Türkiyənin "Sabah" qəzeti rusiyalı diplomat Andrey Karlovun qətlinin planlı xarakterini sübut edən sənədləri dərc edib. Cinayətin sadə terror hücumu deyil, çoxqatlı kəşfiyyat və təxribat əməliyyatı olduğunu yazan nəşr iddia edir ki, "Səfirin sui-qəsd ssenarisi sui-qəsd cəhdindən iki il əvvəl bir serialda nümayiş etdirilib".
Jurnalistlərin sözlərinə görə, təşkilatçılar bununla Türkiyəni xarici diplomatları qorumağa qadir olmayan bir ölkə kimi göstərməyə çalışıblar. Məqsəd beynəlxalq narazılığa səbəb olmaq və Moskva ilə Ankara arasında münasibətləri pozmaq olub. Hücumu təşkil edənin isə FETÖ təşkilatı olduğu bildirilir.
Qeyd olunur ki, sui-qəsdin sübutlarından biri 2014-cü ilin dekabr ayında yayımlanan "Nizama Adanmış Ruhlar" televiziya serialının bir bölümündə əks olunub. Belə ki, serialda sərgi zamanı səfirə qarşı sui-qəsd səhnəsi yer alıb. İstintaq personajların cizgilərinin əsl planla uyğun gəldiyini bildirib. Sui-qəsdin bir neçə ay ərzində hazırlandığı, Karlovun marşrutları və təhlükəsizlik tədbirləri barədə kəşfiyyat məlumatlarının toplandığı bildirilir.
SAMİRƏ