çərşənbə günü, 01 iyul 2026
     

Rəqəmsal inkişafımızda yeni mərhələ başlayır - 3 ildə rəqəmsal olmayan dövlət xidməti qalmayacaq...

Image


Azərbaycan rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində yeni inkişaf mərhələsinə qədəm qoyur.
Son illərdə dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal infrastrukturun genişləndirilməsi və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər artıq daha sistemli və strateji yanaşma ilə davam etdirilir. Bu prosesin əsasını prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul edilən qərarlar, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və 27 fevral 2026-cı il tarixli sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təşkil edir. Yeni Fəaliyyət Planı yalnız texnologiyaların tətbiqini deyil, bütövlükdə dövlət idarəçiliyinin, iqtisadiyyatın və ictimai xidmətlərin müasir rəqəmsal model əsasında yenidən qurulmasını hədəfləyir. Sənəd dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq rəqəmsal inkişaf göstəricilərində Azərbaycanın mövqeyinin yüksəldilməsi və rəqəmsal iqtisadiyyatın ÜDM-də payının artırılması kimi strateji məqsədləri özündə birləşdirir. Fəaliyyət Planı dörd əsas istiqamət – rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik üzrə qurulub. Bu istiqamətlərin icrasını təmin edən əsas dayaqlar isə müasir infrastrukturun yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, insan kapitalının inkişafı və effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasıdır. Dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin təyin olunması da bu sahədə koordinasiyanın gücləndirilməsinə xidmət edir. Bu strateji yanaşmanın praktiki icrasına nəzarət etmək məqsədilə birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olunub. Şuranın əsas prioritetləri kimi dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı və texnologiya sahəsinə investisiyaların cəlbi müəyyənləşdirilib. İslahatların ən mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin vahid rəqəmsal platformada cəmləşdirilməsidir. Hazırda vətəndaşlar müxtəlif dövlət xidmətlərindən istifadə etmək üçün bir neçə mobil tətbiq və internet portalına müraciət etməli olurlar. Yeni yanaşma bu pərakəndəliyi aradan qaldıraraq bütün dövlət xidmətlərini "mygov", biznes subyektləri üçün isə "mygov Biznes" platformasında birləşdirməyi nəzərdə tutur. Bu istiqamətdə artıq mühüm nəticələr əldə olunub. "e-Sosial", "e-Təbib" və "e-Su" sistemləri tam şəkildə "mygov" platformasına inteqrasiya olunub. "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" kimi xidmətlərin də mərhələli şəkildə vahid platformaya qoşulması davam edir.

Rəqəmsallaşmanın növbəti mərhələsində əsas məqsəd proaktiv dövlət xidmətlərinin genişləndirilməsidir. Bu modeldə vətəndaşın əlavə müraciət etməsinə ehtiyac qalmadan, dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında xidmət avtomatik təqdim olunur. Artıq yaşa görə əmək pensiyasının təyin edilməsində bu mexanizm tətbiq edilir. Eyni yanaşmanın uşağın doğulmasına görə birdəfəlik müavinətin ödənilməsində, şəxsiyyət sənədlərinin etibarlılıq müddətinin başa çatması barədə avtomatik xəbərdarlıqlarda və hərbi tibbi müayinə çağırışlarında da tətbiqi planlaşdırılır. Son üç ay ərzində sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətinin tam rəqəmsallaşdırılması, ali məktəblərə qəbul olunan tələbələrin onlayn qeydiyyat imkanının yaradılması və notariat xidmətlərinin "mygov" vasitəsilə təqdim olunması rəqəmsal transformasiyanın sürətini nümayiş etdirir. Nəticədə platformanın istifadəçi sayı qısa müddətdə 2,7 milyondan 3,5 milyona yüksəlib. Dövlət xidmətlərinin daha da təkmilləşdirilməsi üçün Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində işlər aparılır. Bu sistem müxtəlif dövlət qurumlarında saxlanılan məlumatların vahid standart əsasında birləşdirilməsini təmin edəcək, analitika və süni intellekt vasitəsilə vətəndaşlara fərdiləşdirilmiş xidmətlərin göstərilməsinə imkan yaradacaq. Fəaliyyət Planının digər əsas istiqaməti innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Məqsəd Azərbaycanı regionun texnologiya və startap mərkəzlərindən birinə çevirmək, informasiya-kommunikasiya texnologiyaları ixracını artırmaq və innovativ sahibkarlığı dəstəkləməkdir. Bu məqsədlə hazırlanan qanunvericilik paketi 34 qanuna, 9 prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutur. Paket rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, innovasiya məhsulları və texnologiya transferi kimi anlayışların hüquqi statusunun müəyyən edilməsini təmin edəcək. İslahatların mühüm hissəsini investisiya mühitinin yaxşılaşdırılması təşkil edir. Texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, yüksəkixtisaslı mütəxəssislər üçün gəlir vergisinin sıfırlanması, sosial sığorta yükünün azaldılması və texnoloji avadanlıqların idxalına güzəştlərin tətbiqi nəzərdə tutulur.
Eyni zamanda, vençur kapitalı fondlarının hüquqi bazasının yaradılması, "SAFE" və "Convertible Note" investisiya alətlərinin qanuniləşdirilməsi, "ESOP" mexanizminin tətbiqi və "Fondlar Fondu" modelinin formalaşdırılması startapların maliyyə resurslarına çıxışını xeyli asanlaşdıracaq. Dövlət satınalmalarında innovativ məhsullar üçün xüsusi imkanların yaradılması isə yerli texnologiya şirkətlərinin inkişafına əlavə stimul verəcək. Müasir rəqəmsal transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri süni intellekt texnologiyalarıdır. Azərbaycanda bu sahənin inkişafı artıq dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. 2026-cı il ərzində "mygov" platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqi planlaşdırılır. Artıq vətəndaşlara 24 saat fasiləsiz xidmət göstərə bilən virtual köməkçinin ilkin versiyası istifadəyə verilib. Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrində süni intellekt həllərinin hazırlanması istiqamətində işlər davam edir. Milli hesablama gücünün yaradılması məqsədilə yüksək məhsuldarlıqlı qrafik prosessorlardan ibarət hesablama infrastrukturu qurulur. Eyni zamanda, innovativ layihələrin təhlükəsiz şəkildə sınaqdan keçirilməsi üçün "Regulatory Sandbox" mexanizmi yaradılır. Bu yanaşma yeni texnologiyaların hüquqi risklər minimuma endirilməklə tətbiqinə imkan verəcək. Rəqəmsal transformasiya kibertəhlükəsizlik olmadan mümkün deyil. Bu səbəbdən yeni Fəaliyyət Planında milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması xüsusi yer tutur. Bu istiqamətdə Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Agentliyin tərkibində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək. Yeni model kibertəhdidlərin operativ aşkarlanmasına, insidentlərin koordinasiyalı şəkildə idarə edilməsinə və rəqəmsal sübutların araşdırılmasına imkan verəcək. Kritik informasiya infrastrukturu üçün yeni təhlükəsizlik standartlarının tətbiqi, dövlət informasiya sistemlərinin Hökumət Buluduna mərhələli köçürülməsi və süni intellekt əsaslı qabaqlayıcı müdafiə mexanizmlərinin yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, ali təhsil müəssisələrində beynəlxalq kibertəhlükəsizlik sertifikatlaşdırma proqramlarının genişləndirilməsi və əhalinin kibergigiyena üzrə maarifləndirilməsi insan kapitalının gücləndirilməsinə xidmət edəcək. Rəqəmsal inkişaf strategiyasının mühüm istiqamətlərindən biri təhsil sisteminin müasirləşdirilməsidir. Son beş ildə məktəblərə 235 mindən çox kompüter verilib, bir kompüterə düşən şagird sayı 32-dən 6-ya endirilib və internet sürəti dəfələrlə artırılıb. 900 mindən çox istifadəçini əhatə edən "Rəqəmsal məktəb" platforması müəllimləri, şagirdləri və valideynləri vahid rəqəmsal mühitdə birləşdirir. Hazırda Bakı məktəblərində tətbiq olunan sistem yaxın tədris ilindən etibarən regionlarda da genişləndiriləcək. Elektron attestat, diplom və sertifikatların tətbiqi sənəd dövriyyəsini sadələşdirir, saxtalaşdırma riskini azaldır və beynəlxalq tanınmanı asanlaşdırır. "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri isə yüz minlərlə şagirdin müasir texnologiyalar üzrə bilik və bacarıqlarını inkişaf etdirir. Növbəti mərhələdə süni intellekt əsaslı fərdiləşdirilmiş tədris modellərinin tətbiqi, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili təhsil sisteminin keyfiyyətini yeni səviyyəyə yüksəltməyə imkan verəcək. Bütövlükdə, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı Azərbaycanın rəqəmsal inkişaf strategiyasının sistemli yol xəritəsidir. Burada nəzərdə tutulan tədbirlər yalnız dövlət xidmətlərinin elektronlaşdırılmasını deyil, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını, innovativ sahibkarlığın inkişafını, insan kapitalının gücləndirilməsini və ölkənin regional texnologiya mərkəzinə çevrilməsini hədəfləyir. Rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində həyata keçirilən bu kompleks islahatlar Azərbaycanın gələcək inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir.
Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

01.07.2026 / 17:43
İsrailin "genosidi siyasi alət etməsi" Paşinyanı çətinə saldı...

01.07.2026 / 17:33
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

01.07.2026 / 17:29
Rəqəmsal inkişafımızda yeni mərhələ başlayır - 3 ildə rəqəmsal olmayan dövlət xidməti qalmayacaq...

01.07.2026 / 17:07
Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - "...tərəfdaşlığı dərinləşdirmək üçün buradayam"

01.07.2026 / 16:48
Avrokomissiya prezidenti Bakıya gəldi

01.07.2026 / 16:37
Trampın oğulları Qazaxıstan volframında pay aldı, Çin və Rusiya şirkətlərinin arzusu gözündə qaldı

01.07.2026 / 16:22
Respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU

01.07.2026 / 16:11
9 mindən çox müəllim işini itirdi...

01.07.2026 / 16:04
Rusiya yanacaq üçün Azərbaycana da üz tutacaq, Moskva möhtac qalıb...

01.07.2026 / 16:01
Polşadan Ukraynaya xəbərdarlıq: “Bandera ilə Avropa İttifaqına daxil ola bilməzsiniz”

01.07.2026 / 15:51
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

01.07.2026 / 15:46
“Ozan Dünyası” Aşıq yaradıcılığının Təbliği İB-də yeni layihəyə start verilib

01.07.2026 / 15:35
Rusiyada bu dəfə deputatların çoxu qadınlar olacaq...

01.07.2026 / 15:27
Brüssel Bakı və İrəvanla regionda yeni birgə layihələr təklif edir, Cənubi Qafqazda Rusiyanı sıxışdırır

01.07.2026 / 15:19
Paşinyan Netanyahunun saxta "erməni genosidi" qərarına heç bir əhəmiyyət vermədi...

01.07.2026 / 15:15
Dünya Taekvondo Federasiyasından parataekvondoçularımıza xüsusi dəvət

01.07.2026 / 15:07
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə tanış olub - FOTO

01.07.2026 / 14:55
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib - FOTO

01.07.2026 / 14:49
MEDİA-nın “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri bəlli oldu

01.07.2026 / 14:45
Ukraynadan sonra Rusiyanın vuracağı ölkə barədə müzakirə başlayıb...

01.07.2026 / 14:27
"Aqrar Sığorta – Güvənli Gələcək!" layihəsinin üçüncü mərhələsinə start verildi

01.07.2026 / 14:01
Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı

01.07.2026 / 13:55
“İdrak” liseyində güllələmə işi - ittiham aktı elan edildi...

01.07.2026 / 13:47
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

01.07.2026 / 13:37
Dohada İran və ABŞ arasında danışıqlar başlayıb...

01.07.2026 / 13:28
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür

01.07.2026 / 13:16
Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan bankları hesablara rublla qoyulan əmanətləri məhdudlaşdırmağa başladı...

01.07.2026 / 12:57
Rusiya Kiyevi ələ keçirmək üçün yeni hücuma başlayır - Putin orduya əmr verdi...

01.07.2026 / 12:09
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə...

01.07.2026 / 11:51
Şahdağa qar yağdı

01.07.2026 / 11:34
Qərb nüvə silahının yeni yaranacaq respublikaların əlinə keçəcəyindən ehtiyatlanır

01.07.2026 / 11:17
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb

01.07.2026 / 11:15
Prezident İlham Əliyev Somali Prezidentini təbrik etdi

01.07.2026 / 11:03
DÇ - 2026: 1/8 finalın daha üç iştirakçısı bu gün müəyyənləşəcək...

01.07.2026 / 10:30
"BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı

01.07.2026 / 10:20
Leyla Əliyeva Şəkidəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub - FOTO

01.07.2026 / 10:05
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO

01.07.2026 / 09:51
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb - FOTO

01.07.2026 / 09:26
Azərbaycanda qadınların pensiya yaşı artırıldı

01.07.2026 / 09:07
ABŞ daha iki amfibiya gəmisini Yaxın Şərqə göndərdi - niyəsi maraqlıdır…

01.07.2026 / 06:40
Rusiya bəzi sərhəd keçidlərini bağladı - İlginc…

01.07.2026 / 05:30
ABŞ-da hakerlər “cekpot”u apardı - FTB 4 nəfəri həbs etdi

30.06.2026 / 23:16
Putinin məşhur superyaxtası Danimarka sahillərində göründü – ordu hərəkətə keçdi...

30.06.2026 / 22:43
Avrokomissiya sədri Bakıya əliboş gəlir, Bakıdan İrəvana çox şey aparacaq...

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

30.06.2026 / 19:25
Postsovet məkanında Qarabağdan sonra növbəti separatçılıq ocağı söndürülür... Təcrübəmiz yayılır...

30.06.2026 / 19:22
Avropada istilər yüzlərlə insanın həyatına son qoydu...

30.06.2026 / 19:17
Avropada islamofobiya daha da şiddətlənir...

30.06.2026 / 19:13
Paşinyanın "Rusiya macəraları" erməni sahibkarlarını çökdürür...

30.06.2026 / 19:02
Nyu-Yorkda göyərtəsində 220 sərnişin olan təyyarə dronla toqquşdu...

30.06.2026 / 18:46
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verildi - FOTO

30.06.2026 / 18:16
Ankaraya yeni nəzər

30.06.2026 / 18:10
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” mövzusunda beynǝlxalq konqres tarixi İsmailiyyə binasında davam edib

30.06.2026 / 18:09
Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olunub

30.06.2026 / 18:01
Bakıda qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa edildi - VİDEO

30.06.2026 / 17:46
Türkiyədə təhsil islahatlarına Tacikistan etiraz edir - Türküstan, ya İranzəmin...?

30.06.2026 / 17:32
Dəhşətli istilər Avropada nəqliyyat infrastrukturunu çökdürür - dəmir yolu relsləri əyilir, asfalt əriyir, svetoforlar sıradan çıxır...

30.06.2026 / 17:12
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30.06.2026 / 16:57
İmtahan nəticələri açıqlandı

30.06.2026 / 16:47
Bodrumda Kılıçdaroğluna qarşı imza kampaniyası - “Səni şəhərimizdə istəmirik”…

30.06.2026 / 16:36
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı

30.06.2026 / 16:15
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

30.06.2026 / 16:12
Avrokomossiya rusiyalıların xaricə çıxışını yasaqlayır…

30.06.2026 / 16:08
NATO Zirvəsi öncəsi gizli hərbi planlar sızdı - Türkiyə F-35 qarşılığında S-400-ü Seula satır...

30.06.2026 / 15:32
Daha 6 itkin-şəhid dəfn ediləcək

30.06.2026 / 15:26
Avropa Birliyindən Ukraynaya 4 milyardlıq növbəti tranş - hərbi ehtiyaclar üçün…

30.06.2026 / 15:16
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi... - YENİLƏNDİ

30.06.2026 / 15:11
Azərbaycan XİN İsrailə real strateji mesajlar verdi...

30.06.2026 / 14:42
Kinonatoqrafçılar yeni sədr seçkisini "0"-dan başlayacaqlar...

30.06.2026 / 13:55
Avropada istidən evində ölənlər Bakıda mənzil tikintisinin böyük qüsurunu yada saldı...

30.06.2026 / 13:42
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

30.06.2026 / 13:36
İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

30.06.2026 / 13:18
Əli Əsədovun fermerlərə 100 bu başdan, 400 manat o başdan "dəstək qərarı" ...

30.06.2026 / 13:06
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

30.06.2026 / 12:56
Müasir türk dünyasında “ortaq humanitar məkan” Türkoloji Qurultaydan başladı - Əliyev nəyi nəzərdə tutur?...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ