Euroclear şirkəti Rusiya Mərkəzi Bankına qarşı Belçika mülki məhkəməsində iddia qaldırıb.
Bu barədə Reuters agentliyinin məlumatında deyilir.
Xəbərə görə, şirkət Euroclear şirkətini Rusiya aktivlərinin dondurulması üçün təxminən 220 milyard avro təzminat ödəməyə məcbur edən Rusiya məhkəməsinin qərarının icrasına mane olmağa çalışır.
Brüsseldə yerləşən depozitar şirkət Aİ sanksiyalarına uyğun hərəkət etdiyini iddia edir.
"Biz inanırıq ki, Rusiya məhkəmələri Euroclear üzərində heç bir yurisdiksiyaya malik deyil. Yalnız Belçika məhkəmələrinin bizim üçün əhəmiyyətli yurisdiksiyası var"- Reuters şirkətin sözçüsü Jorgen Muelaertdən sitat gətirir. Qeyd edək ki, may ayında Moskva Arbitraj Məhkəməsi Euroclear şirkətinə aktivlərin dondurulması ilə bağlı Rusiya Bankına 18,17 trilyon rubl təzminat ödəməyi əmr edib. Euroclear depozitar şirkəti Moskvanın Ukraynaya qarşı müharibəsinin başlanğıcından bəri dondurulmuş Rusiya suveren aktivlərinin əsas hissəsini - 260 milyard avrodan təxminən 190 milyard avronu - saxlayır. 2025-ci ilin dekabr ayında Avropa Birliyi müharibənin sonuna qədər bu aktivlər üzərində qeyri-müəyyən müddətə dondurma qərarı verdi; əvvəllər dondurma mütəmadi olaraq uzadılırdı.
O da bildirilir ki, Euroclear-ın 2024-cü ildən başlayaraq dondurulmuş aktivlərin idarə edilməsindən əldə etdiyi mənfəət Ukraynaya yardımın maliyyələşdirilməsinə sərf olunacaq.
SAMİRƏ