çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

Image


Azərbaycanın rəqəmsal transformasiya strategiyası artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas istiqamətləri iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bir daha müəyyənləşdirildi. İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olundu.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

"Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi və dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasəti artıq yeni mərhələyə daşıyır. Əgər əvvəlki dövrdə əsas prioritet qeyri-neft sektorunun inkişafı idisə, hazırda ölkənin strateji hədəfi rəqəmsal iqtisadiyyatın qurulması, süni intellekt texnologiyalarının tətbiqi, innovasiya ekosisteminin formalaşdırılması və kibertəhlükəsizlik sahəsində dayanıqlı idarəetmə modelinin yaradılmasıdır, - deputat qeyd edib.

S.Mikayılova bildirib ki, Prezident İlham Əliyevin cari ilin fevral ayında keçirdiyi müşavirədə qəbul olunan qərarlar Azərbaycanın yaxın onilliklər üçün texnoloji inkişaf kursunu müəyyənləşdirən mühüm dönüş nöqtəsi hesab olunur. Məhz həmin qərarların davamı olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı, daha sonra isə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqləndi.

"Bu sənəd sadəcə rəqəmsallaşma proqramı deyil. O, dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən kibertəhlükəsizliyə qədər bütün sahələri əhatə edən kompleks transformasiya strategiyasıdır. Fəaliyyət Planı rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərini vahid idarəetmə modeli altında birləşdirərək Azərbaycanın rəqəmsal suverenliyini möhkəmləndirməyi qarşıya məqsəd qoyur.

Müasir dövrdə dövlət xidmətlərinin keyfiyyəti artıq yalnız onların mövcudluğu ilə deyil, vətəndaşa nə qədər operativ, rahat və şəffaf şəkildə təqdim olunması ilə ölçülür. Bu baxımdan "mygov" və "mygov Biznes" platformalarının yaradılması Azərbaycanda elektron hökumət modelinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əsas məqsəd müxtəlif dövlət qurumlarının ayrıca fəaliyyət göstərən portal və mobil tətbiqlərini vahid rəqəmsal ekosistem altında birləşdirməkdir. Bunun nəticəsində vətəndaşlar və sahibkarlar onlarla müxtəlif tətbiqdən istifadə etmək əvəzinə bütün dövlət xidmətlərinə bir platforma üzərindən çıxış əldə edəcəklər.

Artıq "e-Sosial", "e-TƏBİB", "e-Su" platformaları "mygov"a inteqrasiya olunub. "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" kimi xidmətlərin də mərhələli şəkildə vahid sistemə qoşulması davam edir.

Yeni modelin əsas xüsusiyyətlərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir. Bu yanaşmaya əsasən, vətəndaş artıq bir çox xidmət üçün ayrıca müraciət etməyəcək. Dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında xidmət avtomatik təqdim olunacaq.

Artıq yaşa görə əmək pensiyalarının proaktiv təyin edilməsi buna uğurlu nümunədir. Gələcəkdə doğum müavinətlərinin, sənədlərin etibarlılıq müddətinin başa çatması barədə bildirişlərin və digər xidmətlərin də avtomatik təqdim olunması nəzərdə tutulur.

Bununla yanaşı, "Yalnız bir dəfə" prinsipinin tətbiqi vətəndaşdan eyni sənədlərin təkrar tələb olunmasının qarşısını alacaq, dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirəcək və bürokratik maneələri minimuma endirəcək.

Qısa müddətdə əldə olunan nəticələr də bu islahatların effektivliyini nümayiş etdirir. Son üç ay ərzində "mygov" istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksələrək təxminən 30 faiz artıb", - S. Mikayılova əlavə edib.

Deputat vurğulayıb ki, rəqəmsal transformasiyanın əsas elementlərindən biri də Milli Məlumat Hövzəsinin (Data Lake) yaradılmasıdır.Hazırda müxtəlif dövlət qurumlarında vətəndaşlar haqqında məlumatlar fərqli formatlarda saxlanılır. Yeni sistem bu məlumatların vahid platformada toplanmasını təmin edəcək. Analitika və süni intellekt texnologiyalarının tətbiqi sayəsində dövlət vətəndaşın ehtiyaclarını əvvəlcədən müəyyənləşdirə, fərdiləşdirilmiş xidmətlər təqdim edə və qərarların qəbulunu daha dəqiq məlumatlara əsaslandıra biləcək.

"Azərbaycanın texnoloji inkişaf strategiyasında innovasiya xüsusi yer tutur. Hədəf ölkəni Cənubi Qafqaz və region üzrə texnologiya, startap və investisiya mərkəzinə çevirməkdir. Bu məqsədlə hazırlanan qanunvericilik paketi son illərin ən genişmiqyaslı hüquqi islahatlarından hesab olunur. Paket 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri əhatə edir.

İlk dəfə olaraq süni intellekt, rəqəmsal texnologiyalar, innovasiya məhsulları, texnologiya transferi, kibertəhlükəsizlik və frilanser fəaliyyəti qanunvericilikdə ayrıca anlayış kimi müəyyən edilir. Bununla yanaşı, vençur kapitalı fondlarının hüquqi statusunun müəyyən olunması, SAFE və Convertible Note investisiya alətlərinin tətbiqi, ESOP mexanizminin qanuniləşdirilməsi, kraudfandinq sisteminin yaradılması və "Fondlar Fondu"nun formalaşdırılması innovasiya maliyyələşdirilməsinin tamamilə yeni mərhələyə keçməsini təmin edəcək. İnvestorların marağını artırmaq üçün rəqəmsal texnologiyalar və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri, yüksək ixtisaslı texnologiya mütəxəssislərinə isə 0 faiz gəlir vergisinin tətbiqi nəzərdə tutulur.

Eyni zamanda, "Rəqəmsal Səyyah" vizası, frilanserlər üçün vergi güzəştləri, açıq məlumatların API vasitəsilə biznes üçün əlçatan olması və dövlət satınalmalarında startaplara üstünlük verilməsi Azərbaycanın beynəlxalq texnologiya bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq", - Sevil Mikayılova bildirib.

Deputat əlavə edib ki, Fəaliyyət Planının ən strateji istiqamətlərindən biri süni intellekt texnologiyalarının dövlət idarəçiliyinə geniş tətbiqidir. 2026-cı il ərzində "mygov" platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqi planlaşdırılır. Artıq "mygov" platformasında vətəndaşlara 24 saat xidmət göstərə bilən virtual köməkçinin ilkin versiyası istifadəyə verilib. Bundan başqa, səhiyyə, təhsil, gömrük və digər sahələr üzrə yeni süni intellekt həllərinin hazırlanması davam etdirilir.

"Bu yanaşmanın əsas məqsədi yalnız yeni texnologiyalar tətbiq etmək deyil, eyni zamanda dövlət vəsaitlərinə qənaət etmək, uğurlu həllərin bütün dövlət qurumlarında təkrar istifadəsini təmin etməkdir. Süni intellekt sahəsində infrastruktur da gücləndirilir. Milli hesablama gücünün yaradılması üçün 64 yüksək məhsuldarlıqlı qrafik prosessorun (GPU) quraşdırılması nəzərdə tutulur.

Eyni zamanda, innovativ texnologiyaların təhlükəsiz tətbiqi məqsədilə "Regulatory Sandbox" modeli yaradılır ki, bu da yeni süni intellekt həllərinin hüquqi baxımdan sınaqdan keçirilməsinə imkan verəcək.Kibertəhlükəsizlik yeni inkişaf modelinin əsas dayağıdır. Rəqəmsallaşma artdıqca kibertəhlükəsizlik məsələləri də strateji əhəmiyyət qazanır. Bu baxımdan Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanda tamamilə yeni idarəetmə modelinin formalaşdırıldığını göstərir.

Agentliyin tərkibində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli CERT və Rəqəmsal Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək. Yeni sistem kibertəhdidlərin operativ aşkarlanmasına, insidentlərə çevik reaksiya verilməsinə və rəqəmsal sübutların peşəkar araşdırılmasına imkan yaradacaq. Bununla yanaşı, bank, energetika, nəqliyyat, sığorta və digər kritik informasiya infrastrukturları üçün yeni təhlükəsizlik standartları tətbiq olunacaq. Süni intellekt əsasında işləyən qabaqlayıcı kibermüdafiə sistemlərinin yaradılması, dövlət qurumları arasında real vaxt rejimində məlumat mübadiləsinin təşkili və Hökumət Buludu platformasının genişləndirilməsi də əsas prioritetlər sırasındadır", - S. Mikayılova vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, texnologiyanın uğurlu tətbiqi yalnız müasir infrastrukturla deyil, güclü insan kapitalı ilə mümkündür. Bu baxımdan təhsil sistemində həyata keçirilən islahatlar xüsusi əhəmiyyət daşıyır. Son beş ildə məktəblərə 235 mindən artıq kompüter verilib, bir kompüterə düşən şagird sayı 32-dən 6-ya endirilib, bütün təhsil müəssisələri təhlükəsiz internet şəbəkəsinə qoşulub:

"Rəqəmsal məktəb" platforması artıq 900 mindən çox istifadəçini əhatə edir və yaxın tədris ilindən region məktəblərində də geniş tətbiq olunacaq. Təhsil xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində 62 elektron xidmət istifadəyə verilib, attestat və diplomların elektron formatda təqdim edilməsinə başlanılıb. Eyni zamanda, "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri yüz minlərlə məktəblinin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirir. Növbəti mərhələdə isə süni intellekt əsasında fərdiləşdirilmiş tədris modellərinin tətbiqi, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumat əsaslı qiymətləndirilməsi nəzərdə tutulur".

S.Mikayılova vurğulayıb ki, hazırda həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan rəqəmsallaşmanı təkcə dövlət xidmətlərinin elektronlaşdırılması kimi deyil, ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının əsas elementi kimi qiymətləndirir. Rəqəmsal dövlət idarəçiliyi, süni intellekt texnologiyalarının tətbiqi, innovasiya iqtisadiyyatının qurulması, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi və insan kapitalının inkişafı bir-birini tamamlayan vahid inkişaf modelini formalaşdırır.

"Bu yanaşma Azərbaycanın yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının aparıcı rəqəmsal və texnoloji mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan strateji addımların göstəricisidir. Qarşıdakı illərdə Fəaliyyət Planının tam icrası ölkənin rəqəmsal suverenliyinin möhkəmlənməsinə, iqtisadi rəqabət qabiliyyətinin yüksəlməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yeni səviyyəyə çatmasına mühüm töhfə verəcək", - Sevil Mikayılova qeyd edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ