çərşənbə günü, 29 iyul 2026
     

Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

Image


Akif Nəsirli: “İran indidən mümkün ssenarilərə hazırlaşır və Ermənistanın qaz bazarında payını artırmaq üçün fürsət pəncərəsini qiymətləndirir”

İran Ermənistana qaz ixracının həcmini artırmağı, eləcə də “mavi yanacağ”ın Ermənistan ərazisi vasitəsilə digər ölkələrə ixracı imkanlarını qiymətləndirməyi təklif edir. “Tasnim” xəbər agentliyinin məlumatına görə, ötən həftə sonu ərazi idarəetmə naziri David Xudatyanla görüşdən sonra İranın neft naziri Möhsün Paknejadi Tehranın İrəvana "təbii qaz ixracını genişləndirmək" məqsədi daşıyan yeni ticarət çərçivəsi təklif etdiyini bildirib. İndiyə qədər iki ölkə arasında enerji əməkdaşlığı "elektrik enerjisi müqabilində qaz" proqramı çərçivəsində həyata keçirilib.

İranın Ermənistana əlavə qaz verməsi üçün danışıqlar aparıblar. Nazirlər arasında danışıq olub ki, Ermənistan İrandan əlavə qaz alsın.

Ermənistan indiyə qədər təbii qazı əsasən Rusiyadan alırdı. İndi vəziyyət pisləşib ruslarla araları dəyib.

Rusiya deyir ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa qazı baha qiymətə satacaqlar. Rusiya bildirir ki, Ermənistana təbii qazı 177 dollara satmayacaqlar, 600 dollara satacaqlar. Belə vəziyyətdə İran ortaya çıxıb. 2007-ci ildə Köçəryanın dövründə Ermənistanla İran arasında 140 kilometrlik qaz kəməri açılıb. Amma o xətt az qaz verir. İndi İranla Ermənistan əlavə qaz almaq haqqında razılaşıblar. Razılığa gəıiblər ki, İrandan Ermənistana gedən qaz kəmərini bir az genişləndirsinlər. Bu xəttdən də ildə cəmi 500 milyon kub qaz gəlir. Amma Ermənistana azı 2 milyard yarım kub qaz lazımdır. İran da bunu vermək istəyir.

Bu əslində İranın və Ermənistanın birlikdə Rusiyanın arxasında gördüyü işdir. Axı Ermənistanın qaz bazarı Rusiyanın əlindədir. İndi təsəvvür edin, idi İran işə düşüb ki, Ermənistan əgər Rusiyanın əlindən çıxarsa, Rusiya da qaz almaqdan imtina edərsə öz qazını Ermənistana satsın. Bu İran, Ermənistan, Rusiya müttəfiqliliyinin təmiz olmadığını göstərən amillərdən biridir. Yəni əgər İranın bu gün Ermənistana daha çox qaz satmaq iddiasına düşməsi gələcəkdə Ermənistanın Rusiya qazından imtina edəcəyi təqdirdə Ermənistandakı qaz boşluğunu doldurmaq cəhdi deyilmi?

İran Ermənistana daha çox qaz verərsə bunu Rusiya necə qarşılayacaq? Bunu Rusiya qəbul edəcəkmi?

Ekspertlər qeyd edirlər ki, Rusiya Ermənistanın İrandan əlavə qaz almasını normal qarşılamayacaq. Onların fikrincə, Ermənistan və İran mövcud "qaz müqabilində elektrik enerjisi" (barter) razılaşmasını iki dəfə artırmağı müzakirə edir. Buna baxmayaraq, İrandan gələn qaz hazırda Rusiya qazından bahadır və İran-Ermənistan kəmərinin ötürücülük gücü məhduddur.

Ekspertlər vurğulayır ki, Ermənistanın daxili qaz şəbəkəsi ("Qazprom Ermənistan") tamamilə Rusiyanın nəzarətindədir və Moskva İrəvana Avropa bazarı ilə müqayisədə çox ucuz qiymətə qaz tədarük edir. Rusiya tərəfi isə Ermənistanın Qərblə yaxınlaşacağı təqdirdə bu güzəştlərin itirilə biləcəyini xəbərdar edib.

Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, bu ehtimalı tam istisna etmək olmaz, lakin hazırkı məlumatlar əsasında bunu qəti nəticə kimi təqdim etmək də düz deyil. “Daha məntiqli yanaşma ondan ibarətdir ki, İran indidən mümkün ssenarilərə hazırlaşır və Ermənistanın qaz bazarında payını artırmaq üçün fürsət pəncərəsini qiymətləndirir. Amma görək hələ o vaxta qədər İran özü ayaqda olacaqmı?

Ermənistanın qaz bazarında hazırda əsas oyunçu Rusiyanın “Qazprom” kompaniyasının törəmə şirkətidir və ölkənin qaz təchizatının böyük hissəsi Rusiyadan gəlir. Lakin son illərdə Moskva ilə İrəvan arasında siyasi münasibətlərin gərginləşməsi, Ermənistanın Qərblə yaxınlaşması və Avrasiya İqtisadi Birliyindən mümkün çıxışı ilə bağlı müzakirələr enerji əməkdaşlığını da risk altına salıb”.

A.Nəsirli qeyd etdi ki, Rusiya rəsmilərinin belə bir halda qazın güzəştli qiymətlə satılmayacağı barədə xəbərdarlıqları İrəvanı alternativ mənbələr axtarmağa sövq edir.

“Məhz bu şəraitdə İranın qaz ixracını artırmaq və hətta Ermənistan üzərindən üçüncü ölkələrə qaz nəqli imkanlarını müzakirəyə çıxarması təsadüfi görünmür. Tehran anlayır ki, əgər Rusiyanın bazardakı mövqeyi zəifləsə, yaranacaq boşluğu doldurmaq üçün ən real alternativ məhz İran ola bilər. Buna görə də indidən hüquqi, texniki və kommersiya mexanizmlərinin hazırlanmasına çalışması məntiqli görünür. Lakin bu hələ mücərrəd plandır, Azərbaycan da müəyyən şərtlər daxilində Ermənistanın qaz bazarına iddia edə bilər. Nəzərə alsaq ki, Ermənistan siyasi baxımdan Avrasiya inteqrasiya yolunu seçib, o halda Azərbaycan daha uyğun alternativ sayıla bilər, çünki biz Avropanın qaz təchizatçılarından biriyik.

Digər tərəfdən, İranın imkanları da məhduddur. Ermənistanla mövcud qaz kəmərinin ötürmə gücü böyük həcmdə ixrac üçün kifayət etmir və həcmlərin əhəmiyyətli dərəcədə artırılması üçün əlavə infrastruktur yatırımları tələb olunur. Üstəlik, İranın özünə qarşı tətbiq olunan beynəlxalq sanksiyalar da enerji layihələrinin genişlənməsini çətinləşdirən amillərdəndir.

Bundan başqa, İranın "Ermənistan vasitəsilə digər ölkələrə qaz ixracı" barədə təklifi göstərir ki, Tehran məsələyə təkcə ikitərəfli ticarət kimi deyil, regional enerji marşrutları kontekstində yanaşır. Bu, gələcəkdə Ermənistanı enerji tranzit ölkəsinə çevirmək niyyətinin də siqnalı kimi qiymətləndirilə bilər”.

A.Nəsirlinin fikrincə, ona görə də "Rusiya bazardan çıxan kimi İran onun yerini tutmağa hazırlaşır" fikri müəyyən əsaslara malik ehtimal kimi dəyərləndirilə bilər. “Lakin indiki mərhələdə bunu təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. Daha doğru yanaşma budur ki, İran Rusiya-Ermənistan münasibətlərində yaranan qeyri-müəyyənliyi diqqətlə izləyir və mümkün dəyişiklik baş verəcəyi halda Ermənistanın qaz bazarında öz mövqeyini gücləndirmək üçün indidən strateji hazırlıq aparır”-deyə A.Nəsirli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

29.07.2026 / 21:11
İran Ukraynaya qarşı canlı hərbi qüvvə göndərir...(?) Xəzəri vuran dronlar aləmi qarışdırıb...

29.07.2026 / 20:55
Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

29.07.2026 / 20:40
Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

29.07.2026 / 20:27
Livanın İraqla neft kəməri layihəsi “dəryada balıq sevdasıdır” - Ərdoğanla Şəraa buna razı olar?...

29.07.2026 / 20:11
Paşinyandan Moskvaya mesaj – “…bu Aİİ üçün sonun başlanğıcı olacaq”…

29.07.2026 / 19:57
Moskva yola gəlmir - Paşinyanı məhv etməkdə israrlıdır...

29.07.2026 / 19:44
İran Ukraynaya qarşı ballistik raket hücumuna hazırlaşır - Qərb kəşfiyyatından iddia…

29.07.2026 / 19:29
“Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb

29.07.2026 / 18:50
ABŞ-İran müharibəsi bütün Yaxın Şərqə yayılır - Səudiyyə də rəsmən müharibəyə qoşuldu...

29.07.2026 / 18:29
Trampdan İrana sərt qisas təhdidi - onları məhv edəcəyik…

29.07.2026 / 18:09
Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

29.07.2026 / 17:44
Ukrayna Xəzərdə İran gəmilərini ABŞ-a dəstək üçun vurdu...

29.07.2026 / 17:15
"Avropa bazarı Rusiya bazarından böyükdür, lakin orada bizə yer yoxdur" - Ermənistan tələdə...

29.07.2026 / 16:45
Tramp süni zəkadan ilk hərbi istifadə layihəsinə başladı - əvvəl Səudiyyənin, sonra Əmirliklərin könlünü alır...

29.07.2026 / 16:44
1828–1978: Tarixi həqiqətlər, xronoloji saxtakarlıqlar və Rusiya-Ermənistan "Əbədi Dostluq" medalyonunun ifşası...

29.07.2026 / 16:36
ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

29.07.2026 / 16:27
Qarabağ qələbəsinin "mis parıltısı" gəldi - qazanc 12 milyondan 135 milyon dollara çıxdı....62 min ton...

29.07.2026 / 16:14
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO

29.07.2026 / 16:03
Tramp Zelenskiyə Putinlə razılaşmaq üçün yeni ideya verdi...

29.07.2026 / 15:55
İran nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədən çıxır - parlamentə qanun təqdim olundu...

29.07.2026 / 15:41
İsrail Türkiyəni hədələdi - “imkan vermərik Ərdoğan Suriyanı bizə qarşı gücləndirsin”...

29.07.2026 / 14:41
Balakəndə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlandı...

29.07.2026 / 14:28
Ağdamdakı yanğın təhlükəli şəkildə genişlənir - minalanmış ərazilərdə partlayışlar baş verir...

29.07.2026 / 14:12
Finlandiya Rusiyanın xarici internet trafikini dayandırır...

29.07.2026 / 13:58
Konqresmenlər futbol çempionatı ilə bağlı Trampa ittihamlar irəli sürdülər... Bilet və icarə maxinasiyaları...

29.07.2026 / 13:31
Səudiyyə və ABŞ-ın İraqa hücumun nəticəsində ölənlərin sayı 20-yə çatdı...

29.07.2026 / 13:17
ABŞ-ın tələbi olmadan İsrail İrana hücum etməyəcək - Netanyahu Trampa söz verdi...

29.07.2026 / 13:00
Futbol dünyası ŞOKda... FİFA prezidentinə milyardlarla dollarlıq gizli təklif - Tramp ailəsi Dünya Kubokunu ələ keçirir...

29.07.2026 / 12:25
İran Omanın Hörmüzlə bağlı təklifini rədd etdi – bizim təklifi dəstəkləməsələr...

29.07.2026 / 12:10
Ukrayna Rusiyanın neft sənayesini çökdürür - bir ayda bombalanan 6 böyük neft zavodu işini dayandırdı...

29.07.2026 / 11:57
Ukrayna dayanmır – “Wildberries”in Ryazandakı anbarı da vuruldu...

29.07.2026 / 11:40
FSB-dən “Telegram”ın qurucusuna ağır ittiham – Durovla bağlı ŞOK QƏRAR verildi...

29.07.2026 / 11:27
Putinin Trampa verdiyi qələbə vədləri uğursuz oldu – Ukraynanın müqaviməti hər şeyi dəyişdi...

29.07.2026 / 11:10
Universitetlərə ixtisas seçimi avqustun 10-dan sonra başlayacaq...

29.07.2026 / 11:02
Bir gündə baş verən 42 cinayətin üstü açıldı...

29.07.2026 / 10:46
Bu il 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər

29.07.2026 / 10:32
DİM 11 saxta beynəlxalq dil sertifikatı aşkarlayıb

29.07.2026 / 10:10
Salyanda keçmiş kürəkənini güllələyən şəxs saxlandı

29.07.2026 / 09:36
Husilər "Saudi Aramco"-nu da vurdu - zavod işini dayandırdı

29.07.2026 / 09:12
SEPAH Hörmüz boğazından keçməyə cəhd edən üç tankeri saxladı...

29.07.2026 / 06:21
ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı hədəflərə birgə zərbə endirdi

29.07.2026 / 00:00
İrana qarşı müharibə ABŞ-a 151 milyard dollara “oturub”…

28.07.2026 / 23:43
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxır? - eks-səfir əmindir…

28.07.2026 / 23:30
BRTK Nümayəndə Heyəti Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Feyziyevlə görüşdü

28.07.2026 / 21:43
İlham Əliyev İsrail ermənilərini çaşdırıb - ermənilər bu ölkənin də siyasətini ələ almaq istəyir...

28.07.2026 / 21:26
Bu il 6 aydakı maliyyə pozuntuları əvvəlki 2 ildən çox olub - Palata dəhşətli fakt aşkarlayıb...

28.07.2026 / 21:08
Fermerlər Paşinyanı Putinə ağız açmağa məcbur etdilər...

28.07.2026 / 20:45
Putin Paşinyanı tələsdirir - Gizli niyyətlər var...

28.07.2026 / 20:31
Bakıdakı məhkum separatçı ermənilər barədə Avropa məhkəməsinə hesabat verilməlidirmi?...

28.07.2026 / 20:14
Azərbaycana yalnız münaqişə tərəfi kimi baxanlar 21-ci əsrin mükəmməl Avropa nizamını qura bilməz...

28.07.2026 / 19:52
Həssas Baltik bölgəsində Türkiyə F-16-ları rus qırıcıları ilə toqquşa bilər...

28.07.2026 / 19:40
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir" - Vüqar Rəhimzadə

28.07.2026 / 19:36
ABŞ senatorları Rusiya və İrana qarşı yeni sanksiyalar barədə razılığa gəldi - Trampdan da dəstək var...

28.07.2026 / 19:20
Tramp Netanyahunu İranla bağlı açıqlamalarına görə tənqid etdi - niyə bunu bütün dünyaya elan edirsən?...

28.07.2026 / 19:08
Ermənilərin məhkəməsində çıxışlar başa çatdı...

28.07.2026 / 18:52
Avroittifaq Ermənistan qarşısında Rusiya ilə bağlı sərt tələblər qoydu - ƏLAQƏLƏRİ KƏSİN... - Rus kəşfiyyatından ŞOK İDDİA...

28.07.2026 / 18:07
Paşinyanın arvadı Akopyan ölüm təhdidləri aldığını iddia edir...

28.07.2026 / 17:46
Kolumbiya Bakıdakı səfirliyini bağlayır - Azərbaycanın narkotiklərə qarşı dürüst mübarizəsi ilə əlaqəli ola bilərmi?

28.07.2026 / 17:32
Yaponiyada güclü zəlzələ nəticəsində ticarət mərkəzi çökdü – çox sayda ölən var...

28.07.2026 / 17:21
Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

28.07.2026 / 17:07
Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

28.07.2026 / 16:57
İran hakimiyyətindəki "iç qarışdıranlar" Azərbaycanla informasiya müharibəsini yenə başlada bilər...

28.07.2026 / 16:50
Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

28.07.2026 / 16:41
Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

28.07.2026 / 16:28
Ermənistanda durum sürətlə pisləşir, Paşinyan Putinə minnətçi düşüb...

28.07.2026 / 16:15
ABŞ-İran müharibəsi Çinin işinə yaradı - Amerika zərbələri Pekinin rəqibini "vurdu"...

28.07.2026 / 16:10
“ONESXM”-dən Bakı Təşəbbüs Qrupuna dəstək - Fransanın müstəmləkəçilik siyasəti tənqid edildi

28.07.2026 / 16:03
İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

28.07.2026 / 15:51
"Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub" - Kreml

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:17
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edildi

28.07.2026 / 14:12
Azərbaycan Qazaxıstana səfir təyin etdi

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ