ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 zirvəsinə dəvət edib. Bu barədə Qırğızıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Edil Baisalov mediaya açıqlamasında bildirib.
Trampın Azərbaycan ilə yanaşı Qazaxıstan və Özbəkistan prezidentlərini də Mayamidə keçiriləcək G20 liderlərinin sammitinə dəvət etdiyini bildirən səfir, bundan çox qürur duyduqlarını deyib.
"Onlardan ən azı birindən dəvət alsaq çox məmnun olardıq, amma hər üç lider G20 sammitində Trampın şəxsi qonaqları olacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, G20 liderlərinin sammiti bu il 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək.
Tahir TAĞIYEV