Bazar ertəsi günü, 21 sentyabr 2026
     

ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

Image


Elşad Həsənov: "İsrailin əsas məqsədi ABŞ-la İran arasında olan razılaşmanı pozmaq idi"

İsrail liderləri Yaxın Şərqdəki münaqişələrə son qoymaq cəhdlərindən ehtiyat edərək ABŞ prezidenti Donald Trampa İranın ona qarşı yeni sui-qəsd hazırladığı barədə kəşfiyyat məlumatları veriblər.

Bu barədə "Wall Street Journal" qəzetinin xəbərində deyilir.

WSJ-nin məlumatına görə, İsrail Vaşinqton administrasiyası ilə İranın ABŞ prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığı barədə kəşfiyyat məlumatları paylaşıb. Ankarada çıxış edən Tramp bu təhdidə işarə edərək, "Mən iranlıların sui-qəsd siyahısının başındayam" deyib.

"Wall Street Journal" qəzetinin İsrail və Amerika rəsmilərinin məlumatlarına əsaslanaraq yazdığına görə, İsrail kəşfiyyatı İranın Trampa qarşı yeni sui-qəsd planı üzərində işlədiyi barədə məlumat alıb. Hesabatda bildirilir ki, bu kəşfiyyat məlumatları bu yaxınlarda Vaşinqtonla paylaşılıb, lakin Amerika hakimiyyəti bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Ağ Ev, İsrail hökuməti və İran tərəfi də bu məlumata münasibət bildirməyib.

Ankarada keçirilən mətbuat konfransında vəziyyətlə bağlı şərh verən Tramp İrandan gələn təhdidlərdən xəbərdar olduğunu bildirərək, keçmişdə də oxşar təhdidlərlə üzləşdiyini və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə saxlanıldığını qeyd edib.

ABŞ kəşfiyyatına nə gəlib ki, Trampa qarşı olduğu deyilən sui-qəsd planını İsrail kəşfiyyatı açıb? Bəs ABŞ kəşfiyyatı nə işlə məşğuldur? Nə yaxşı Amerika kəşfiyyatı özü İran kəşfiyyatının Trampa qarşı sui- qəsd planını görmədi, İsrail kəşfiyyatı gördü? İran kəşfiyyatı bilmir ki, Trampın həyatına qəsd etmək o qədər də asan məsələ deyil?

Siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd planları var və bu planlar da təzə deyil. "Donald Trampın birinci prezidentliyinin son dövründə 2020-ci ilin yanvarın 3-də İraqda İranın güc təşkilatının rəhbəri general Qasım Süleymaninin öldürülməsi birbaşa Trampın göstərişi ilə olan hadisə idi. Elə o zamandan ona qarşı İranda ciddi işlər görülüb, əməliyyat tədbirləri hazırlanıb. Ancaq heç nə həyata keçirilməyib. Tramp hakimiyyətə gələndə elə seçkilər zamanı da ona qarşı olan sui-qəsdlər də bizim hamımızın yadımızdadır. Bütün bunlarda da İran izi axtarıldı, ancaq İran izi orada tapılmadı. Yəni İran kəşfiyyatının apardığı işlər o qədər də nəticə vermədi. Elə onlardan istifadə edə bilib nəyə isə nail ola bilərdilər. Ancaq onlar bunu edə, yəni iş apara bilmədilər".

E.Həsənov qeyd etdi ki, ABŞ/İsrail-İran müharibəsində İranın Ali dini rəhbəri Xameneinin və onun yaxın ətrafının, İran rəhbərliyinin öldürülməsi Trampa qarşı bu ölkənin hakimiyyəti qarşısında duran ən böyük məsələdir. "Yəni Trampın məhv edilməsi İran hakimiyyətinin, hakim qüvvələrinin, onların güc strukturlarının qarşısında duran ən ümdə vəzifədir. Bunu da təbii ki, Tramp bilir. ABŞ kəşfiyyatı da bilir ki, İran bu sahədə işləyir, ciddi iş aparır. Bunu bilməyən kimsə yoxdur. Bu sahə ilə maraqlanan insanların hamısı başa düşür ki, İranın ali dini rəhbərinin öldürülməsi birbaşa Trampın göstərişi ilə baş verib. Ona görə də İran onun cavabını verməlidir. Həm SEPAH, həm digər güc strukturlarının qarşısında duran ən ümdə məsələdir. Bir daha təkrarlayıram ki, bunu Tramp da, Amerika kəşfiyyatı da, İsrail də, Rusiya da, Azərbaycan da, digər ölkələr də bilir. Burada gizli bir şey yoxdur. Bu səbəbdən də Ankarada olarkən Tramp özü də bildirdi ki, İranın bir nömrəli hədəfi Trampdır. Ancaq bunu həyata keçirmək elə də asan məsələ deyil. Çünki Amerika prezidentinin qorunması ən güclü təşkilatdır. Sayları həddən artıq çoxdur.

Məsələn, Ankarada keçirilən NATO-nun 36-cı sammitində iştirak etmək üçün gələndə Trampa xüsusi bir otel ayrıldı. Həmin otelin pəncərələri güllə keçirməz, divarları raket zərbələrinə davamlı idi. Yəni belə otellər tikilir ki, ali dövlət rəhbərinin qəbulu zamanı onların təhlükəsizliyinə təminat verilsin. Eyni zamanda da Amerikanın təhlükəsizlik orqanlarının əməkdaşları həmin ərəfədən əvvəlcədən gəlib orada iş aparıblar Türkiyənin xüsusi xidmət orqanları, MİT ilə birlikdə təhlükəsizliyə tam təminat veriblər. Ondan sonra da Tramp sammitdə iştirak etdi. Sammitdən də çox razı getdi. Xüsusilə Türkiyənin son illərdə əldə etdiyi nailiyyətlər, Ərdoğanın rəhbərliyi ilə Türkiyənin hərbi sənayesinin inkişafında əldə edilən uğurlar dünya liderlərinə çatdırıldı. Yəni İsrail kəşfiyyatı da güclüdür, güclü kəşfiyyat orqanlarından biridir. Ancaq İsrailin kəşfiyyat orqanlarının məlumat verməsi ki, İran kəşfiyyatı Trampa sui-qəsd hazırlayır, bilinən bir məsələ haqqında məlumat verməyin mənası nədir?

İsrail olan-olmayan, yaxud hamının bildiyi məsələləri kəşfiyyat məlumatları adı ilə ötürməyə çalışır. Çünki İsrailin əsas məqsədi ABŞ-la İran arasında olan razılaşmanı pozmaq idi və buna da qismən nail oldu. Elə həmin proqramın ilk bəndini İsrail pozdu. Livandan qoşunlarını çıxarmadı və bildirdi ki, biz Amerikanın vasalı deyilik, biz müstəqil ölkəyik, Livanın cənubu bizim milli təhlükəsizliyimizdə təhdid yaradır, qırmızı zonadır və sair. Ona görə biz oradan çıxmırıq. Onlar öz fəaliyyətlərində də bildirdilər ki, biz öz milli maraqlarımızdan çıxış edirik. Ona görə də müəyyən mənada İsrail ilə ABŞ arasında müəyyən soyuqluqlar yarandı. Hətta Amerika vətəndaşının İrana casusluq edərək İsrail haqqında məlumatlar ötürdüyü haqqında da məlumat yayıldı. Həmin Amerika vətəndaşı həbs olundu. Yəni bütün bunlar ABŞ-İsrail arasında münasibətlərə sərinlik gətirdi. Ancaq təbii ki, İsrailin ən yaxın strateji müttəfiqi Amerikadır. Bu günə qədər Amerikadan imtina etsəydi çoxdan İsrail yox idi. Yəni buna İran və digər ölkələr çoxdan müvəffəq olmuşdurlar. İranın dilindən desək, İsrailin sionist dövləti çoxdan yox olmuşdu. Onları bu gün ayaqda saxlayan da Amerikadır. Ona görə də yenə deyirəm, belə bir sensasion informasiya ilə MOSSAD çıxış edir ki, İran ABŞ prezidentini öldürmək istəyir, ona qarşı sui-qəsd hazırlayır. Bu bilinən, barəsində iş aparılan bir şey haqqında məlumat verməyin elə də ciddi əhəmiyyəti olmadığını düşünürəm"-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ