Bazar günü günü, 20 sentyabr 2026
     

İran nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədən çıxır - parlamentə qanun təqdim olundu...

Image


Azər Həsrət: "Bu monoqrafiyada İranın təsirini hiss etmək mümkündür"

Hərbi elmlər namizədi, dosent, akademik, G.A. Arbatov adına ABŞ və Kanada İnstitutunun Hərbi-Siyasi Tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi Nikolay Bobkinin "ABŞ-ın İranın nüvə proqramına münasibətdə siyasəti" adlı monoqrafiyası nəşr olunub.

O, monoqrafiyasında qeyd edir ki, Yaxın Şərqdə hazırda müşahidə olunan proseslər əvvəlcədən proqnozlaşdırıla bilən nəticələrdir. O hesab edir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaması Fars körfəzi ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı ilə Vaşinqton arasında etimadı ciddi şəkildə sarsıdıb. Bunun əsas səbəbi, ABŞ-nin müttəfiqlərinin bu münaqişədə iştirak etmək istəməməsinə baxmayaraq, hərbi addımlar atmasıdır.

Ekspert bildirir ki, müharibə region ölkələrinə ciddi iqtisadi zərər vurub. Xüsusilə Hörmüz boğazında yaranan problemlər enerji daşımalarına və ticarətə mənfi təsir göstərib. Onun sözlərinə görə, ABŞ də əməliyyatlar nəticəsində əvvəlcədən bəyan etdiyi məqsədlərə tam nail ola bilməyib.

Ekspertin qənaətincə, İran yalnız lokal cavab tədbirləri ilə kifayətlənməyəcək potensiala malikdir. O qeyd edir ki, ölkənin yeni rəhbərliyi hərbi doktrinasına, o cümlədən nüvə siyasətinə dəyişiklik etməyi nəzərdən keçirir. Bildirilir ki, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasına dair plan hazırlanıb və parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Müəllif hesab edir ki, əgər İran bu addımı atarsa, bu, Yaxın Şərqdə nüvə silahlarının yayılmaması rejimini köklü şəkildə dəyişə bilər. Onun fikrincə, belə bir ssenari Səudiyyə Ərəbistanını da oxşar istiqamətdə addımlar atmağa sövq edə bilər.

Maraqlıdır, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması ilə nə baş verə bilər və bundan Tehran hakimiyyətinin məqsədi nədir?

Siyasi şərhçi Azər Həsrət məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, sözügedən monoqrafiyada İranın mövqeyinə müəyyən qədər üstünlük verilməsinə cəhd hiss olunur. Onun fikrincə, müəllif bunu açıq şəkildə deyil, daha ehtiyatlı və balanslı formada təqdim etməyə çalışıb.

"Bu monoqrafiyada İranın təsirini hiss etmək mümkündür. Məncə, burada İranın mövqeyini daha üstün göstərməyə müəyyən cəhd var. Sadəcə, bunu həddi aşmadan və daha ehtiyatlı şəkildə təqdim etməyə çalışıblar", – deyə siyasi şərhçi bildirib.

Azər Həsrətin sözlərinə görə, əgər İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxsa və nüvə silahı əldə etmək istiqamətində real addımlar atsa, bundan ən çox zərər çəkəcək tərəf elə İranın özü olacaq.

"İran nüvə silahı yaratmağa cəhd göstərərsə, bu onun təhlükəsizliyini artırmayacaq, əksinə, ölkəyə qarşı beynəlxalq təzyiqləri və təcrid siyasətini daha da gücləndirəcək. Reallıq ondan ibarətdir ki, belə bir addım ilk növbədə İranın öz maraqlarına zidd nəticələr doğura bilər", – deyə o vurğulayıb.

Ekspert hesab edir ki, Körfəz ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanının ABŞ-la münasibətlərində ciddi qarşıdurma yaratması real görünmür. Onun fikrincə, bu ölkələrin təhlükəsizlik sistemi və strateji maraqları uzun illərdir Vaşinqtonla əməkdaşlıq üzərində qurulub.

"Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri bu və ya digər formada ABŞ-dan asılı vəziyyətdədir. Əgər onlar tamamilə müstəqil xətt yürütməyə və ya Vaşinqtona qarşı açıq mövqe nümayiş etdirməyə çalışsalar, ABŞ-ın regionda fərqli siyasi ssenarilər həyata keçirmək imkanları kifayət qədər genişdir", – deyə Azər Həsrət bildirib.

O qeyd edib ki, Yaxın Şərqdə son onilliklərdə baş vermiş bir sıra siyasi dəyişikliklər ABŞ və Qərbin regiondakı təsir imkanlarını göstərir.

"İraqda Səddam Hüseyn hakimiyyətinin devrilməsi, Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı uzunmüddətli mübarizə, Misir, Tunis və Liviyada baş verən proseslər göstərir ki, ABŞ və Qərb regionda ciddi təsir imkanlarına malikdir. Bu baxımdan hesab edirəm ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz ölkələrinin Vaşinqtonla münasibətlərdə çox sərt qarşıdurma xətti seçməsi inandırıcı görünmür", – deyə o bildirib.

Siyasi şərhçi əlavə edib ki, ABŞ istənilən ölkədə öz maraqlarına uyğun siyasi dəyişikliklərə təsir göstərmək üçün müxtəlif alətlərə malikdir və bunu dünya siyasətində dəfələrlə nümayiş etdirib.

Monoqrafiyaya qayıdan Azər Həsrət bir daha vurğulayıb ki, əsərdə İranın baxışlarının müəyyən formada ön plana çıxarıldığı təəssüratı yaranır.

"Bir daha qeyd edirəm ki, bu monoqrafiyadan İranın "iyi gəlir". Məncə, burada müəyyən mənada iranpərəst yanaşma nümayiş etdirilməyə çalışılıb. Bu, açıq formada edilməsə də, müəyyən məqamlar belə qənaət formalaşdırır", – deyə o bildirib.

Ekspert sonda İranın mövcud daxili və xarici vəziyyətini də dəyərləndirib. Onun fikrincə, ölkə ciddi siyasi və iqtisadi çətinliklərlə üz-üzədir və bu şəraitdə nüvə silahı ilə bağlı planların reallaşdırılması olduqca mürəkkəb görünür.

"İran hazırda ağır iqtisadi və siyasi problemlərlə qarşılaşır. Mən hesab edirəm ki, bu vəziyyətdə nüvə silahı əldə etmək planlarından daha çox ölkənin daxili sabitliyi və gələcəyi əsas müzakirə mövzusudur. ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi siyasətin də müəyyən nəticələr verəcəyini düşünürəm. Hesab edirəm ki, qarşıdakı dövrdə regionda ciddi geosiyasi dəyişikliklərin şahidi ola bilərik", – deyə Azər Həsrət fikrini yekunlaşdırıb.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ