Avrasiya İqtisadi Birliyi (AİB) daxilində Ermənistan məhsullarına məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılaşmalar əldə edilib və təfərrüatları tətbiq edildikdən sonra açıqlanacaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya son səfərinin və rusiyalı həmkarı ilə erməni ixracatçılarına qarşı mövcud məhdudiyyətlərlə bağlı danışıqların nəticələri ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, danışıqlar konstruktiv xarakter daşıyıb, lakin onların praktiki tətbiqinə başlamazdan əvvəl konkret nəticələri açıqlamaq hələ tezdir.
"Rusiya hökumətinin başçısı ilə AİB-lə bağlı məsələlərdə açıq, səmimi və dostcasına müzakirə apardıq. Bir sıra razılaşmalar əldə edildi. Bu razılaşmaların təfərrüatlarını hazırda paylaşmayacağam, onların gerçəkləşməsini gözləyirəm ki, hamınız onları özünüz görə biləsiniz" – deyə Paşinyan əlavə edib.
Tahir TAĞIYEV