Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyib.
Prezident İlham Əliyev bu barədə iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edərkən bildirib.
O, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Trampın xüsusi rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu deyib.