Səudiyyə Ərəbistanı İraqda İran tərəfindən dəstəklənən qruplara qarşı hücumlarda ABŞ-a qoşulub. Əvvəllər ABŞ-İran-İsrail münaqişəsinə son qoymağa çalışan Səudiyyə Ərəbistanı indi müharibəyə cəlb olunma riski ilə üzləşib.
Gecə saatların ABŞ və Səudiyyə Ərəbistanı ordusu ilə birlikdə İraqda İran tərəfindən dəstəklənən milis qruplarına məxsus hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb. Səudiyyə Müdafiə Nazirliyi də hücumları təsdiqləyərək, bunların İraqda İran tərəfindən dəstəklənən təşkilatlara qarşı qisas olduğunu bildirib.
Nazirliyin sözçüsü briqada generalı Turki Maliki bildirib ki, 27 və 28 iyul tarixlərində ölkənin şərq bölgəsində və Ər-Riyadda neft obyektlərini hədəf almağa cəhd edən çox sayda dron zərərsizləşdirilib. Maliki bu hücumların İraqda İran tərəfindən dəstəklənən qruplar tərəfindən həyata keçirildiyini iddia edib və əlavə edib ki, Səudiyyə Ərəbistanı diplomatik həll yolu axtardığı bir vaxtda "aqressiv yanaşma" ilə üzləşir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında isə qeyd olunub ki, hədəflər İnqilab Keşikçiləri tərəfindən Səudiyyə Ərəbistanındakı ABŞ qüvvələrinə və enerji infrastrukturuna hücum etmək üçün yönləndirilən qruplar olub.
İraqda Tehranın dəstəklədiyi şiə qruplar Vaşinqton və Ər-Riyad tərəfindən təşkil edilən hücumlarda ən azı 20 üzvünün öldürüldüyünü və 30-dan çox yaraqlının yaralandığını bildirib. Hücumlar qrupuların Bağdad, Vasit, Ninəva, Bəsrə, Kərkük, Kərbəla və Diyala əyalətlərindəki mərkəzlərini hədəf alıb.
Ekspertlərin fikrincə Səudiyyənin regional münaqişələrdə iştirakı ölkə üçün "təhlükəli və baha başa gələcək". Analitik Məhəmməd Əl-Başa deyir ki, husilər bu hücumlarla "Səudiyyə Ərəbistanının bütün qırmızı xətlərini" pozublar. O, şiə təşkilatının Yaxın Şərqdə Şimali Koreyanın taktikalarına bənzər taktikalardan istifadə etdiyini, "təxribat yolu ilə siyasi və iqtisadi güzəştlər əldə etməyə çalışdığını" iddia edib.
Bildirilir ki, əgər İran Səudiyyə Ərəbistanına birbaşa raket və ya pilotsuz təyyarə hücumu edərsə, Ər-Riyad da eyni şəkildə cavab verə bilər və bu da ölkəni potensial olaraq müharibəyə cəlb edə bilər. Lakin Səudiyyə cavab verməməyi seçərsə, bu halda isə İran "cəsarətlənə" bilər.
Tahir TAĞIYEV