çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

Image


Akif Nağı: “Özlərini də, o mükafatı da biabır edirlər”

Çexiya Azərbaycana qarşı qərəzli münasibətini davam etdirir. Belə ki, Çexiyanın "Idnes.cz" nəşri separatçı Ruben Vardanyanın Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd kimi göstərib. Bu azmış kimi hazırda Bakıda həbsxanada saxlanılan Vardanyanın taleyindən “nigaran” olduqlarını deyirlər. Hətta caninin, qatilin, separatçının hüquqlarını müdafiə edən üzdən iraq məqalə də dərc edilib.

Yazırlar ki, Vatslav Havel İnsan Hüquqları Mükafatının “potensial qalibi” Ruben Vardanyan da daxil olmaqla guya “Dağlıq Qarabağın” keçmiş “liderləri” Bakıda “ağır cəzalara məhkum ediliblər”, “bəziləri isə ömürlük həbs cəzası alıblar”. Separatçı məhkumların vəziyyətləri guya ağırdır, onlar guya qanunsuz saxlanılıblar, onlar guya azadlığa çıxmalıdırlar, guya “hərbi əsirdirlər” və sair.

Keçmiş Dağlıq Qarabağ “Dövlət Naziri” Ruben Vardanyanın may ayında bir qrup beynəlxalq insan hüquqları müdafiəçisi tərəfindən 2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərildiyini qeyd edirlər.

Demokratiya donu geyib, əslində isə insan hüquq və azadlıqlarına qarşı olan bu kimi qurumlar, hüquq müdafiəçiləri separatçını, canini müdafiə etməklə, onu bu cür mükafata namizəd göstərməklə demokratiyanın, insan hüquq və azadlıqlarını ələ salırlar.

Ruben Vardanyanı bu cür mükafata namizəd göstərməklə Vastslav Havel İnsan Hüquqları Mükafatını təhqir edirlər. Vardanyan Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törədən, terroru və terrorçuluğu dəstəkləyən, maliyyələşdirən, qanunsuz silahlı dəstələr yaradıb dövlətimizin ərazi bütövlüyünə qəsd edən bir müharibə canisidir. Bütün bunları görmək əvəzinə durub ona mükafat verirlər. Bununla da onun cinayətlərinə şərik olduqlarını ortaya qoyurlar.

Guya Vardanyan əsarətdədir, guya təqib olunur və sair iddiaların özü gülüncdür və bununla Çexiya Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir, eyni zamanda işğala, separatizmə dəstək verir. Çexiya niyə bu addımı atır? Vardanyana sülh mükafatı verilməsi özü o mükafatın özünə təhqir deyilmi?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Vatslav Haveli Avropada demokratik hərəkətləri ilə tanınınan bir sima idi. “Amma çox təəssüf ki, bugünkü Çexiya rəhbərliyi, Çexiya cəmiyyəti onun adına layiq mövqe tutmur. Ümumiyyətlə, Avropada Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tuturlar. İstər Avropa Parlamenti, istər Avropa Şurası Parlament Assambleyası, istər digər qurumlar olsun, hamısı Azərbaycana qarşı ədalətsiz mövqe tuturlar. Ədalətdən, demokratiyadan danışırlar, amma özləri demokratik prinsiplərə, haqq-ədalətə əməl etmirlər. Azərbaycana qarşı onların irəli sürdükləri bu iddiaların heç bir əsası yoxdur. Birincisi, Vardanyan bu mükafata layiq deyil. İddia edirlər ki, o mükafatı onun guya hansısa bir qrup hüquq müdafiətçisi təqdim edib. Bunların hamısı qurama işdir və Vardanyanın pulu hesabına ortaya gələn bir məsələdir. Onlar bir daha özlərini də, o mükafatı da biabır edirlər. Hər kəs üçün aydındır ki, Vardanyan və onunla birlikdə Azərbaycan məhkəməsi tərəfindən cəzalandırılan, cəza alan şəxslərin hamısı cinayətkardırlar. Çexiyanın tərkibində hansısa bir separat hərəkan baş qaldırarsa ona qarşı necə hərəkət edəcəklər? Onu yatırtmağa çalışacaqlar, yoxsa yox? Çexiyanın özü bu gün ciddi hakimiyyət böhranı keçirir. Bilinmir orada konstitusiyaya uyğun hakimiyyətdə olan kimdir, prezident yoxsa baş nazir?Biabırçı bir vəziyyət yaranıb. İstanbulda keçirilən NATO-nun son sammitində Çexiya həm baş nazirlə, həm də prezidentlə təmsil olundu. Hərəsi də özünə ayrıca nümayəndə heyəti ilə gəlmişdilər və o kollektiv şəkli çəkiləndə hərəsi bir küncdə dayanmışdı. Bir-birinə yaxın da daymamışdılar, düşmən kimi dayanmışdılar.

Yəni bunlar əgər hansısa bir nüfuzlu bir tədbirə getməyi müəyyənləşdilər bilmirlər ki, ölkəni kim təmsil edəcək, prezident yoxsa baş nazir? Bunlar nədən danışır? Bunların mövqeyinə biz nə cür münasibət bəsləməliyik? Ona görə hesab edirəm ki, onların irəli sürdükləri ittihamların heç bir əsası yoxdur. Güya Vardanyanla bağlı ədalətsiz qərar qəbul olunub.

Bu mükafat demokratiyanın, insan haqlarının müdafiətçilərinə verilir. Vardanyanın fəaliyyətində hansı insan haqlarından, hansı demokratiyadan danışmağa olar? Ora gələn gündən Azərbaycana qarşı təxribatçı şüarlar səsləndirir, Azərbaycan hakimiyyətinə qarşı çağrışlar edirdi, terror qruplarını maliyyələşdirirdi. Təxribatçı qrupları maliyyələşdirib özü də onların başında dayanırdı. Azərbaycan hakimiyyətinə qarşı idi. Vardanyanın cinayətlərinə, terroru maliyyələşdirdiyinə görə bu mükafatı verirlər?

Bunlar iddia edirlər ki, Azərbaycan hansısa təşkilatların çağrışlarına məhəl qoymayıb.

Azərbaycan müstəqil bir dövlətdir, öz qanunları ilə yaşayır. Məhkəmənin gedişində də kifayət qədər faktlar ortaya qoyulubdur. O faktlar da danılmaz faktlardır.

Vardanyan özünə o qədər arxayın idi ki, elə bilirdi Azərbaycan məhkəməsi qarşısına dayanmayacaq, cinayətlərinin cəzasını çəkməyəcək.

Ona görə də açıq şəkildə Azərbaycana qarşı cinayətlər törətdirdi və o cinayətləri törətdiyini deməkdən də çəkinmirdi. O faktların hamısı ortadadır.

Əgər Avropada, Çexiyada bir az da olsa ədalət prinsipi olsaydı belə bir əsassız mövqe sərgiləməzdi.

Onlar ədalət və demokratiya, insan hüquqları kimi prinsplərdən danışırlarsa hesab eidrəm ki, düzgün qərar qəbul etməlidirlər.

Çexiya nə üçün bu addımı atır? Yəni Avropa niyə Azərbaycana qarşı bu cür qərəzli mövqedədir. Çexiyada həmin təşkilatlar kimlərinsə sifarişini yerinə yetirir. Yenə deyirəm, orada vahid dövlət siyasəti yoxdur. Çexiyada müəyyən dəllallar, dələduzlar ortaya çıxıb və bu məsələ ilə bağlı kampaniya aparırlar. Vardanyanın arvadı heyətlə Bakıya da gəlmək istəyir. Gəlsin və şəhid anaları, şəhid ailələri, şəhidlərin həyat yoldaşları ilə görüşsün. 20-25 yaşında dul qalmış şəhid xanımlarını görsünlər, qazilərlə görüşsün... Hesab edirəm ki, Azərbaycan o heyəti rədd eləməlidir, onların istənilən təşəbbüsünə qarşı olmalıdır. Onlar bura dələduz dəstə ilə gəlmək istəyirlər”.

A.Nağı hesab edir ki, bu bir tərəfdən Çexiya və Avropanın siyasətində Azərbaycana qarşı təzyiq etmək istəyidir, onlar bu yolla nəyə isə nail olmaq istəyirlər. “Amma nəticəyə nail ola bilməyəcəklər. Digər tərəfdən isə müəyyən bir beynəlxalq dələduz qruplar var ki, onlar bu yol onlara pul qazandırır. İstəyirlər ki, Vardanyanın pullarını istifadə etsinlər. Bunun başqa bir izahı yoxdur. Çünki reallığa, həqiqətə uyğun deyil və heç bir nəticə də verməyəcək. Azərbaycan qərarını verib. Məhkəmə qərarı ədalətlidir. Bu ədalətli qərarı da heç kəs poza bilməz”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ