Baş nazir Nikol Paşinyan Konstitusiya Günü münasibətilə yaydığı mesajda qeyd edib ki, seçkilərin nəticələrinə əsasən formalaşdırılan əksəriyyətin seçkiqabağı proqramına yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi də daxildir: "Hüquq sistemi ilə xalq arasında üzvi əlaqənin olmaması həm də Ermənistan Respublikasının uzun müddət vətəndaşlarının təhlükəsizliyini, azadlığını və rifahını təmin edən bir vasitə kimi qəbul edilməməsinin səbəbidir və 2024-cü ildən bəri qəbul edilən siyasətlə hökumət və hakim çoxluq bu boşluğu doldurmaqla məşğuldur. Bu siyasət özünün görünən nəticələrini verir və 2026-cı il parlament seçkilərində xalqın etimadını qazanıb".
Bakı açıq bir ilkin şərt irəli sürüb: sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasında dəyişiklik ediləcəyi və Müstəqillik Bəyannaməsinə istinad çıxarılacağı təqdirdə imzalanacaq. Onlar bəyannamədə ərazi ambisiyaları görürlər. Nikol Paşinyan da bu dəyişikliyin tərəfdarıdır, bəyannaməni münaqişəyə səbəb hesab edir və ondan qurtulmağın Ermənistanın öz maraqlarına uyğun olduğunu bəyan edir: "Mən əvvəllər Müstəqillik Bəyannaməsi haqqında danışmışam və aydın şəkildə bildirmək istəyirəm ki, bu müzakirələrdə, yəni Müstəqillik Bəyannaməsinə istinad etməyən yeni Konstitusiyaya sahib olmaq üçün ilk növbədə ona ehtiyacımız var, çünki bu, bu bölgədə davamlı dövlətin mövcudluğunu mümkün etmək deməkdir". Konstitusiya İslahatları Şurasının üzvü Edmon Marukyan hesab edir ki, yeni Konstitusiya layihəsi referendum mərhələsinə çatarsa, istənilən nəticə Ermənistan üçün problemli olacaq: "Əgər referenduma getsək, istər "bəli" - onun qəbul edilməsi – istərsə də "yox" - onun rədd edilməsi Ermənistan üçün problem yaradacaq. Həmin referendumun uğursuzluğundan sonra yenisini keçirə biləcəklərinə gəldikdə isə, bu da böyük sualdır, istəmirəm ki, "Kikosun ölümü" səhnəsini yaradaq".
Tahir TAĞIYEV