Amerikanın mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndələri TRIPP layihəsi ilə bağlı Ermənistana səfər ediblər.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi açıqlama yayıb.
"AECOM komandası və Ermənistan hökumətinin tərəfdaşları iqtisadi artımı, nəqliyyat əlçatanlığını və regional inteqrasiyanı təşviq edəcək dəmir yolu və digər infrastrukturu layihələndirmək məqsədilə TRIPP layihəsinin həyata keçiriləcəyi ərazini araşdırıblar", – deyə səfirliyin açıqlamasında qeyd olunub.
Tahir TAĞIYEV