çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

Image


İctimai-siyasi fəaliyyət yalnız idarəçilik bacarığı ilə ölçülmür. Bugünkü dövrün çağırışları siyasətçidən daha geniş baxış, elmi düşüncə, humanitar yanaşma, sosial məsuliyyət və insanlarla canlı bağ tələb edir. Bu baxımdan Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev Azərbaycanın ictimai-siyasi həyatında diqqət çəkən simalardan biri kimi çıxış edir. Onun fəaliyyəti siyasət, elm, maarifçilik, humanitar dəyərlər və sosial məsuliyyət xəttində formalaşan çoxşaxəli bir fəaliyyət modelidir.

Cavanşir Feyziyev haqqında danışarkən ilk növbədə onun intellektual portretinə diqqət yetirmək lazımdır. O, yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də həmin prosesləri elmi baxımdan analiz edən, dünyanın mürəkkəb geosiyasi dəyişikliklərini nəzəri əsaslarla şərh edən tədqiqatçıdır.
Cavanşir Feyziyevin elmi yaradıcılığı geopolitika, etnosiyasi münasibətlər, humanitar siyasət, milli dövlətçilik və Türk dünyasının inteqrasiyası kimi mühüm istiqamətləri əhatə edir. Xarici dilləri peşəkar səviyyədə bilməsi ona dünya elmi ədəbiyyatını orijinaldan oxumaq, müxtəlif nəzəri məktəblərlə tanış olmaq və beynəlxalq elmi fikrin inkişaf dinamikasını yaxından izləmək imkanı yaradıb. Onun tədqiqatlarında diqqəti cəlb edən mühüm xüsusiyyətlərdən biri, məsələlərə yalnız nəzəri çərçivədə deyil, real siyasi hadisələr fonunda yanaşmasıdır. Bu yanaşma onun əsərlərini həm akademik dairələr, həm də siyasi analitiklər üçün maraqlı edir.
Türk dünyasının inteqrasiyası məsələsi onun elmi yaradıcılığında xüsusi yer tutur. Bu istiqamətdə yazdığı əsərlərdə ortaq tarix, ortaq dil, mədəni yaddaş və strateji əməkdaşlıq faktorları geniş şəkildə təhlil edilir. O, Türk dünyasının yaxınlaşmasını duyğusal çağırış deyil, beynəlxalq münasibətlər sisteminin tələb etdiyi geosiyasi zərurət kimi qiymətləndirir.
Hər kəsə məlumdur ki, bir ölkənin inkişafının əsas göstəricilərindən biri təhsil sistemidir. Bu həqiqəti dərindən anlayan şəxslərdən biri kimi Cavanşir Feyziyevin fəaliyyətində təhsil sahəsinə xüsusi diqqət müşahidə olunur. Onun dəstəyi ilə həyata keçirilən məktəb layihələri, təhsil təşəbbüsləri, gənclərin inkişafına yönələn fəaliyyətlər, sadəcə sosial layihə deyil, gələcəyə hesablanmış strateji baxışın ifadəsi kimi dəyərləndirilə bilər. Çünki, məktəb yalnız bina deyil, məktəb düşüncənin, şəxsiyyətin, vətəndaş mövqeyinin formalaşdığı məkandır. Kənd məktəblərinə, bölgələrdə təhsil imkanlarının yaxşılaşdırılmasına verilən diqqət xüsusilə əhəmiyyətlidir. Çünki, istedad yalnız böyük şəhərlərdə yaranmır. Sabahın alimi, müəllimi, mühəndisi, həkimi, dövlət xadimi ucqar kənd məktəbində də yetişə bilər.
Cavanşir Feyziyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri də humanitar və sosial məsuliyyət sahəsidir. İmkansız ailələrin övladlarına dəstəyin göstərilməsi, tələbələrin təhsil haqlarının ödənilməsinə yardım, xəstə insanların müalicəsinə kömək, şəhid ailələri və qazilərin problemlərinə həssas yanaşma onun fəaliyyətində xüsusi yer tutur.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə qazilərin sosial həyata adaptasiyası istiqamətində Cavanşir Feyziyevin göstərdiyi təşəbbüslər də, cəmiyyət tərəfindən olduqca müsbət qarşılanıb. Ehtiyac içində olan ailələrin problemlərinə dəstək vermək, insanların çətin günündə yanında olmaq, yalnız ictimai vəzifə deyil, həm də mənəvi məsuliyyət nümunəsidir.
Burada xüsusi vurğulanmalı bir məqam var ki, deputatın gördüyü işlərin əhəmiyyətli hissəsi nümayiş və reklam xarakteri daşımadan həyata keçirilir. Cavanşir Feyziyevin şəxsiyyət portretini tamamlayan əsas cəhətlərdən biri onun sadəliyi, səmimiliyi və təvazökarlığıdır. Yüksək statusa malik olmaq hər zaman insanı sadə saxlamır. Lakin, bəzi insanlar vəzifə yüksəldikcə insanlara daha yaxın olmağı bacarırlar. Cavanşir Feyziyevi yaxından müşahidə edənlərin tez-tez qeyd etdiyi xüsusiyyətlərdən biri seçicilərlə münasibətlərindəki təbiilikdir. Seçicilərlə görüşlərə gedərkən hər zaman sadə geyimlərə üstünlük verməsi, bəzən ən köhnə geyimlərini geyinərək insanlarla görüşməsi diqqətdən yayınmayan məqamlardandır. Bu, zahiri detal kimi görünə bilər, amma əslində xarakter göstəricisidir. Bu davranışın arxasında mühüm bir düşüncə dayanır: özünü insanlardan üstün tutmamaq, vəzifə ilə insan arasına məsafə qoymamaq, sadə vətəndaşın dərdini dinləyərkən rəsmi protokol arxasına sığınmamaq. Məhz buna görə də, onun haqqında danışan bir çox insanlar ilk növbədə vəzifəsini deyil, insanlığını, səmimiyyətini və əlçatanlığını vurğulayırlar.
Cavanşir Feyziyevin fəaliyyətinə nəzər saldıqda, qarşımızda yalnız siyasi fəaliyyətlə məhdudlaşmayan geniş bir portret canlanır. Burada elmə bağlılıq, milli dövlətçilik düşüncəsi, təhsilə verilən dəyər, humanitar baxış, sosial məsuliyyət və insani münasibətlərin harmoniyası görünür.
Hər bir insanın həyat yolu onun söylədiyi fikirlərdən çox, gördüyü işlərlə ölçülür. İllər ərzində həyata keçirilən elmi, ictimai və humanitar fəaliyyətlər onu deməyə əsas verir ki, Cavanşir Feyziyev Azərbaycanın ictimai, eləcə də siyasi həyatında özünəməxsus dəsti-xətti olan simalardan biridir.
12 iyul tarixində ömrünün 63-cü ilinə qədəm qoyan millətimizin həqiqi vəkili, xalqın adamı Cavanşir Feyziyevə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji, elmi, ictimai və siyasi fəaliyyətində yeni uğurlar arzulayırıq. Onun Azərbaycanın inkişafına, milli dövlətçilik düşüncəsinə, elmə, təhsilə və humanitar dəyərlərə xidmət edən fəaliyyətinin bundan sonra da davamlı olmasını diləyirik. Qarşıdakı illərin ona yeni nailiyyətlər, xoş günlər, mənəvi məmnunluq və həyata keçəcək böyük məqsədlər gətirməsini arzu edirik. Cavanşir Feyziyevin elmə, dövlətçiliyə, təhsilə və insan amilinə xidmət edən çoxşaxəli fəaliyyətinin gələcək illərdə də uğurla davam etməsini, həyata keçirdiyi təşəbbüslərin ölkəmizin inkişafına və cəmiyyətimizin tərəqqisinə yeni töhfələr verməsini diləyirik.

Lamiyə İsazadə,
yazıçı-publisist, Prezident təqaüdçüsü.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ