İran Parlamentinin rəhbəri Məhəmməd Bağır Qalibaf HƏMAS Şurasının rəhbəri Məhəmməd Dərvişlə görüşüb.
İran dövlət televiziyasının məlumatına görə, görüşdə Qalibaf müsəlmanlara və "Müqavimət Cəbhəsi"nə lazım olduqda raketlərlə, lazım olduqda isə siyasi dəstək verəcəklərini bildirib.
"ABŞ ilə sülhümüz yoxdur və İsraili rəsmi olaraq tanımayacağıq" - o deyib. Diplomatiyanın hərbi qazancları qoruya və daimi edə bilməli olduğunu deyən Qalibaf "Şəhid imamın qisası Qüdsün azad edilməsidir" deyə bildirib. Dərviş İranla ABŞ arasında imzalanan anlaşma memorandumunun "Müqavimət Cəbhəsi"nin qələbəsi olduğunu vurğulayaraq, "Memorandumun hər bir maddəsi İran üçün qələbə, ABŞ üçün isə məğlubiyyətdir" deyib.
SAMİRƏ