Bazar günü günü, 20 sentyabr 2026
     

ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

Image


Prezident Volodimir Zelenski ABŞ-a səfəri zamanı amerikalı qanunvericiləri Ukraynanın Rusiya ilə müharibədə uğur qazana biləcəyinə inandıra bilib. Bu barədə “Politico” yazır. Nəşr Ukrayna lideri ilə qapalı görüşdə iştirak edən senatorlara istinad edərək yazıb: "Zelenski bir il əvvəl qeyri-mümkün görünən bir uğura imza atdı: o, Vaşinqtonu Kiyevin müharibədə qalib gələ biləcəyinə inandırdı".

Amerikalı qanunvericilərin fikrincə, danışıqların əsas mövzuları Moskvaya qarşı sanksiyaların artırılması, Ukraynaya hərbi yardım və sülh danışıqlarının perspektivləri olub. Senator Mayk Raunds görüşdən sonra bildirib ki, Zelenski yeni sanksiyaların Ukraynanın döyüş meydanındakı qazanclarını möhkəmləndirə və Rusiya diktatoru Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur edə biləcəyinə inanır: "Bütün proqram Putini danışıqlar masasına gətirməyə yönəlib".

Qeyd edək ki, ABŞ Senatı Rusiya və İrana qarşı iqtisadi təzyiqi gücləndirmək məqsədi güdən genişmiqyaslı qanun layihəsini dəstəkləyib. İyulun 28-də Senat prosedur səsverməsində 86-12 səs nisbəti ilə qanuna dəstəyini bildirib. Bu, prezident Donald Tramp 2025-ci ilin əvvəlində bu vəzifəyə qayıdandan bəri Vaşinqtonun Ukraynaya ən güclü ikipartiyalı dəstəyinin nümayişidir. Prosedur səsverməsi Cənubi Karolina ştatının senatoru, qanun layihəsinin baş müəllifi Lindsi Qrehemin dəfn mərasimindən bir neçə saat sonra keçirilib. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bağlı qapılar arxasında senatorlara müraciət edib.

Senatorlarla görüşdən çıxan Zelenski qanun layihəsinin əhəmiyyətindən danışıb: "Bu qanun layihəsi çox vacibdir. Rusiyaya sanksiya təzyiqi çox vacibdir. Söhbət təkcə Rusiyanın bu müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi puldan getmir. Bu, həm də Avropaya böyük bir siqnal, Ukraynaya böyük bir siqnal və xalqımıza böyük dəstəkdir". Zelenski qanun layihəsinin qanuna çevriləcəyinə ümidini etdiyini bildirib. Media senatorların qanun layihəsinə dəyişikliklər etdiyini, onun İranı da əhatələdiyini xəbər verir. Sənədin yenilənmiş versiyasında Ukraynadakı müharibə ilə bağlı Rusiyaya genişmiqyaslı sanksiyalar saxlanılır. Sənədə İrana qarşı sanksiyalar haqqında qanunun beş il uzadılması barədə müddəa əlavə olunur. İslam respublikası ilə biznes quran xarici şirkətlərə qarşı tədbirlərin müddəti də uzadılır. Rusiyaya sanksiyalarla bağlı əsas müddəalar, o cümlədən ikinci dərəcəli tariflərə və maliyyə məhdudiyyətləri, demək olar, dəyişilməyib. Təşəbbüs Rusiya enerji resurslarını idxal edən ölkələri əhatələyir. Qanun layihəsi bu ay vəfat etmiş senator Qrehemin iştirakı ilə hazırlanıb. Ona "cəhənnəm sanksiyaları" deyilir, çünki prezidentə Rusiya neftinin və təbii qazının ən böyük beş alıcısına, habelə Rusiyaya enerji sanksiyalarından yayınmaqda kömək edən beş ölkəyə 200 faizədək rüsum tətbiq etmək səlahiyyəti verir. Əsasən Çin və Hindistan nəzərdə tutulur. Qrehem iyulun 11-də qəflətən vəfat edib. O, bir ildən artıq idi Moskvaya sanksiyaların sərtləşdirilməsi təşəbbüsünü fəal irəli sürürdü. Onun vəfatından sonra Tramp mərhum senatorun istəyinə istinad edərək sənədə İrana qarşı sanksiyaların da əlavə olunmasını tələb edib. Qanun layihəsinin son redaksiyasına məhdudiyyət əlavə edilib: prezidentin rüsum tətbiq etməklə bağlı yeni səlahiyyətləri beş il müddətində qüvvədə olacaq. AzadlıqRadiosunun məlumatına görə, bəzi demokratlar ABŞ rəhbərinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı narahatlıqlarını bildirirlər. Senator Con Buzman Vaşinqtondakı əhval-ruhiyyənin dəyişməsini Ukrayna qoşunlarının cəbhədəki uğurları ilə əlaqələndirib. “Politico”nun məlumatına görə, Konqresdə Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsinə dəstək artmaqdadır. Nəşr qeyd edir ki, Lindsi Qrehemin gözlənilməz ölümü, Zelenskinin səfəri və müharibənin dəyişən təbiəti prosesə yeni təkan verib. Lakin sənəd hələ də qəbulun bütün mərhələlərindən keçməlidir və Ağ Evin bununla bağlı yekun mövqeyi qeyri-müəyyən olaraq qalır. Nəşr həmçinin qeyd edir ki, Kiyev və Vaşinqton arasında münasibətlərdə nəzərəçarpacaq dərəcədə istiləşməyə baxmayaraq, sanksiyalar paketinin Nümayəndələr Palatası tərəfindən nəzərdən keçirilməsi zərurəti səbəbindən onun yekun qəbulu təxirə salına bilər.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ