Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

Image


Məlum olduğu kimi, müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

Təlim-məşq planına əsasən, “JF-17C" (Block-III), "Su-25ML", "Su-25" və "L-39" tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.

​Təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş tapşırıqlarının və taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi, eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını inkişaf etdiriblər. ​Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədilə keçirilən təlim-məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib. Bütün bunlar isə hələ də Ermənistanda ciddi narahatlıqla qarşılanır. Ermənistanın “168.am” nəşri yazır ki, Azərbaycanın Pakistandan aldığı “JF-17C" qırıcıları təkcə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsinə deyil, həm də Pakistan, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir: “Məlum olduğu kimi, Azərbaycan Pakistandan sifariş etdiyi “JF-17C" qırıcılarından istifadə etməklə ilk dəfə hərbi təlimlər keçirib. Daha əvvəl Pakistan mənbələrinə istinadən yazmışdıq ki, 2025-ci ildə Bakıda keçirilən hərbi paraddan əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin arsenalındakı “JF-17C Block III” qırıcıları “Indus Shield Alpha” Azərbaycan-Pakistan birgə hava təlimləri çərçivəsində Azərbaycana gətirilib. Bu məlumat sonradan Azərbaycan KİV-i, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinə yaxın olan “Caliber.az” tərəfindən də təsdiqlənib. Təlimlərin məqsədi iki ölkənin Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyətin, taktiki koordinasiyanın və əməliyyat uyğunluğunun təkmilləşdirilməsi olub. “Indus Shield Alpha” təlimi müasir hava döyüşü taktikasının hazırlanması, planlaşdırılması və icrası ilə yanaşı, operativ məlumat mübadiləsi və hava hücumundan müdafiə sahəsində birgə cavab imkanlarının gücləndirilməsinə də xidmət edib. Daha konkret desək, Bakı Pakistan qırıcılarının Azərbaycan bazasına enişi, yerləşdirilməsi və digər əməliyyatları vasitəsilə “JF-17C Block III” qırıcılarının milli komandanlıq və idarəetmə arxitekturası daxilində, mövcud hava hücumundan müdafiə, kəşfiyyat və müşahidə vasitələri ilə qarşılıqlı fəaliyyət imkanlarını qiymətləndirib. Beləliklə, artıq “JF-17C" qırıcıları Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalındadır. Azərbaycanın “JF-17 Block III” qırıcılarını əldə etməsi gələcək regional münaqişələrin getdikcə daha çox uzaqmənzilli “hava-hava” raketləri, paylanmış hədəfləmə sistemləri, yüksək dəqiqlikli zərbə imkanları və radioelektron mübarizəyə davamlılıq üzərində qurulacağını göstərir. Bu kontekstdə mütəxəssislər JF-17 qırıcılarının alınmasını Pakistan-Azərbaycan-Türkiyə müdafiə əməkdaşlığının tərkib hissəsi hesab edirlər. Daha əvvəl də yazmışdıq ki, gələcəkdə Türkiyənin hələ sınaq mərhələsində olan “Gökdoğan” və “Bozdoğan” “hava-hava” raketlərinin bu qırıcılara inteqrasiya olunması mümkündür.

Bundan başqa, bu ilin martında Azərbaycan mənbələri Azərbaycanın Türkiyədən JF-17 qırıcıları üçün 40 ədəd ASELPOD elektro-optik hədəfləmə sistemi sifariş etdiyini bildirmişdi. Bu sistem uzaq məsafədəki hədəfləri aşkar etməyə, izləməyə, koordinatlarını müəyyən etməyə və yüksək dəqiqliklə zərbə endirməyə imkan verir. ASELPOD sisteminin F-16 qırıcılarına və Pilotsuz Uçuş Aparatlarına inteqrasiyası mümkündür. Buna görə də JF-17 qırıcıları Türkiyənin PUA sistemləri, ASELPOD hədəfləmə konteynerləri, taktiki məlumat ötürmə kanalları və NATO standartlarına uyğun hazırlanmış rəqəmsal döyüş idarəetmə arxitekturası ilə qarşılıqlı fəaliyyət göstərə bilər. “JF-17C" qırıcısı Çin istehsalı olan PL-15E raketi ilə uyğunluğu sayəsində birbaşa görmə xəttindən kənardakı hədəfləri məhv edə bilir. Təxminən 900 kilometrlik döyüş radiusu isə Xəzər dənizi regionunda daha geniş ərazilərdə uzunmüddətli hava əməliyyatları aparmağa imkan verir. Bundan başqa, C-802AK daxil olmaqla gəmi əleyhinə raketlərin inteqrasiyası Bakının Xəzər dənizində strateji enerji infrastrukturunun müdafiəsi imkanlarını artıracaq. Bununla yanaşı, müxtəlif beynəlxalq mənbələrə görə, Pakistandan alınan “JF-17C" qırıcıları Sumqayıt yaxınlığındakı “Nasosnı” aviabazasında yerləşdirilib. Bu layihə çərçivəsində yeni anqarlar tikilib, müasir texniki infrastruktur yaradılıb və aviabazanın Azərbaycanın ən mühüm strateji hərbi obyektlərindən birinə çevrilməsi istiqamətində işlər aparılır. Ermənistan Silahlı Qüvvələrinin arsenalında cəmi dörd “Su-30” qırıcısı mövcuddur. Müxtəlif beynəlxalq ekspertlər mayın 28-də İrəvanda keçirilən hərbi paraddan sonra “Su-30” qırıcılarının İran istehsalı olan “Yasin” planlaşdırılan aviasiya bombaları ilə təchiz edildiyini qeyd ediblər. Lakin Ermənistanın cəmi dörd “Su-30” qırıcısı var. Halbuki əvvəllər 8-12 təyyarənin alınması planlaşdırılırdı ki, bu da müvafiq aerodrom və texniki infrastruktur tələb edirdi. Bakı isə fərqli istiqamətdə irəliləyir. Müxtəlif məlumatlara görə, İlham Əliyev gələcəkdə 40-a qədər “JF-17C" qırıcısı almağı planlaşdırır”.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ