Züriyə Ruslanqızı: “Bu planın arxasında siyasi hesablamalar da dayanır”
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-dan aldığı maliyyə yardımından imtina etməyi planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "News18" məlumat yayıb. Netanyahunun sözlərinə görə, ABŞ-dan alınan maliyyə dəstəyi "işsizlik müavinəti" kimidir və o, İsrailin belə yardımdan asılı qalmasını istəmir.
O, bildirib ki, İsrail iqtisadiyyatı artıq "kiçik iqtisadiyyat" deyil və ölkə Vaşinqtondan aldığı dəstəyə uyğun ÜDM payını öz hesabına maliyyələşdirmək gücünə malikdir.
"İstəyirəm ki, bu proses elə bu ildən başlasın", - deyə Benyamin Netanyahu vurğulayıb.
Netenyahu Amerikanın maliyə yardımından imtinan edəcəyni deyib. Netanyahu nə planlayır?
Məqsədi nədir?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a Netanyahunun bu açıqlaması sadəcə maliyyə məsələsi deyil, həm də İsrailin strateji müstəqillik konsepsiyasının bir hissəsi kimi qiymətləndirilə bilər. “ Baş nazir hesab edir ki, artıq təxminən 1 trilyon dollarlıq iqtisadiyyata malik olan İsrail ABŞ-dan hər il aldığı təxminən 3,8 milyard dollarlıq maliyyə və hərbi dəstək olmadan da öz təhlükəsizlik ehtiyaclarını qarşılaya bilər. Bu səbəbdən o, Vaşinqtondan alınan yardımı mərhələli şəkildə azaltmaq və növbəti on il ərzində ondan tam imtina etmək niyyətini açıqlayıb.
Bu planın arxasında siyasi hesablamalar da dayanır. Son aylarda ABŞ ilə İsrail arasında xüsusilə İran siyasəti və regional qərarların koordinasiyası ilə bağlı fikir ayrılıqları dərinləşib. Netanyahu hesab edir ki, maliyyə asılılığının azalması İsrailə daha sərbəst hərəkət etmək, təhlükəsizlik və xarici siyasət qərarlarını xarici təsirlərdən daha az asılı şəkildə qəbul etmək imkanı verəcək”.
Z.Ruslanqızının sözlərinə görə, bununla yanaşı, bu addım ABŞ-İsrail strateji müttəfiqliyinin başa çatması deyil, münasibətlərin daha çox tərəfdaşlıq və qarşılıqlı maraqlar əsasında yenidən formalaşdırılması cəhdi kimi qiymətləndirilir.
İradə SARIYEVA