Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Vaşinqtonun Yaponiya ərazisində orta və qısa mənzilli raketlər yerləşdirilməsi Rusiyanın Uzaq Şərqi üçün birbaşa təhlükə yaradır və qaçılmaz kompensasiya tədbirləri ilə nəticələnəcək.
Bu barədə TASS-ın xəbərində deyilir. "Biz, yerləşdirilmə müddətindən asılı olmayaraq, Amerika orta və qısa mənzilli raket sistemlərinin yerləşdirilməsi üçün Yaponiya ərazisinin verilməsini Asiya-Sakit Okean bölgəsinin sabitliyinə və təhlükəsizliyinə ciddi mənfi təsir göstərən və Rusiyanın Uzaq Şərq sərhədlərinə birbaşa təhdid yaradan bir addım kimi görürük", - Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat qeyd edib ki, Moskva dəfələrlə Tokioya bu cür dağıdıcı hərəkətlərə qarşı xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya tərəfi hazırda milli müdafiə qabiliyyətini gücləndirmək üçün kompensasiya tədbirlərinə əl atmaq məcburiyyətindədir.
Agentlik nümayəndəsi əlavə edib ki, Rusiya Asiya-Sakit Okean regionunda sülhməramlı səyləri tərəfdaşları ilə fəal şəkildə əlaqələndirir. Bu strateji əməkdaşlığın gələcəkdə yalnız güclənməsi planlaşdırılır.
SAMİRƏ