"Saudi Aramco" şirkəti "Ənsar Allah" hərəkatının Yəmənli husi üsyançılarının hücumundan sonra Səudiyyə Ərəbistanının qərbindəki Ciddə neft emalı zavodunun fəaliyyətini dayandırıb. Bu barədə "Reuters" agentliyi və IIR konsaltinq şirkətinin məlumatlarına istinadən məlumat verir. Gündə 400.000 barel neft emal edən zavod iyulun 27-də bağlanıb. Zərbə nəticəsində zavodun qazlaşdırma qurğusuna və neft anbarına ziyan dəyib. Neft emalı zavodunun avqustun 15-dək fəaliyyətini bərpa etməsi gözlənilir. "Vzglyad" qəzetinin məlumatına görə, Yəməndəki husi üsyançıları Yanbu limanının infrastrukturuna basqın ediblər.
SAMİRƏ