çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

Image


Abutalıb Səmədov: “Məqsəd Ukraynanı günahlandırmaq və məsuliyyəti Ukraynanın üzərinə yıxmaqdır”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya gələn həftə Türkiyədə keçiriləcək NATO sammitindən əvvəl ayıq olmalı və Kiyevin təxribatlarına hazır olmalıdır. NATO sammiti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək.

Peskov Vesti Xəbər Agentliyinin müəllifi Pavel Zarubinə bu məsələ ilə bağlı suala cavab olaraq bildirib ki, "Biz təxribatları gözləməli və istənilən an ayıq olmalıyıq".

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat "əsl müharibə kimi davam edir", çünki Kiyev Berlin, Paris, Haaqa, Oslo və Vaşinqtondan dəstək alır.

"Müharibə gedir, bu, əsl müharibədir. Bilirsinizmi, niyə müharibə gedir? Çünki Kiyevin arxasında Berlin, Paris, Haaqa, Oslo və təəssüf ki, Vaşinqton dayanır. Çünki onlara öz peykləri vasitəsilə hədəf almağa kömək edilir və onlara bütün infrastrukturları vasitəsilə xarici silahları hədəflərimizə yönəltməyə kömək edilir", - deyə Peskov bildirib.

Peskov deyib ki, Rusiya Ukrayna ilə məhdud hərbi əməliyyata başlamışdı, Kiyev onu müharibəyə çevirdi. Çünki Qərb ölkələri, rəsmi Kiyevə müxtəlif fondlar komək etdilər və sair. Yəni Peskov demək istəyir ki, Rusiya Ukraynadakı hadisələri müharibə kimi başlamayıb, məhdud xüsusi əməliyyat kimi başlayıb. Bu doğrudanmı belədir? Rusiyanın başladığına müharibə yox, məhdud xüsusi əməliyyat demək olarmı? Bu xüsusi hərbi əməliyyat adında əsl müharibə deyilmi? Yəni doğrudanmı, onun müharibəyə çevrilməsi Avropa dövlətlərinin Ukraynaya verdiyi dəstəklə bağlıdır, yoxsa elə bu kökündən müharibədir?

Müharibə necə olar ki, hücum edib əraziləri tutub Rusiya. Peskov nə dərəcədə haqlıdır ki, bunu məhdud hərbi əməliyyat kimi başlayıbmış Rusiya Ukrayna onu müharibəyə çevirib?

“Alyans”SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları başlayarkən bunu müharibə adlandırmadı. “Çünki müharibə olması üçün elan olunmalıdır və onun da müəyyən nəticələri var. Xüsusi hərbi əməliyyat adını verdi. Demək ki, Ukraynada xüsusi hərbi əməliyyat keçirmək istəyirlər və qısa müddətdə Ukraynanın 200 min kvadrat kilometrə yaxın ərazisini işğal etdi. Bu xüsusi hərbi əməliyyat nəticəsində sonradan həmin ərazilərin 80 min kvadrat kilometri Ukrayna tərəfindən geri qaytarıldı. 2022-ci ilin sentyabr-noyabr ayları arasında. Müharibə artıq 4 ildir davam edir və Rusiyanın bu xüsusi hərbi əməliyyat adlandırdığı döyüşlər həm Birinci Dünya müharibəsindən, həm də İkinci Dünya müharibəsindən daha uzunmüddətli hərbi əməliyyatdır. Əgər rusların dediyini qəbul etmiş olsaq. Təbii ki, bu müharibədir. Elə ilk gündən Rusiya Ukraynaya qarşı müharibə başladı. İndi günahı Ukraynanın üstə yıxmaq üçün Peskov deyir ki, biz hərbi əməliyyat kimi başlamışdıq. Ancaq Ukrayna və onun müttəfiqləri bu hərbi əməliyyatı müharibəyə çevirdilər və izah etmir ki, hərbi əməliyyatla müharibənin fərqi nədədir. Müharibəyə çevriləndən sonra nə dəyişdi? Nə vaxtdan bu müharibəyə çevrildi? Elə fevralın 24-də Rusiya hücuma keçdi və elə həmin gündən başlayaraq Qərb Ukraynaya dəstək göstərməyə başladı”. A.Səmədov qeyd etdi ki, düzdür, əvvəl bir qədər zəif, sonradan tədricən daha ciddi, deməli, yardımlar göstərildi. “Onda belə çıxır ki, elə hərbi əməliyyatların ilk günündən Ukrayna bu əməliyyatları müharibəyə çevirib. Təbii ki, bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Məqsəd Ukraynanı günahlandırmaq və məsuliyyəti Ukraynanın üzərinə yıxmaqdır. İndi də tez-tez sülhə meyilli olduqlarını deyirlər. Sülh istədiklərini deyirlər və Ukraynanın sülh prosesini pozduğunu iddia edirlər. Bütün bunlar təbii ki, həqiqətdən uzaq iddialardır. Bəllidir ki, bir neçə gün bundan əvvəl Tramp prezident Putinə zəng edib, onunla Ukrayna məsələsini müzakirə edib. Məqsəd Türkiyədə keçiriləcək NATO sammitində Zelenski ilə bir daha bu məsələni müzakirə etməkdir. Yəni, Birləşmiş Ştatlarının prezidenti əvvəl Rusiyanın mövqeyini bir daha dəqiqləşdirmək və onun hansı güzəştlərə gedə biləcəyini öyrənmək istəyib. Və çox güman ki, Ankarada NATO sammitində Zelenski ilə Tramp arasında çox ciddi söhbət olacaq və söhbətin necə gedəcəyi də təqribən aydındır. Tramp Zelenskıyə təzyiq göstərməyə çalışacaq ki, ərazi güzəştini, yəni Donbası bütünlüklə Rusiyaya vermək tələbini qəbul etsin. Çünki son günlər məlumdur ki, rus qoşunları Donetsk vilayətində bir az irəliləyiblər. Konstantinovka deyilən şəhəri ələ keçiriblər və Putin də bunu Trampa xüsusi təntənə ilə çatdırıb ki, onsuz da biz irəli gedirik və insan ölümünün qarşısını almaq üçün yaxşı olar ki, sülhə razılaş, sülh razılaşması imzalansın. Bütün bu bəyanatlar da bu məqsədə xidmət edir. Rusiya artıq müharibədən yorulub, sülhə nail olmaq istəyir, eyni zamanda öz məqsədlərini də təmin etmək istəyir. Peskovun bu bəyanatı Zelenski və Ukrayna əleyhinə təbliğatın bir hissəsidir”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ