Bazar günü günü, 20 sentyabr 2026
     

Konqresmenlər futbol çempionatı ilə bağlı Trampa ittihamlar irəli sürdülər... Bilet və icarə maxinasiyaları...

Image


Bəhruz Quliyev: "Söhbət artıq İnfantino ilə Trampın yaxın münasibətlərindən daha böyük məsələdən gedir"

ABŞ Konqresində Demokratlar Partiyasını təmsil edən nüfuzlu konqresmen Ceymi Raskin FIFA prezidenti Canni İnfantinodan və qurumun rəhbərliyindən ABŞ hökuməti, xüsusilə prezident Donald Trampla əlaqələri barədə 9 avqustadək məlumat təqdim etməyi tələb edib.

Raskin bildirib ki, İnfantino ABŞ ərazisində olacağı təqdirdə Nümayəndələr Palatasının Məhkəmə Komitəsində ifadə verməlidir. Məlumata görə, Demokratlar noyabr seçkilərində uğur qazansalar, Raskinin komitəyə sədrlik etmək ehtimalı yüksəkdir. The New York Times qəzetinin anonim mənbəsi isə bu sorğuların gələcəkdə rəsmi araşdırmaya çevrilə biləcəyini istisna etməyib.

Konqresmen məktubunda FIFA-nın Nyu-Yorkdakı Trump Tower binasında bazar qiymətləri ilə illik təxminən 600 min dollar dəyərində ofis icarəyə götürdüyünü xatırladıb. Onun fikrincə, bu addım və Trampa təqdim edilən FIFA-nın "Sülh Mükafatı" federasiyanın Ağ Ev administrasiyasından öz maraqlarına uyğun qərarlar əldə etməyə çalışdığı təəssüratı yaradır.

Raskin FIFA-dan Donald Trampa, onun administrasiyasına və ailə üzvlərinə təqdim edilmiş bütün hədiyyələr və maliyyə köçürmələri barədə məlumat verməyi, həmçinin 2026-cı il futbol üzrə dünya çempionatının bilet qiymətləri ilə bağlı ABŞ hökuməti ilə aparılan yazışmaları açıqlamağı tələb edib. Bundan əlavə, o, FIFA-nın Mayami və Nyu-York ofislərinə gələn ziyarətçilərin siyahısını da istəyib.

İnfantino Donald Trampla həddindən artıq yaxın münasibətlərinə görə tənqid olunur. Bildirilir ki, 2025-ci ilin dekabrında Tramp FIFA tərəfindən təsis edilən "Sülh Mükafatı" ilə təltif edilib. Həmçinin 2026-cı il dünya çempionatı zamanı ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının Trampın İnfantinoya etdiyi telefon zəngindən sonra ləğv edildiyi iddia olunur. Tramp bunun sayəsində futbolçunun Belçikaya qarşı 1/8 final oyununda iştirak etdiyini açıqlasa da, FIFA qərarın müstəqil İntizam Komissiyası tərəfindən qəbul edildiyini bildirib.

Göründüyü kimi, konqresmen Ceymi Raskin FIFA rəhbərliyi ilə bağlı Trampa qarşı ciddi ittihamlar irəli sürür, bu nə ilə nəticələnə bilər?

"ABŞ Konqresində Demokratlar Partiyasını təmsil edən nüfuzlu konqresmen Ceymi Raskinin FIFA prezidenti Canni İnfantinonun Donald Tramp administrasiyası ilə münasibətlərinə dair məlumat tələb etməsi, ilk növbədə, idman təşkilatı ilə siyasi hakimiyyət arasında sərhədlərin nə dərəcədə qorunduğu məsələsini gündəmə gətirir.

Burada söhbət artıq yalnız futbol məsələsindən getmir. FIFA-nın ABŞ-dakı fəaliyyəti, Trump Tower-də ofis icarəyə götürməsi, Trampa təqdim edilən “Sülh Mükafatı”, Ağ Ev administrasiyası ilə mümkün maliyyə və digər əlaqələr, habelə 2026-cı il Dünya Çempionatının bilet siyasəti ilə bağlı yazışmaların Konqres tərəfindən araşdırılmaq istənilməsi daha geniş siyasi və institusional suallar yaradır".

Bəhruz Quliyev: "

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Raskin FIFA-dan hədiyyələr, ödənişlər və Tramp administrasiyası ilə əlaqələr barədə sənədlər, həmçinin FIFA-nın Nyu-York və Mayamidəki ofislərinə gələnlərin siyahısını tələb edib.

Məsələnin ən həssas tərəflərindən biri isə Folarin Baloqunun cəzalandırılması ilə bağlı yaranmış qalmaqaldır. Donald Tramp futbolçunun qırmızı vərəqəsinə yenidən baxılması üçün İnfantinoya zəng etdiyini açıq şəkildə bildirib. İnfantino isə zəngin olduğunu təsdiqləməklə yanaşı, FIFA-nın müstəqil intizam orqanlarının qərar qəbul etdiyini və bu prosesin müstəqil aparıldığını deyib. Buna baxmayaraq, hadisənin özü siyasi müdaxilə görüntüsünün yaranmasına səbəb olub.

Əgər Raskinin tələb etdiyi sənədlər FIFA ilə Ağ Ev arasında qarşılıqlı maraqlara əsaslanan qeyri-şəffaf münasibətlərin olduğunu göstərsə, məsələ Konqresdə daha ciddi araşdırmaya çevrilə bilər. Bu halda FIFA rəhbərliyindən əlavə izahatlar tələb olunması, dinləmələrin keçirilməsi, sənədlərin və maliyyə əlaqələrinin araşdırılması, hətta ABŞ ərazisində FIFA-nın fəaliyyətinə dair müəyyən siyasi və hüquqi təzyiqlərin meydana çıxması mümkündür.

Lakin burada mühüm məqam var ki, Raskinin hazırkı addımı hələ FIFA rəhbərliyinə qarşı sübut edilmiş hüquqi ittiham demək deyil. Bu, Konqresin nəzarət mexanizmlərindən istifadə etməklə məlumat toplamaq və mümkün araşdırmanın əsaslarını müəyyənləşdirmək cəhdidir. Məsələnin daha ciddi mərhələyə keçməsi üçün sənədlərin, maliyyə əlaqələrinin və konkret qərarlara siyasi təsirin olub-olmamasının sübut edilməsi lazımdır.

"Məncə, hadisənin əsas siyasi mahiyyəti də məhz buradadır: FIFA kimi qlobal idman qurumunun siyasi hakimiyyətlə münasibətlərində şəffaflıq və müstəqillik məsələsi artıq ABŞ Konqresinin gündəliyinə çıxarılır.

Əgər araşdırma nəticəsində FIFA rəhbərliyinin ABŞ administrasiyasından müəyyən üstünlüklər əldə etmək üçün siyasi əlaqələrdən istifadə etdiyi təsdiqlənərsə, bu, yalnız İnfantinonun şəxsi nüfuzuna deyil, bütövlükdə FIFA-nın idarəçilik modelinə ciddi zərbə vura bilər. Əksinə, FIFA təqdim etdiyi sənədlərlə bütün qərarların müstəqil və şəffaf qəbul edildiyini əsaslandıra bilsə, Raskinin təşəbbüsü daha çox siyasi nəzarət və müxalifətin administrasiyaya təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.

Bu səbəbdən qarşıdakı mərhələdə əsas məsələ ittihamların səsləndirilməsi deyil, sənədlərin ortaya çıxmasıdır. Çünki futbol meydanında verilən qərardan fərqli olaraq, Konqresin araşdırmasında nəticəni emosiyalar yox, maliyyə izləri, yazışmalar və konkret faktlar müəyyən edəcək.

Əslində, söhbət artıq İnfantino ilə Trampın yaxın münasibətlərindən daha böyük məsələdən gedir. Əsas məsələ qlobal futbolun siyasi hakimiyyətlərdən nə qədər müstəqil olması və FIFA-nın özünün elan etdiyi şəffaflıq və ədalət prinsiplərinə nə dərəcədə əməl etməsidir" - deyə, B.Quliyev əlavə edib.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ