Bazar günü günü, 20 sentyabr 2026
     

Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

Image


Təbriz Musayev: “Rusiya rəsmiləri hər dəfə məqsədyönlü şəkildə Ermənistanla münasibətlərdə Qarabağ məsələsini yersiz qabardır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etməsi mümkün deyildi. Çünki Ermənistan özü də Qarabağı nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanıyırdı. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova bildirib.

Onun sözlərinə görə, vaxtilə Ermənistan KTMT mexanizmlərinin işə salınmasını tələb etsə də, bunun hüquqi əsası olmayıb: “Ermənistan deyirdi ki, gəlin KTMT mexanizmlərini işə salaq. Bəs kimə və hansı əraziyə görə? Söhbət Dağlıq Qarabağdan gedirdi. Halbuki Ermənistan özü bu ərazini nə özünün bir hissəsi, nə də müstəqil dövlət kimi tanıyırdı”.

Zaxarova onu da vurğulayıb ki, belə şəraitdə KTMT-nin kollektiv müdafiə mexanizmlərini tətbiq etmək mümkün deyildi.

Bu açıqlamaya Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə cavab verib. Hacızadə bildirib ki, Zaxarovanın dedikləri reallığı əks etdirmir. Onun sözlərinə görə, Qarabağ beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Buna görə də KTMT məsələsini Ermənistanın Qarabağı tanıyıb-tanımaması ilə əlaqələndirmək Rusiyanın öz rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və əsassızdır. XİN sözçüsü əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa edib, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi isə bununla başa çatıb. O bildirib ki, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqələndirilməsi praktikasına son qoyulmalıdır.

Ümumilikdə, Ermənistan-Rusiya münasibətləri konteksində Azərbaycanla məsələni əlaqələndirməklə bağlı bir sıra nümunələr var. Məsələn, Zaxarova olaraq bildirib ki, Rusiya və Putin Qarabağ münaqişəsinin həllində əsas rol oynayıblar və bu günə qədər əldə edilən nəticələrə Moskvanın səyləri səbəb olub. Bundan başqa ötən il Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Qarabağın Ermənistan və Azərbaycan arasında "mübahisəli bölgə" olduğunu deyib. Buna da Azərbaycan XİN-i etiraz edib. Ən vacib məsələlərdən biri də odur ki, bu baş verənlərin fonunda iyunun 28-də Rusiya prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib. Rusiya mediası yazır ki, ölkə başçısı bunu Putinə deyib və bunu xüsusi müzakirə ediblər. Yəni Prezident Əliyev xüsusi etirazını bildirib ki, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqələndirilməsinə son qoyulsun.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, 44 günlük müharibədən sonra Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla, ölkəmizin ayrılmsaz hissəsi olan Qarabağla əlaqələndirilməsi sanki “ənənə” halını alıb: “Bəli, bu, beynəlxalq hüquqa ziddir. Ancaq Rusiya haçan beynəlxalq hüquqa əməl edib ki? Rusiya işğal dövründə Qarabağ separatçılarına Moskvaya səfər etməsinə, orada müzakirələrdə iştirak etməsinə şərait yaradırdı. Hətta bəzi məlumatlara görə, Rusiya rəsmiləri separatçı təmsilçilərlə görüşüb onları təlimatlandırırdılar. Dövlət Dumasının üzvləri işğal dövründə qanunsuz olaraq Qarabağa səfər edirdilər. Rusiya bütün dünya tərəfindən suverenliyi tanınan Ukraynanın 19 faizini işğal edib, 5 ilə yaxındır orada qanlı müharibə aparır. Şəhərləri, kəndləri viran qoyur, dinc mülki sakinləri öldürür. Belə bir ölkədən beynəlxalq hüquqa hörmət etməyi gözləməyə dəyərmi? Əvvəl Ermənistanı Rusiyaya bağlayan Qarabağın işğal altında qalması idi. Rusiyanın bilavasitə dəstəyi Qarabağ işğal olundu. Bunun hesabına bilavasitə Rusiyaya bağlı olan qüvvələr Ermənistanda hakimiyyətə gətirildi. İşğala dəstək sayəsində Ermənistan iqtisadiyyatının, nəqliyyat sektorunun aparıcı sahələri Rusiyanın nəzarətinə keçdi. Bütün bunlara baxmayaraq, 2018-ci ildə erməni cəmiyyəti seçimini Qərbə doğru seçim etdi. Nəticədə Paşinyan rəngli inqilabla hakimiyyətə gəldi. O zaman torpaqlarımız işğal altında idi. Bundan iki il sonra ərazilərimizi azad etdik. Əgər erməni cəmiyyəti Rusiyaya stavka etsəydi, müharibədən sonra edərdi də. Etmədilər. Səsi müharibədə məğlub Paşinyana verdilər. Niyə? Çünki anladılar ki, Rusiya Qarabağ məsələsindən istifadə edərək Cənubi Qafqazın hər iki ölkəsini öz təsiri altında saxlamaq istəyir. Rusiyaya Qarabağ məsələsinin birdəfəlik həlli sərfəli deyil. Rusiya bu məsələni sonsuza qədər dondurmaq istəyirdi, amma alınmadı. Dəfələrlə Rusiya gah xəritələrlə, gah da digər vasitələrlə Qarabağ məsələsini müzakirəyə çıxarıb. Hər dəfə Azərbaycan buna etiraz edib. Putin bir neçə dəfə eyham vurub ki, Paşinyanın 2022-ci ilin oktyabrında Paraqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması yanlış qərar idi. O üzdən, Rusiya rəsmiləri hər dəfə məqsədyönlü şəkildə Ermənistanla münasibətlərdə Qarabağ məsələsini yersiz qabardır. Hər dəfə Rusiya-Ermənistan münasibətlərində bundan alət kimi istifadə edirlər. İstisna etmirəm ki, Prezident Əliyev Putinlə danışığında bunun doğru olmadığını deyib və qarşı tərəfin buna son qoymasını tələb edib”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ