Türkiyə və Misir LGBT+ sərnişinləri olan Amerika kruiz gəmisinin sahillərinə yan almasına icazə verməyib.
CNN-in məlumatına görə, göyərtəsində təxminən 1900 LGBT+ sərnişin olan Amerika kruiz gəmisi “Scarlet Lady” Türkiyə hakimiyyətinin müvafiq qərarından sonra Misir ərazi sularına girişdə də oxşar vəziyyətlə üzləşib.
Təşkilatçı Atlantis Events-in məlumatına görə, gəminin Afina-Venesiya marşrutu ilə Misirə çatması planlaşdırılırdı, lakin ölkə hakimiyyəti son anda girişə icazə verməyib.
O, şirkətin bütün lazımi təsdiqlərə sahib olduğunu bildirərək, sözügedən olayı gözlənilməz adlandırıb. Misirin də imtinasından sonra gəmi marşrutunu dəyişərək Yunanıstanın Krit adasına yola düşüb.
SAMİRƏ