çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi - vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

Image


Bəhruz Quliyev: “...Dövlət xidmətlərinin daha şəffaf, operativ və əlçatan olmasına xidmət edəcək”

Azərbaycan dövlət xidmətlərinin elektronlaşdırılması, innovativ sahibkarlığın dəstəklənməsi, süni intellekt (Sİ) əsaslı idarəetməyə keçid və məlumat suverenliyinin təmin edilməsi məqsədilə 2026–2028-ci illəri əhatə edən Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı həyata keçirilir. Həyata keçirilən kompleks islahatlar idarəetmə və strateji inkişafı əhatə edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. 29 iyun 2026-cı il tarixində İclasa Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilib və iclasda bu yöndə məsələlər müzakirə edilib. Onu da qeyd edək ki, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahəsində 58 mühüm təşəbbüsü özündə birləşdirən yol xəritələri icra olunur.

Bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bu istiqamətdə qəbul edilən qərarlar və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasıdır.

Fəaliyyət Planının əsas hədəfləri - dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması.

Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir.

Bununla da, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir.

Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzrə qurulub. Sənədin icrasını dəstəkləyən əsas amillər kimi infrastruktur, tənzimləmə, insan kapitalı və idarəetmə istiqamətləri müəyyən edilib.

Eyni zamanda, ölkə başçısının müvafiq tapşırığına əsasən, dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinin icrasına rəhbər müavini səviyyəsində cavabdeh şəxslər təyin edilmişdir.

Dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində son vaxtlar görülən işləri necə qiymətləndirirsiniz? Burada söhbət hüquqi müstəvidə dövlət sənədlərinin qəbulundan, Rəqəmsal İnkişaf Şurasının yaradılnəmasından, Mehriban Əliyevanın sədrliyi ilə Şuranın ilk iclasında müzakirə edilən məsələlərdən, 2026–2028-ci illəri əhatə edən Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planın qəbulundan gedir.

İlk iclasda Şuranın sədri Mehriban Əliyeva bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. O qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Fəaliyyət Planının icrası çərçivəsində rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində görülən işlər barədə məlumat verib. O bildirib ki, dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Prezidentin köməkçisi Şahmar Mövsümov Rəqəmsal İnkişaf Şurasının prioritetlərinə uyğun olaraq rəqəmsal inkişaf sahəsində genişmiqyaslı qanunvericilik islahatlarının hazırlandığını bildirib. O qeyd edib ki, islahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanır.

Elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin rəqəmsallaşdırılması, "Rəqəmsal məktəb" layihəsinin icrası, elektron təhsil xidmətlərinin genişləndirilməsi və tədris prosesinin rəqəmsal transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri vasitəsilə şagirdlərin rəqəmsal bacarıqlarının inkişafının və insan kapitalının gücləndirilməsinin prioritet olduğunu bildirib.

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev baki-xeber.com-a bildirdi ki, son dövlər bu istiqamətdə həyata keçirilən layihələr, atılan addımlar dövlət qurumları arasında koordinasiyanı formalaşdırıb. “Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində son dövrdə atılan addımlar göstərir ki, bu sahə artıq ayrı-ayrı layihələr səviyyəsindən çıxaraq dövlət idarəçiliyinin strateji istiqamətlərindən birinə çevrilib. Hüquqi müstəvidə elektron və rəqəmsal sənədlərin qəbulunun genişləndirilməsi, Rəqəmsal İnkişaf Şurasının yaradılması, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planının təsdiqlənməsi və Şuranın ilk iclasının keçirilməsi bu prosesin sistemli şəkildə həyata keçirildiyini göstərir”.

Ekspert qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi bu məsələyə dövlət rəhbərliyi səviyyəsində verilən yüksək önəmin bariz göstəricisidir. “Bu, rəqəmsal transformasiyanın təkcə texnologiya deyil, həm də idarəetmə, iqtisadiyyat və vətəndaş məmnunluğu baxımından prioritet istiqamət kimi müəyyənləşdirildiyini təsdiqləyir.

Düşünürəm ki, 2026–2028-ci illər üçün qəbul edilmiş Fəaliyyət Planı dövlət xidmətlərinin daha şəffaf, operativ və əlçatan olmasına xidmət edəcək. Süni intellekt, böyük verilənlər və vahid rəqəmsal platformaların tətbiqi dövlət-vətəndaş münasibətlərini yeni mərhələyə çıxaracaq, bürokratik maneələri minimuma endirəcək və korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaldacaq.

Rəqəmsal dövlət modelinə keçid həm də Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini artıracaq, investisiya mühitini yaxşılaşdıracaq və iqtisadiyyatın rəqəmsal inkişafını sürətləndirəcək. Bu baxımdan, həyata keçirilən islahatlar təkcə bu günün deyil, gələcək onilliklərin inkişaf modelini formalaşdıran strateji qərarlardır.

Ümumilikdə hesab edirəm ki, rəqəmsallaşma istiqamətində atılan son addımlar Azərbaycanın müasir, çevik və vətəndaşyönümlü dövlət idarəçiliyinin qurulması yolunda mühüm mərhələdir. Qarşıdakı dövrdə əsas məsələ qəbul edilən qərarların vaxtında və səmərəli icrasını təmin etmək, rəqəmsal xidmətlərin keyfiyyətini davamlı olaraq yüksəltmək və bütün vətəndaşların bu imkanlardan bərabər şəkildə faydalanmasına nail olmaqdır."-deyə, B.Quliyev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ