Bazar günü günü, 20 sentyabr 2026
     

İsrail Türkiyəni hədələdi - “imkan vermərik Ərdoğan Suriyanı bizə qarşı gücləndirsin”...

Image


Sultan Zahidov: "Belə bir halın baş verməsi həm də ABŞ-ın statusuna ciddi bir zərbə olar ki, bu da iki ölkə arasındakı qarşıdurmanı qeyri-real edir"

İsrailin müdafiə naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İranın nümunəsini izləməməyi kəskin şəkildə tövsiyə etdi. O, bu açıqlamanı 14-cü kanalda verdi.

"Bizi qorxutmaq olmaz... Bizimlə oyun oynamayın. Ərdoğana məsləhətim odur ki, özünü İranın özünü qoyduğu vəziyyətə salmasın. Bunun əvəzinə, o, Türkiyəyə və öz işlərinə diqqət yetirməlidir. Biz öz maraqlarımızı qoruyuruq və bunu davam etdirəcəyik", - Katz vurğuladı.

Lakin o, hazırda İsrail ilə Türkiyə arasında birbaşa hərbi qarşıdurma olmadığını və İsrailin "belə bir ssenari axtarmadığını" vurğuladı. Katz həmçinin ölkəsinin Suriyanın təhlükəsizliyi hesabına güclənməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq etdi.

"Ərdoğanın Suriyanı bizə qarşı gücləndirməsinə icazə verməyəcəyik. İsrailin maraqlarını necə müdafiə edəcəyimizi bilirik", - deyə o bildirib.

Daha əvvəl, 22 iyulda İsrail Diaspor İşləri Naziri Amichai Şikli Qüds Tətbiqi Siyasət Mərkəzinin (JCAP) qapalı konfransında İsrailin "dənizdə Türkiyə ordusu ilə birbaşa toqquşma" istisna etmədən Türkiyə ilə müharibəyə hazırlaşmalı olduğunu bildirmişdi.

Ankara və Təl-Əviv arasındakı gərginlik, Türkiyənin Qəzzada münaqişənin gərginləşməsindən sonra İsrail hökumətinin siyasətini qınadığı 2021-ci ilin may ayından bəri davam edir.

6 İsrail rəsmisinin Türkiyəyə ünvanladıqları sərt bəyanatlar və Suriya ilə bağlı artan fikir ayrılıqları fonunda Ankara ilə Təl-Əviv arasında münasibətlərin açıq hərbi qarşıdurma mərhələsinə keçməsi nə dərəcədə realdır və belə bir ssenari Yaxın Şərqdə qüvvələr balansına necə təsir göstərə bilər?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin eksperti Sultan Zahidov baki-xeber.com-a bildirdi ki, Türkiyə İsrail münasibətləri xüsusilə də 2023-cü ilin oktyabrında İsrailin Qəzzaya hücumlarından sonra daha da gərgin vəziyyət alıb. "Bundan sonra Türkiyə İsraillə iqtisadi-ticari əlaqələri dayandırdı və siyasi bəyanatlarında İsrail tərəfini Qəzzada qətliam törətməkdə günahlandırıb. Bu da sözüsüz ki, İsraildə Türkiyənin təhdid kimi görülməsinə səbəb olan narrativlərin yaranmasına gətirib çıxarıb. Bu gün İsrailin həm siyasi, həm də ekspert dairələrində belə bir düşüncə var ki, İrandan sonra İsrail üçün təhdid mənbəyi Türkiyədir. İranın bir zamanlar İsrailə qarşı yaratmış olduğu şiə ayparası müqavimət oxunu hazırda Türkiyə sünni müqavimət oxu ilə əvəzləməkdədir. Suriyada baş verənlər də İsrail üçün bir növ həyacan təbildir. Bu baxımdan, Suriyada Əsəd rejimi dəyişən kimi İsrail qüvvələrin Colan təpələrindən daha da önə keçərək bufer zona yaratması İsraildə sırf Suriyadan deyil, ilk növbədə Türkiyədən doğan təhdidlə əlaqələndirilir. Onlar düşünürlər ki, Türkiyə Suriyanı möhkəmlətməklə ondan İsrailə qarşı istifadə edə bilər. Yeri gəlmişkən, Suriya ərazisinin bir hissəsi-Colan təpələri beynəlxalq hüquqla Suriya ərazisi hesab olunur, amma İsrailin nəzarəti altındadır. Bu da əslində gələcəkdə Suriya və İsrail arasındakı gərginliyin səbəbi ola bilər və İsrailin təbrincə desək, Türkiyə də bu məsələdən yararlanmaq istəyində ola bilər. Amma məsələnin reallığı ondan ibarətdir ki, Türkiyə də öz milli maraqlarını qoruyur, bölgədə təhlükəsizlik və sabitlik mühitinin yaranmasını istəyir. Sözsüz ki, Suriya da Türkiyəyə müttəfiq bir ölkədir. Uzun illər Əsəd rejimi dönəmində buradan Türkiyəyə terror ixrac olunurdu. Nəhayət ki, Əsəd rejimi gedəndən sonra bu məsələ öz həllini tapmış oldu. Amma bu məsələ öz həllini tapsa da İsrail və Türkiyə arasındakı gərginlik səngimədi. Baxmayaraq ki, Azərbaycan da burada vasitəçilik missiyasını yerinə yetirdi. Keçən il Bakıda danışıqlar oldu, birgə deskolasiya mexanizmlərinin yaradılması haqqında razılıq əldə olundu. Yəni bunlar sözsüz ki, müsbət irəliləyişdir. Amma istənilən halda bu hər iki dövlətin bir-birinə olan etimadının olmasına gətirib çıxarmadı. Bu gün həm Türkiyə, həm də İsrail sözün əsl mənasında bir-birini təhdid kimi görür".

S.Zahidovun sözlərinə görə, məhz bu səbəbdəndir ki, Netanyahu ABŞ-ın heç bir halda Türkiyəyə F-35-ləri satmasını istəmir. S.Zahidov bildirdi ki, İsraildə belə bir düşüncə var, F-35-lər Türkiyəyə verilərsə bu artıq qüvvələr balansında Türkiyənin leyhinə bir dəyişikliyə səbəb və xüsusən də hava məkanında Türkiyənin dominantlığını təmin etmiş ola bilər. "Regionda F-35-lər yalnız İsraildədir. Bu baxımdan da Təl-Əviv Ankaranın bu silahlara malik olmasını istəmir. O ki, qaldı bu qarşıdurmanın nə dərəcədə real olduğuna, hazırda bu gərginlik davam etsə də, düşünmürəm ki, bu real konfurantasiyaya gətirib çıxara bilər. Birincisi, hər nə qədər Türkiyəyə təhdid kimi yanaşsa da İsrailin əsas diqqəti İrandır. İranın proksi qüvvələridir. İkincisi, İsraildə əksər ekspertlərin, hətta siyasi xadimlərin də mövqeyi ondan ibarətdir ki, Türkiyə məsələsində İrana qarşı tutulan mövqe sərgilənməməli, burada danışıqlara, diplomatiya yoluna üstünlük verilməlidir. Düzdür, Netanyahu və onun hökumətində buna qarşı çıxanlar var, amma İsraildə qarşıdan parlament seçkiləri gəlir və müxalifətin qalib gələcəyi təqdirdə Türkiyə ilə münasibətlərə daha praqmatik yanaşılması real görsənir. Çünki müxalifətdə olan partiyalar və liderlər Türkiyə ilə münaisbətlərin normallaşdırılmasının tərəfdarıdırlar. Üçüncü isə ABŞ heç bir halda yaxın müttəfiqləri İsrail və Türkiyə arasında hansısa bir qarşıdurma olmasını istəməz. Belə bir halın baş verməsi həm də ABŞ-ın statusuna ciddi bir zərbə olar ki, bu da iki ölkə arasındakı qarşıdurmanı qeyri-real edir. Amma gələcəkdə, beş, on, on beş ildən sonra sözsüz ki, regional geosiyasi konfiqurasiya dəyişdikdə proseslər fərqli cür inkişaf edə bilər. Yəni heç kim zəmanət verə bilməz ki, Türkiyə İsrail münasibətləri qeyri-müharibə şəraitində olacaq. Amma indiki halda, yaxın gələcəkdə bəhs etdiyimiz səbəblərdən dolayı birbaşa qarşıdurmanın baş vermə ehtimalı böyük görsənmir"-deyə S.Zahidov əlavə etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ