çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

“Rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır” - Əhliman ƏMİRASLANOV yazır...

Image


Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi artıq təkcə təbii sərvətləri, coğrafi mövqeyi və ya hərbi gücü ilə müəyyən edilmir. XXI əsrdə rəqabətin əsas istiqamətini rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik təşkil edir. Əgər əvvəlki dövrlərdə innovasiya əsasən yeni məhsulun yaradılması, yeni texnologiyanın ixtirası və ya elmi kəşflərin istehsalata tətbiqi ilə əlaqələndirilirdisə, bu gün onun mahiyyəti daha geniş məzmun kəsb edir.

Müasir dövrdə innovasiya mövcud biliklərin, texnologiyaların, məlumatların və resursların yeni baxış bucağı ilə qiymətləndirilməsi, fərqli şəkildə əlaqələndirilməsi və iqtisadi dəyərə çevrilməsi kimi xarakterizə olunur. Xüsusilə, süni intellekt Azərbaycanın rəqəmsal iqtisadiyyata keçid prosesində əsas strateji texnologiyalardan biri olacaq. O dövlət idarəçiliyindən başlayaraq sənaye, kənd təsərrüfatı, maliyyə, səhiyyə, təhsil, logistika və enerji sektorlarına qədər demək olar ki, bütün sahələrdə məhsuldarlığın və xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər. Dünyanın inkişaf etmiş ölkələri iqtisadi artımı və dövlət idarəçiliyinin səmərəliliyini məhz bu sahələr üzərində qurur. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi rəqəmsal inkişaf siyasəti ölkənin gələcək inkişaf modelini müəyyənləşdirən ən mühüm strateji istiqamətlərdən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın uzunmüddətli inkişafı yalnız təbii sərvətlərə deyil, insan kapitalına, elmə, müasir texnologiyalara və innovativ iqtisadiyyata əsaslanmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar göstərir ki, rəqəmsallaşma artıq ayrıca bir sahə deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, sosial xidmətlərin və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin yaxın illər üçün texnoloji inkişaf kursunu müəyyən edən mühüm yol xəritəsidir. Sənədin əsas məqsədi dövlət idarəçiliyinin çevikliyini artırmaq, vətəndaş məmnuniyyətini yüksəltmək, innovasiya iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın rəqəmsal suverenliyini daha da gücləndirməkdir. Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir. Bununla da, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir.

Zamanın tələbinə uyğun olaraq bu istiqamətdə atılan ən mühüm addımlardan biri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması oldu. Şuranın formalaşdırılması rəqəmsallaşma sahəsində həyata keçirilən layihələrin vahid mərkəzdən əlaqələndirilməsinə, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və strateji qərarların daha operativ qəbul edilməsinə imkan yaradır. Bu yanaşma göstərir ki, Azərbaycan artıq rəqəmsal transformasiyanı texniki layihə deyil, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul edir. 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyənləşdirilən prioritetlər də məhz bu strateji baxışın davamıdır. İclasda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və təhsilin rəqəmsallaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirildi. Bu, bir daha təsdiqləyir ki, texnologiyalar artıq yalnız informasiya-kommunikasiya sektorunun deyil, bütün dövlət siyasətinin əsas dayaqlarından birinə çevrilir. Şuranın sədri Mehriban Əliyeva bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. O qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Hörmətli Mehriban xanım Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib. Uzun illər müxtəlif dövlət qurumlarının ayrıca elektron platformalarından istifadə edilməsi vətəndaşlar üçün müəyyən çətinliklər yaradırdı. Rəqəmsal transformasiyanın ən mühüm nəticələrindən biri dövlət xidmətlərinin vətəndaşa daha da yaxınlaşdırılmasıdır. Yeni yanaşmaya əsasən bütün dövlət xidmətləri mərhələli şəkildə “mygov” və “mygov Biznes” platformalarında birləşdirilir. Bu model dünyanın qabaqcıl rəqəmsal dövlətlərində uğurla tətbiq olunan “vahid pəncərə” prinsipinə əsaslanır və dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsi yaradır. Artıq “e-Sosial”, “e-Təbib” və “e-Su” sistemləri tam şəkildə “mygov” platformasına inteqrasiya olunub. “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və digər xidmətlərin də mərhələli şəkildə vahid platformaya keçirilməsi davam etdirilir. Bunun nəticəsində vətəndaş müxtəlif qurumların ayrı-ayrı tətbiqlərini axtarmağa ehtiyac duymayacaq, bütün dövlət xidmətlərini bir platformadan əldə edə biləcək. Müasir dövlət artıq vətəndaşın müraciətini gözləmir, mövcud məlumatlar əsasında xidməti özü təqdim edir. Rəqəmsallaşmanın əsas məqsədi təkcə xidmətlərin elektronlaşdırılması deyil, dövlət xidmətlərinin vətəndaşa proaktiv şəkildə təqdim edilməsidir. Yaşa görə əmək pensiyasının avtomatik təyin olunması bunun ən uğurlu nümunələrindən biridir. Yaxın vaxtlarda uşağın doğulmasına görə birdəfəlik müavinətin də heç bir müraciət olmadan avtomatik ödənilməsi nəzərdə tutulur. Şəxsiyyət vəsiqəsinin, pasportun və sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda vətəndaşa əvvəlcədən məlumat veriləcək, səfərbərlik üzrə tibbi müayinələrə çağırışlar isə rəqəmsal formada həyata keçiriləcək. Bu yanaşma “yalnız bir dəfə” prinsipinə əsaslanır. Vətəndaş eyni sənədi müxtəlif dövlət qurumlarına dəfələrlə təqdim etməyəcək. Dövlət həmin məlumatı artıq öz informasiya sistemində saxlayırsa, ikinci dəfə onun tələb olunmasına ehtiyac qalmayacaq. Bu isə bürokratik maneələrin aradan qaldırılması, vaxt itkisinin azaldılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi deməkdir. Ölkəmizin rəqəmsal inkişaf strategiyasında innovasiya iqtisadiyyatının formalaşdırılması xüsusi yer tutur. Hazırlanan geniş qanunvericilik paketi ölkədə texnologiya şirkətlərinin, startapların və innovativ biznes mühitinin inkişafını dəstəkləməyi hədəfləyir. Görülən işlərlə yaxından tanış olduqda aydın olur ki, hazırda həyata keçirilən islahatlar ayrı-ayrı layihələr deyil, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məqsəd yalnız dövlət xidmətlərini elektronlaşdırmaq deyil, vətəndaş mərkəzli, çevik, şəffaf və innovasiya əsaslı idarəetmə modeli qurmaqdır. Rəqəmsal inkişaf, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahəsində həyata keçirilən kompleks tədbirlər ölkənin iqtisadi rəqabət qabiliyyətini artıracaq, qeyri-neft sektorunun inkişafına yeni imkanlar yaradacaq və Azərbaycanı regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirəcək. Əminliklə qeyd etmək lazımdır ki, bu gün atılan addımlar əslində Azərbaycanın gələcəyinə qoyulan investisiyadır. Bu siyasətin mərkəzində isə texnologiya deyil, insan dayanır. Məqsəd vətəndaşın həyatını asanlaşdırmaq, dövlət xidmətlərini daha əlçatan etmək, biznes üçün rəqabətqabiliyyətli mühit yaratmaq, gənclərə yeni imkanlar açmaqdır. Bilik, innovasiya və rəqəmsal texnologiyalar üzərində qurulan güclü Rəqəmsal Azərbaycan formalaşacaq. Bir sözlə, rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır.

Əhliman ƏMİRASLANOV
Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ