Sizin ölkəniz (Azərbaycan – red.) nadir ölkələrdəndir ki, o, regional sabitliyi və inkişafı irəli apara bilər.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
O qeyd edib ki, Azərbaycan özünün strateji əhəmiyyətini və regional nüfuzunu artırır. Bu gün Azərbaycanla Avropa İttifaqı bağlantı sahəsində də yüksəksəviyyəli dialoq həyata keçirir.