Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra Rusiya prezidenti Putin Paşinyanı qələbə münasibəti ilə təbrik etməyib.
Bir neçə gün əvvəl Paşinyanla Putin arasında seçkidən sonra ilk telefon danışığı baş tutub. Maraqlıdır ki, Putin yenə də Paşinyanı təbrik etməyib. Bu barədə Ermənistanın baş naziri özü açıqlama verib.
Moskvadan gələn rəsmi təbrik mesajlarında fasiləni şərh edən Paşinyan jurnalistlərə, Rusiya prezidentinin onu təbrik etmədiyini deyib.
"Rusiya prezidenti məni təbrik etmədi. Niyə? Çünki o, bunu etmək istəmirdi. Bu halda ortaya belə bir sual çıxır: bəs onda o, kiminlə danışırdı?" – deyə Paşinyan bildirib.
Tahir TAĞIYEV