrlə strateji münasibətlər haqqında sənədlər imzalayıb, halbuki əvvəllər belə bir şey baş verməmişdi. "Problem budur. Rusiyanın hisslərini ifadə edə bilmərəm, amma deyə bilərəm ki, Rusiya bunu problem kimi görür. Münasibətlərin ya eksklüziv, ya da ümumiyyətlə mövcud olmaması barədə bir yanaşma var. Biz bu yanaşmanı qəbul etmirik. Biz deyirik ki, münasibətlər eksklüziv deyil, amma mövcud olmalıdır. Bu, qanuni mövqedir", - deyə Baş nazir vurğulayıb.
Tahir TAĞIYEV