çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

Image


Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri, əldə edilən razılıqlar tərəflər arasında münasibətlərin daha da dərinləşməsinə yeni mühüm təkan verir. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen əvvəlcə təkbətək, sonra isə geniş heyətlə görüşüblər. Görüşün ardınca isə jurnalistlərə verilən açıqlamada prezident Əliyev Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, region üzrə ticarət dövriyyəsinin 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Dövlət başçısı əlavə edib ki, Azərbaycandan ixrac olunan təbii qazın yarısı Aİ ölkələrinə göndərilir: “Bu gün hər bir ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir”.

O, həmçinin vurğulayıb ki, Avropa Komissiyası ilə münasibətlərin tamamilə yeni mərhələsi bərpaolunan enerji sahəsi ilə bağlıdır: “Əlbəttə ki, regional təhlükəsizlik məsələlərini, xüsusən də Azərbaycanla Ermənistan arasında uğurla gedən normallaşma prosesini geniş şəkildə müzakirə etdik”. Azərbaycan və Ermənistan arasında 30 illik münaqişədən sonra ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında sülh sazişi paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı iddialara son qoyulmasını vacib sayırlar. Azərbaycan prezidenti qeyd edib: “Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda da hiss etmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisindən Ermənistana daşınan yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb”. Avropa Komissiyasının prezidenti fon der Lyayen deyib ki, Azərbaycana səfəri Aİ üçün strateji əhəmiyyəti olan tərəfdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. O, regional bağlantılar vasitəsilə sülhün möhkəmləndirilməsinə çalışdıqlarını vurğulayıb: “Bu məni bu gün açıqlayacağım ilk xəbərə gətirib çıxarır. Biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. Biz “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”.

Əslində, Avropada da, Azərbaycanda da nəzərə alınır ki, müasir dövrdə qlobal iqtisadiyyatın inkişafında nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və dayanıqlı infrastruktur layihələri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Avropa İttifaqının 2021-ci ildə başladığı “Qlobal Qapılar” təşəbbüsü dünyanın müxtəlif regionlarında keyfiyyətli, dayanıqlı və şəffaf investisiyaların təşviq edilməsini hədəfləyən mühüm beynəlxalq proqramlardan biridir. Proqramın əsas məqsədi nəqliyyat, enerji, rəqəmsal əlaqələr, təhsil, səhiyyə və tədqiqat sahələrində tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlığı gücləndirməkdir. Təşəbbüs çərçivəsində dövlət və özəl mənbələr hesabına yüz milyardlarla avroluq investisiyanın səfərbər edilməsi nəzərdə tutulur. Azərbaycan əlverişli geostrateji mövqeyi, zəngin enerji resursları və Avropa ilə Mərkəzi Asiya arasında yerləşməsi sayəsində “Qlobal Qapılar” təşəbbüsünün əsas tərəfdaşlarından biri hesab olunur. Ölkə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün Avropa ilə Asiya arasında yükdaşımaların həyata keçirilməsində mühüm tranzit funksiyasını yerinə yetirir. Bu xüsusiyyət Azərbaycanın proqram çərçivəsində irəli sürülən nəqliyyat və logistika layihələrindən geniş faydalanmasına imkan yaradır. “Qlobal Qapılar” proqramının Azərbaycan üçün əsas dividendlərindən biri nəqliyyat infrastrukturunun inkişafıdır. Avropa İttifaqı Orta Dəhlizin inkişafını strateji prioritet hesab edir. Dəmir yollarının modernləşdirilməsi, limanların genişləndirilməsi, logistika mərkəzlərinin yaradılması və gömrük prosedurlarının rəqəmsallaşdırılması Azərbaycanın tranzit imkanlarını artırır. Bu layihələr yükdaşımaların sürətini yüksəldir, nəqliyyat xərclərini azaldır və ölkənin beynəlxalq logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Enerji sektoru da proqramın mühüm istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Təbii qaz ixracı ilə yanaşı, ölkədə külək və günəş enerjisi layihələrinin genişləndirilməsi, yaşıl enerji istehsalının artırılması və elektrik enerjisinin Avropa bazarlarına ixracı üçün yeni infrastrukturun yaradılması “Qlobal Qapılar” çərçivəsində əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Bu investisiyalar enerji sektorunun şaxələndirilməsinə, karbon emissiyalarının azaldılmasına və yaşıl iqtisadiyyatın inkişafına mühüm töhfə verir. Rəqəmsal transformasiya proqramın digər mühüm istiqamətidir. Avropa İttifaqı yüksək sürətli internet infrastrukturu, məlumat mərkəzləri, rəqəmsal xidmətlər və kibertəhlükəsizlik sahələrində investisiyaları təşviq edir. Azərbaycan üçün bu istiqamətdə əməkdaşlıq rəqəmsal iqtisadiyyatın inkişafına, elektron hökumət xidmətlərinin genişlənməsinə və informasiya-kommunikasiya texnologiyaları sektorunun rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır. Rəqəmsal infrastrukturun gücləndirilməsi innovativ sahibkarlığın və startap ekosisteminin inkişafını da sürətləndirə bilər. Proqramın iqtisadi dividendlərindən biri də xarici investisiyaların artmasıdır. “Qlobal Qapılar” çərçivəsində həyata keçirilən layihələr beynəlxalq maliyyə institutlarının və özəl investorların Azərbaycana marağını artırır. Yeni investisiyalar sənaye, logistika, enerji, kənd təsərrüfatı və xidmət sektorlarında istehsalın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına şərait yaradır. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və dayanıqlı iqtisadi artımın təmin olunmasına müsbət təsir göstərir. “Qlobal Qapılar” proqramı Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə də töhfə verir. Avropa bazarları ilə əlaqələrin möhkəmlənməsi ixrac imkanlarını artırır, logistika xidmətlərinin inkişafını sürətləndirir və ölkənin qlobal dəyər zəncirlərində rolunu gücləndirir. Xüsusilə Orta Dəhliz vasitəsilə Avropa və Mərkəzi Asiya arasında ticarətin genişlənməsi Azərbaycanın tranzit gəlirlərinin artmasına və regional iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb ola bilər. Bununla yanaşı, proqramdan maksimum fayda əldə etmək üçün müəyyən şərtlərin yerinə yetirilməsi vacibdir. İnvestisiya mühitinin daha da yaxşılaşdırılması, institusional islahatların davam etdirilməsi, şəffaf idarəetmənin gücləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və özəl sektorun layihələrdə fəal iştirakının təmin olunması əsas prioritetlərdəndir. Beləliklə, Avropa İttifaqının “Qlobal Qapılar” Sərmayə Proqramı Azərbaycan üçün mühüm iqtisadi və strateji imkanlar yaradır. Nəqliyyat və logistika infrastrukturunun inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi, yaşıl enerji layihələrinin genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, xarici investisiyaların artması və beynəlxalq ticarət əlaqələrinin genişlənməsi proqramın əsas dividendləri hesab edilir. Azərbaycanın geostrateji mövqeyi və mövcud nəqliyyat imkanları bu təşəbbüs çərçivəsində ölkənin regional tranzit və enerji mərkəzi kimi rolunu daha da gücləndirə, uzunmüddətli iqtisadi inkişafına və qeyri-neft sektorunun davamlı böyüməsinə mühüm töhfə verə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ