Gözləntimiz ondan ibarətdir ki, TRIPP (“Tramp marşrutu”) layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq.
Trend-in müxbiri xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk danışıqlar ABŞ və Ermənistanla aparılır.
"Lakin marşrutun həm giriş, həm də çıxış hissəsi Azərbaycan ərazisindədir. Ona görə amerikalı həmkarlarımız tərəfindən layihənin gedişi ilə bağlı məlumatlandırılırıq. Hazırda sənədləşmənin hazırlanması işləri aparılır. Gözləntimiz ondan ibarətdir ki, bununla bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq".