ABŞ və İran arasındakı münaqişənin sülh yolu ilə həllinin potensial uğursuzluğu və anlaşma memorandumunun dalana dirənməsinin günahı, çox güman ki, ABŞ-ın vitse-prezidenti J.D.Vensin üzərinə düşəcək, çünki o, danışıqlarda əsas fiqurdur.
Bu barədə Politico nəşrinin xəbərində deyilir.
Nəşrin mənbələri hesab edir ki, memorandum tərəflər arasındakı əsas fikir ayrılıqlarını — Livandakı vəziyyət və Hörmüz boğazına nəzarətlə bağlı məsələləri həll edə bilməyib. Münaqişə şiddətlənərsə və bununla bağlı iqtisadi nəticələr yaranarsa, vitse-prezident amerikalılar tərəfindən günahlandırılanlardan biri olacaq.
Xatırladaq ki, 8 iyulda ABŞ və İran bir-birini anlaşma memorandumunu pozmaqda ittiham edərək qarşılıqlı hücumlara başladılar. Halbuki, iyun ayında imzalanan sənəd sülh danışıqları üçün əsas rolu oynamalı idi.
12 iyulda isə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamalarına cavab olaraq, Vaşinqtonu memorandum çərçivəsindəki razılaşmalara əməl etməyə və ya "bədəl ödəməyə" hazır olmağa çağırıb.
SAMİRƏ