çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

Image


Mehmet Gökhan Özçubukçu: “Mesajın əsas məqsədi hər hansı şəxsi hədəf göstərməkdən daha çox demokratik institutların şəxslərdən üstün olduğuna diqqət çəkməkdir”

ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama 4 iyulda qeyd olunan Müstəqilliyin 250 illiyi ilə bağlı millətə müraciət ediblər.

ABC News xəbər verir ki, çıxışlarında onlar ölkənin tarixi və dəyərlərindən narahatlıq ifadə edərək, dolayı yolla ABŞ prezidenti Donald Trampın rəhbərliyindəki mövcud siyasi vəziyyətə toxunublar.

Keçən həftənin sonlarında yayımlanan açıqlamada Demokrat Bill Klinton qeyd edib ki, ölkə ildönümünü "dərin bölünmələrin, Amerikanın gələcəyi və dünyadakı rolu ilə bağlı yeni sualların, təsisatlara və demokratiyaya ciddi təhdidlərin başqa bir dövrü" fonunda qeyd edir. O, həmçinin, birbaşa ad çəkmədən, "hakimiyyətin immiqrasiya siyasəti və İranla münaqişəyə toxunaraq, mövcud administrasiyanı tənqid edib.

Klinton vurğulayıb ki, Amerika tarixinin əsas dərslərindən biri "daha mükəmməl bir birlik" yaratmaq istəyi olaraq qalır.

Barak Obama da Amerika demokratiyasının yarımçıq təbiəti mövzusunu genişləndirərək, ABŞ-ı "daim formalaşmaqda olan bir ölkə" adlandırıb. Prezidentlik mərkəzindən göndərdiyi videomüraciətdə o, vətəndaşların bərabər ləyaqəti, qanunun aliliyi, yoxlama və tarazlıq, məhkəmə müstəqilliyi və hakimiyyətin dinc yolla ötürülməsi kimi fundamental demokratik prinsipləri vurğulayıb.

Corc Buş öz çıxışında vətəndaş məsuliyyətini vurğulayaraq, növbəti 250 ilin amerikalılardan "tamaşaçı yox, vətəndaş" olmasını tələb edəcəyini bildirib.

NBC-yə verdiyi müsahibədə o əlavə edib ki, demokratiya "özünü düzəldən bir sistemdir", çünki vətəndaşlar ölkənin istiqamətindən narazı olduqları təqdirdə öz fikirlərini seçkilər vasitəsilə ifadə edə bilərlər.

ABŞ-ın keçmiş prezidentləri müraciət yayıblar və orada əsasən qanunun aliliyi, demokratiya, hakimiyyətin dinc yolla ötürülməsi, məhkəmələrin müstəqilliyi qeyd olunub. Müraciətdə hakimiyyətin dinc yolla ötürülməsini xüsusi vurğulayırlar. Bu nədir? Amerikanın keçmiş prezidentlərində narahatlıq var ki, Tramp hakimiyyətini ömrünü uzatmaq üçün qeyri - konstitusional yollara əl ata bilər? Yaxud dinc şəkildə hakimiyyətdən getməyə bilər? Belə bir işarə, belə bir vurğu varmı?

Beynəlxalq münasibətlər mütəxəssisi Mehmet Gökhan Özçubukçu baki-xeber.com-a şərhində bildirdi ki, Amerika Birləşmiş Ştatlarında keçmiş prezidentlərin birgə bəyanat yayaraq hüququn aliliyi, demokratik dəyərlər, məhkəmə müstəqilliyi və xüsusilə hakimiyyətin dinc şəkildə təhvil verilməsi prinsipinə diqqət çəkmələri təkcə cari siyasi hadisələr kontekstində deyil, həm də Amerika konstitusiya sisteminin fəaliyyəti baxımından qiymətləndirilməli olan mühüm hadisədir. “Demokratik rejimlərdə seçkilərin müntəzəm aralıqlarla keçirilməsi qədər, seçki nəticələrinin bütün siyasi aktorlar tərəfindən qəbul edilməsi və hakimiyyətin konstitusion prosedurlar çərçivəsində yeni rəhbərliyə təhvil verilməsi də demokratik legitimliyin əsas ünsürləri sırasında yer alır. Buna görə də sözügedən bəyanatı yalnız müəyyən bir siyasətçiyə yönəlmiş tənqid kimi deyil, demokratik sistemin fundamental prinsiplərinə yönəlmiş güclü institusional vurğu kimi dəyərləndirmək daha doğru olar.

Bununla yanaşı, bəyanatın yayımlandığı vaxt və istifadə olunan anlayışlar nəzərə alındıqda, onun son illərdə Amerika siyasətində baş verən hadisələrdən tamamilə müstəqil olduğunu söyləmək də mümkün deyildir. Xüsusilə 2020-ci il prezident seçkilərindən sonra yaranmış mənzərə Amerika demokratiyası tarixində uzun illər müzakirə olunacaq hadisələrlə yadda qalmışdır. Donald Tramp seçki nəticələrinə etiraz etmiş, bir çox ştatda hüquqi proseslər başladılmış, seçkilərdə saxtakarlıq edildiyi barədə müxtəlif iddialar irəli sürülmüşdür. Lakin bu iddialar həm ştat məhkəmələri, həm də federal məhkəmələr tərəfindən kifayət qədər hüquqi əsas olmadığı səbəbi ilə qəbul edilməmiş, seçki nəticələri konstitusion prosedurlar çərçivəsində qəti şəkildə təsdiqlənmişdir. Ardınca 6 yanvar 2021-ci il tarixində Konqres binasında baş verən hadisələr təkcə Amerika ictimaiyyətində deyil, bütün dünyada demokratiyanın fəaliyyəti baxımından mühüm sınaq kimi qiymətləndirilmişdir. Bu hadisələr göstərmişdir ki, seçkilərin yalnız səsvermə yolu ilə qazanılması deyil, seçki nəticələrinin bütün siyasi aktorlar tərəfindən qəbul edilməsi də demokratik sistem baxımından son dərəcə vacibdir.

Məhz buna görə də keçmiş prezidentlərin bəyanatında "hakimiyyətin dinc şəkildə təhvil verilməsi" prinsipinin xüsusi olaraq ön plana çıxarılması təsadüfi deyildir. Çünki bu prinsip Amerika siyasi mədəniyyətinin ən köklü ənənələrindən biri hesab olunur”.

Mehmet Gökhan Özçubukçu vurğuladı ki, Amerika Birləşmiş Ştatlarında iki əsrdən artıq müddət ərzində müxtəlif siyasi partiyalar arasında çoxsaylı hakimiyyət dəyişiklikləri baş vermiş, zaman-zaman son dərəcə sərt seçki kampaniyaları aparılmış olsa da, seçkilərdən sonra konstitusion nizam qorunmuş və vəzifə dəyişiklikləri böyük ölçüdə institusional çərçivədə həyata keçirilmişdir. “Buna görə də keçmiş prezidentlərin bu prinsipə diqqət çəkmələri təkcə keçmişdə yaşanmış mübahisələri xatırlatmaq deyil, eyni zamanda gələcəyə yönəlmiş demokratik təminat mesajı vermək mənasını da daşıyır.

Sualda ifadə olunan əsas məsələ isə budur: Görəsən, bu bəyanat keçmiş prezidentlərin Donald Trampın səlahiyyət müddətini konstitusiyadan kənar yollarla uzada biləcəyinə və ya gələcəkdə hakimiyyəti dinc şəkildə təhvil verməyəcəyinə dair narahatlıq keçirdikləri mənasına gəlirmi?

Bu məqamda akademik baxımdan ehtiyatlı qiymətləndirmə aparmaq lazımdır. Siyasi təhlillərdə niyyət oxumaq hər zaman risklidir. Çünki siyasi aktorların gələcəkdə necə davranacaqlarına dair qəti hökmlər vermək, əlimizdə konkret faktlar olmadığı müddətdə sağlam yanaşma hesab edilmir. Keçmiş prezidentlərin bəyanatında birbaşa "Tramp konstitusion nizamı pozacaq" və ya "hakimiyyəti təhvil verməyəcək" şəklində açıq ifadə yer almır. Buna görə də mətni bu şəkildə şərh etmək, bəyanatın sərhədlərini aşan qiymətləndirmə olardı.

Lakin digər tərəfdən bəyanatın tamamilə abstrakt və ümumi prinsiplərdən ibarət olduğunu söyləmək də real yanaşma deyildir. Siyasi mətnlər əksər hallarda mövcud siyasi atmosfer nəzərə alınaraq hazırlanır. Xüsusilə demokratik sistemlərin böhran dövrləri ilə üzləşdiyi zamanlarda keçmiş dövlət başçılarının və ya siyasi elitanın yaydığı birgə bəyanatlar simvolik olduğu qədər siyasi məna da daşıyır. Buna görə də bu bəyanatda istifadə olunan ifadələrin 2020-ci il seçkilərindən sonra yaşanmış mübahisələr və Amerika cəmiyyətində formalaşmış qütbləşmə fonunda oxunması təbiidir. Həqiqətən də bir çox beynəlxalq müşahidəçi bu bəyanatı məhz həmin kontekstdə qiymətləndirir.

Burada diqqət çəkən məqamlardan biri də keçmiş prezidentlərin fərdi siyasi seçimlərdən daha çox institusional prinsipləri ön plana çıxarmalarıdır. Hüququn aliliyi, müstəqil məhkəmə, demokratik institutların qorunması və konstitusion nizam kimi anlayışlar demokratik sistemlərdə hər hansı siyasi partiyanın deyil, dövlətin ümumi dəyərləri hesab olunur. Buna görə də verilən mesajın mərkəzində müəyyən namizəd və ya siyasi hərəkat deyil, institutların qorunması dayanır. Əslində bu yanaşma Amerika siyasi mədəniyyətində tez-tez rast gəlinən "institutların fərdlərdən daha önəmli olduğu" anlayışının da təzahürüdür.

Bununla yanaşı, Donald Trampın zaman-zaman səsləndirdiyi bəzi açıqlamalar və xüsusilə ikinci prezidentlik müddəti ilə bağlı aparılan siyasi müzakirələr ictimaiyyətdə müxtəlif qiymətləndirmələrin yaranmasına səbəb olur. Lakin mövcud Amerika Konstitusiyası çərçivəsində prezidentlik müddəti açıq müddəalarla məhdudlaşdırılmışdır. Buna görə də hər hansı prezidentin şəxsi iradəsi ilə səlahiyyət müddətini uzada bilməsi hüquqi baxımdan mümkün deyildir. Belə bir təşəbbüsün həyata keçirilməsi yalnız prezidentin istəyi ilə mümkün ola bilməz; bunun üçün Konstitusiyaya dəyişiklik kimi son dərəcə mürəkkəb prosedurların həyata keçirilməsi tələb olunur. Bunun üçün Konqresin ixtisaslı səs çoxluğu, ştatların təsdiqi və çoxpilləli konstitusion mexanizmlərin işə salınması zəruridir. Bundan əlavə, federal məhkəmə sistemi, müstəqil seçki institutları, ştat administrasiyaları və Amerika siyasi sisteminin tarazlıq və nəzarət mexanizmləri də bu prosesdə həlledici rol oynayır. Buna görə də Amerika siyasi sistemi fərdi iradəni məhdudlaşdıran güclü institusional strukturlara malikdir.

Əslində keçmiş prezidentlərin bəyanatının ən mühüm cəhəti də məhz burada ortaya çıxır. Mesajın əsas məqsədi hər hansı şəxsi hədəf göstərməkdən daha çox demokratik institutların şəxslərdən üstün olduğuna diqqət çəkməkdir. Çünki demokratik rejimlərin gücü seçkiləri qazanan liderlərdən deyil, hüquqa bağlı institutların davamlılığından qaynaqlanır. Seçkilər keçir, hökumətlər dəyişir, siyasi balans fərqlənir; lakin konstitusion nizamın və demokratik normaların qorunması dövlətin davamlılığı baxımından əvəzolunmaz əhəmiyyət daşıyır. Keçmiş prezidentlərin birgə bəyanatı da mahiyyət etibarilə məhz bu institusional davamlılıq anlayışını ön plana çıxarır.

Nəticə etibarilə, keçmiş prezidentlərin "hakimiyyətin dinc şəkildə təhvil verilməsi" prinsipinə etdikləri vurğu birbaşa Donald Trampın gələcəkdə konstitusiyadan kənar üsullara əl atacağına dair qəti qənaətin ifadəsi kimi qiymətləndirilməməlidir. Lakin bu vurğu 2020-ci il seçkilərindən sonra baş vermiş qeyri-adi hadisələrin Amerika siyasi yaddaşında mühüm yer tutduğunu və demokratik institutların qorunmasına dair həssaslığın artdığını göstərir. Başqa sözlə ifadə etsək, burada söhbət müəyyən bir şəxsdən deyil, demokratik sistemin özünə yönəlmiş təminat çağırışından gedir. Keçmiş prezidentlər Amerika demokratiyasının əsasını təşkil edən hüququn aliliyi, konstitusion nizam, müstəqil məhkəmə və seçki nəticələrinə hörmət kimi prinsiplərin qorunmasının ölkənin siyasi sabitliyi və institusional legitimliyi baxımından əvəzsiz olduğunu xatırladırlar. Buna görə də bu bəyanatı həm keçmişdə yaşanmış təcrübələrin işığında edilən xəbərdarlıq, həm də gələcəyə yönəlmiş demokratik normaların gücləndirilməsinə dair institusional çağırış kimi qiymətləndirmək daha balanslı və akademik yanaşma olacaqdır”-deyə Mehmet Gökhan Özçubukçu bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ