çərşənbə günü, 01 iyul 2026
     

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

Image


İyulun 1-də Bakıda ABŞ-nin müstəqilliyinin elan olunmasının 250-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. ABŞ-nin ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-nin dövlət himnləri səsləndirilib.

Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, 250 il ərzində ABŞ azadlıq, innovasiya, sahibkarlıq və inkişaf prinsipləri üzərində formalaşıb. Bu dəyərlər ölkənin iqtisadiyyatında, elmi nailiyyətlərində, mədəniyyətində və texnoloji tərəqqisində öz əksini tapıb.

Sülhün siyasi cəsarət və uzaqgörən liderlik tələb etdiyini deyən Emi Karlon qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi Sülh Sammitində Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan onilliklər davam edən münaqişədən sonra yeni səhifə açaraq gələcəyi qarşıdurma deyil, əlaqələr, əməkdaşlıq və rifah üzərində qurmaq öhdəliyi götürdülər. Bu sülhün yaratdığı imkanlar artıq görünür. Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP), eləcə də ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqazın Şərqlə Qərbi birləşdirən, ticarəti genişləndirən, enerji təhlükəsizliyini gücləndirən və iqtisadi inkişaf üçün yeni imkanlar yaradan inteqrasiya olunmuş regiona çevrilməsi istiqamətində birgə fəaliyyət göstərilir.

O bildirib ki, fevral ayında Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üç əsas istiqamətə – regional bağlantı, iqtisadi investisiya və innovasiya, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanır.

“Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinədək ABŞ hökuməti və şirkətləri Azərbaycanın mühüm enerji ölkəsi kimi inkişafını dəstəkləyiblər. Hazırda isə enerji, süni intellekt, data mərkəzləri və digər qabaqcıl texnologiyalar sahəsində yeni investisiyalar üzərində işləyirik. Ötən ay Bakı Enerji Həftəsi və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində ABŞ şirkətləri Azərbaycan tərəfdaşları ilə qabaqcıl materiallar, süni intellekt, bulud texnologiyaları və digər yeni texnologiyalar sahələrində 8 milyard ABŞ dollarından çox dəyərində sazişlər imzalayıblar. Bu investisiyalar və təhlükəsizlik sahəsində əməkdaşlıq regionda davamlı sülhə töhfə verəcək. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. ABŞ Azərbaycanda investisiyaları, dialoqu və sülh naminə diplomatik səyləri dəstəkləyib. Bu əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik”, - deyə diplomat qeyd edib.

Azərbaycan Hökuməti adından Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Baş nazirin müavini Samir Şərifov qeyd edib ki, Azərbaycan ABŞ ilə 34 il əvvəl diplomatik münasibətlər qurduqdan sonra iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına hər zaman önəm verib və bu istiqamətdə müvafiq səylər göstərib. Onun sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə yaradılmış beynəlxalq terrorizmə qarşı Qlobal Koalisiyada Azərbaycanın iştirakı, eləcə də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verilən töhfələr bunun bariz nümunəsidir.

Samir Şərifov qeyd edib ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yüksələn dinamika ilə inkişaf edir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub.

Baş nazirin müavini bildirib ki, həmin səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına, Zəngəzur dəhlizinin açılmasını və fəaliyyətini təmin edən Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun yaradılması barədə sazişin imzalanmasına göstərdiyi dəstək və vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

Qeyd olunub ki, ikitərəfli münasibətlərdə formalaşmış müsbət dinamikanın davamı olaraq Azərbaycan və ABŞ liderlərinin sonrakı görüşləri, eləcə də ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin cari ilin fevralında Azərbaycana səfəri ölkələr arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha nümayiş etdirib.

Baş nazirin müavini Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirərək bildirib ki, bu sənəd iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin genişlənməsini dəstəkləyir. Xartiya ikitərəfli iqtisadi və ticarət əlaqələrinin, investisiya əməkdaşlığının dərinləşdirilməsinə əlavə təkan verəcək.

Samir Şərifov əminliyini ifadə edib ki, Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan ünsiyyət Azərbaycan-ABŞ tərəfdaşlığının dayanıqlığını təmin edəcək, iqtisadi və investisiya əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə birgə fəaliyyətin dərinləşməsinə mühüm töhfə verəcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

01.07.2026 / 21:58
Ermənistandakı 102-ci Rusiya bazası haqda bəyanat Azərbaycanda etiraz doğurdu...

01.07.2026 / 21:42
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

01.07.2026 / 21:36
MİQ imtahanları deyilən vaxtda baş tutmadı

01.07.2026 / 21:10
Üç dövlətin lideri Paşinyanı seçki qələbəsi ilə təbrik etmədi...

01.07.2026 / 20:24
Bakı-İrəvan sülh prosesinə Gürcüstanın töhfəsi...

01.07.2026 / 20:01
Lyayen Prezident İlham Əliyevi təbrik etdi - Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz…

01.07.2026 / 19:59
"Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər" - Lyayen

01.07.2026 / 19:55
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olundu

01.07.2026 / 19:51
Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Lyayen açıqladı...

01.07.2026 / 19:50
Korsikanın Fransa üzərində qələbəsi Azərbaycanın sayəsində mümkün oldu...

01.07.2026 / 19:48
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub

01.07.2026 / 19:45
Prezident: "Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır"

01.07.2026 / 19:44
"Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir" - Prezident

01.07.2026 / 19:42
Rusiya hərbçiləri Çində radiasiya və kimyəvi müharibə təlimi keçib? – Brüssel “hə” deyir, Duma inkar edir…

01.07.2026 / 19:40
Prezident İlham Əliyev: "Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"

01.07.2026 / 19:37
"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - Prezident

01.07.2026 / 19:36
ƏHMƏD CƏFƏROĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

01.07.2026 / 19:33
Prezident: "Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik"

01.07.2026 / 19:31
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk" - Prezident İlham Əliyev

01.07.2026 / 19:24
Prezident İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata birgə bəyanatla çıxış ediblər - FOTO

01.07.2026 / 19:20
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

01.07.2026 / 19:19
Meloni Trampa meydan oxudu - "diz çökməyəcəyəm… icazə verməyəcəyəm”

01.07.2026 / 19:15
Azərbaycandakı yəhudi icmaları Knessetdən "erməni soyqırımı"nı tanımamağı xahiş etdi

01.07.2026 / 19:05
Rusiya Hindistan neftinin ümidinə qaldı...

01.07.2026 / 18:55
Trampdan İranla bağlı yeni açıqlama - "Tehran böyük uğurlar qazandı"

01.07.2026 / 18:53
ABŞ prezidentliyinə qayıtdıqdan sonra Trampın qazancı 1 milyardı keçdi - kriptovalyutadan...

01.07.2026 / 18:39
Avroittifaqın sabiq və hazırkı komissarlarının davası başlayıb...

01.07.2026 / 18:28
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - FOTO

01.07.2026 / 18:11
Rəsmi Bakının Lyayendən konkret umacaqları var - Avrokomissar bunu buraxmasa...

01.07.2026 / 17:43
İsrailin "genosidi siyasi alət etməsi" Paşinyanı çətinə saldı...

01.07.2026 / 17:33
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

01.07.2026 / 17:29
Rəqəmsal inkişafımızda yeni mərhələ başlayır - 3 ildə rəqəmsal olmayan dövlət xidməti qalmayacaq...

01.07.2026 / 17:07
Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - "...tərəfdaşlığı dərinləşdirmək üçün buradayam"

01.07.2026 / 16:48
Avrokomissiya prezidenti Bakıya gəldi

01.07.2026 / 16:37
Trampın oğulları Qazaxıstan volframında pay aldı, Çin və Rusiya şirkətlərinin arzusu gözündə qaldı

01.07.2026 / 16:22
Respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU

01.07.2026 / 16:11
9 mindən çox müəllim işini itirdi...

01.07.2026 / 16:04
Rusiya yanacaq üçün Azərbaycana da üz tutacaq, Moskva möhtac qalıb...

01.07.2026 / 16:01
Polşadan Ukraynaya xəbərdarlıq: “Bandera ilə Avropa İttifaqına daxil ola bilməzsiniz”

01.07.2026 / 15:51
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

01.07.2026 / 15:46
“Ozan Dünyası” Aşıq yaradıcılığının Təbliği İB-də yeni layihəyə start verilib

01.07.2026 / 15:35
Rusiyada bu dəfə deputatların çoxu qadınlar olacaq...

01.07.2026 / 15:27
Brüssel Bakı və İrəvanla regionda yeni birgə layihələr təklif edir, Cənubi Qafqazda Rusiyanı sıxışdırır

01.07.2026 / 15:19
Paşinyan Netanyahunun saxta "erməni genosidi" qərarına heç bir əhəmiyyət vermədi...

01.07.2026 / 15:15
Dünya Taekvondo Federasiyasından parataekvondoçularımıza xüsusi dəvət

01.07.2026 / 15:07
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə tanış olub - FOTO

01.07.2026 / 14:55
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib - FOTO

01.07.2026 / 14:49
MEDİA-nın “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri bəlli oldu

01.07.2026 / 14:45
Ukraynadan sonra Rusiyanın vuracağı ölkə barədə müzakirə başlayıb...

01.07.2026 / 14:27
"Aqrar Sığorta – Güvənli Gələcək!" layihəsinin üçüncü mərhələsinə start verildi

01.07.2026 / 14:01
Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı

01.07.2026 / 13:55
“İdrak” liseyində güllələmə işi - ittiham aktı elan edildi...

01.07.2026 / 13:47
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

01.07.2026 / 13:37
Dohada İran və ABŞ arasında danışıqlar başlayıb...

01.07.2026 / 13:28
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür

01.07.2026 / 13:16
Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan bankları hesablara rublla qoyulan əmanətləri məhdudlaşdırmağa başladı...

01.07.2026 / 12:57
Rusiya Kiyevi ələ keçirmək üçün yeni hücuma başlayır - Putin orduya əmr verdi...

01.07.2026 / 12:09
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə...

01.07.2026 / 11:51
Şahdağa qar yağdı

01.07.2026 / 11:34
Qərb nüvə silahının yeni yaranacaq respublikaların əlinə keçəcəyindən ehtiyatlanır

01.07.2026 / 11:17
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb

01.07.2026 / 11:15
Prezident İlham Əliyev Somali Prezidentini təbrik etdi

01.07.2026 / 11:03
DÇ - 2026: 1/8 finalın daha üç iştirakçısı bu gün müəyyənləşəcək...

01.07.2026 / 10:30
"BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı

01.07.2026 / 10:20
Leyla Əliyeva Şəkidəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub - FOTO

01.07.2026 / 10:05
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO

01.07.2026 / 09:51
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb - FOTO

01.07.2026 / 09:26
Azərbaycanda qadınların pensiya yaşı artırıldı

01.07.2026 / 09:07
ABŞ daha iki amfibiya gəmisini Yaxın Şərqə göndərdi - niyəsi maraqlıdır…

01.07.2026 / 06:40
Rusiya bəzi sərhəd keçidlərini bağladı - İlginc…

01.07.2026 / 05:30
ABŞ-da hakerlər “cekpot”u apardı - FTB 4 nəfəri həbs etdi

30.06.2026 / 23:16
Putinin məşhur superyaxtası Danimarka sahillərində göründü – ordu hərəkətə keçdi...

30.06.2026 / 22:43
Avrokomissiya sədri Bakıya əliboş gəlir, Bakıdan İrəvana çox şey aparacaq...

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

30.06.2026 / 19:25
Postsovet məkanında Qarabağdan sonra növbəti separatçılıq ocağı söndürülür... Təcrübəmiz yayılır...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ