çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Ukraynadan sonra Rusiyanın vuracağı ölkə barədə müzakirə başlayıb...

Image


Mehmet Gökhan Özçubukçu: “Avropada səsləndirilən təhlükəsizlik narahatlıqları daha çox gələcəyə dair risk qiymətləndirmələri və strateji ssenarilər çərçivəsində formalaşır”

Samir Hümbətov:Rusiyanın Ukraynadan sonra Avropaya hücum edəcəyi məsələsi bir az real görsənmir...”

Ukraynadakı müharibə bitdikdən sonra Rusiya NATO üzv dövlətinə qarşı məhdud miqyaslı hərbi əməliyyat başlada bilər. NU.nl-in məlumatına görə, Hollandiya Müdafiə Nazirliyi bu barədə xəbərdarlıq edib.

Nazirlik illik müdafiə strategiyası sənədində Avropanın özünü müharibə ilə sülh arasında "boz zonada" tapdığını bildirib və Hollandiyanın müdafiə investisiyalarını, xüsusən də dronlar kimi pilotsuz silahlara investisiyalarını artıracağına söz verib.

Nazirlik qeyd edib ki, kəşfiyyat orqanlarının məlumatına görə, Rusiya Avropa ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır. Ən pis ssenaridə isə Rusiya Ukraynadakı müharibə bitdikdən sonra NATO üzv dövlətinə qarşı məhdud hərbi əməliyyat başladacaq.

Nazirlik vurğulayıb ki, Ukraynadakı müharibə göstərir ki, döyüşlərdə itkilərin əksəriyyəti hazırda pilotsuz təyyarələrin hücumları nəticəsində baş verir. Buna görə də Müdafiə Nazirliyi bu istiqamətdə irəliləmək niyyətindədir və beş il ərzində "əməliyyat nəticələrinin yarıdan çoxu pilotsuz sistemlərdən istifadə etməklə əldə edilməlidir".

Hollandiya hökuməti 2035-ci ilə qədər tədricən müdafiəyə əlavə 20 milyard avro investisiya qoymağı planlaşdırır.

Bu, Hollandiyanın NATO-nun ÜDM-in 3,5%-i səviyyəsində müdafiə xərcləri standartına cavab verməsinə imkan verəcək.

Polşa xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Rusiya NATO üzv dövlətinə hücumu haqlı çıxarmaq üçün "saxta bayraq əməliyyatı" təşkil edir.

Latviya kəşfiyyatı bu yaxınlarda xəbərdarlıq edib ki, Rusiya NATO ölkələrini Ukraynaya dəstəyini dayandırmağa məcbur etmək üçün Baltikyanı ölkələrə və ya Polşaya qarşı mümkün təxribatlar, xüsusən də pilotsuz təyyarə hücumları və digər hibrid hərəkətlər hazırlayır.

Avropa ölkələrində belə bur qorxu var ki, Ukraynadan sonra Rusiya Avropaya hücum edəcək. Bu qorxu faktoru nə qədər realdı və Avropa ölkələrinin Ukraynada müharibəni yekunlaşdırmasına necə mane olur?

Beynəlxalq münasibətlər mütəxəssisi Mehmet Gökhan Özçubukçu baki-xeber.com-a bildirdi ki, Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ictimaiyyətində və siyasi dairələrdə müharibənin gələcəkdə daha geniş coğrafiyaya yayıla biləcəyi ilə bağlı müxtəlif qiymətləndirmələr aparılır. “Xüsusilə son iki ildə bəzi Avropa ölkələrində Rusiyanın gələcəkdə NATO-nun şərq cinahına yönəlik yeni addımlar ata biləcəyi barədə fikirlər ictimai müzakirələrdə daha geniş yer tutmağa başlamışdır. Lakin beynəlxalq münasibətlər baxımından yanaşdıqda, bu müzakirələrin yalnız təhlükəsizlik narahatlıqları çərçivəsində deyil, böyük güclər arasındakı rəqabət və Avropanın təhlükəsizlik arxitekturasının transformasiyası kontekstində dəyərləndirilməsi daha doğru olardı.

İlk növbədə Rusiyanın təhlükəsizlik yanaşmasını nəzərə almaq lazımdır. Moskva uzun illərdir ki, NATO-nun şərqə doğru genişlənməsini öz milli təhlükəsizliyi baxımından əsas strateji problemlərdən biri kimi qiymətləndirir. Xüsusilə Soyuq müharibənin başa çatmasından sonra Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO-ya qoşulması, ardınca Baltik ölkələrinin üzvlüyü, eləcə də Ukrayna və Gürcüstanın gələcəkdə alyansa daxil ola biləcəyinə dair siyasi bəyanatlar Rusiya rəhbərliyi tərəfindən Avropadakı təhlükəsizlik balansını dəyişdirən proseslər kimi şərh edilmişdir. Bu səbəbdən Rusiyanın mövqeyində əsas vurğu Avropanın bütününə yönəlmiş hərbi genişlənmə məqsədindən daha çox, NATO-nun öz sərhədlərinə doğru irəliləməsi nəticəsində yarandığını düşündüyü təhlükəsizlik narahatlıqlarına əsaslanır.

Beynəlxalq münasibətlərdə realist yanaşma da göstərir ki, böyük dövlətlər ətraflarında formalaşan hərbi və siyasi prosesləri birbaşa milli təhlükəsizliklərinin tərkib hissəsi kimi qiymətləndirirlər. Bu baxımdan Moskvanın əsas prioritetinin Avropanın digər bölgələrinə yönəlmiş yeni hərbi strategiya formalaşdırmaqdan daha çox, öz yaxın ətrafında meydana gəldiyini düşündüyü təhlükəsizlik risklərini məhdudlaşdırmaq olduğu istiqamətində qiymətləndirmələr də mövcuddur. Buna görə də mövcud böhranı yalnız Ukrayna kontekstində deyil, Avropanın təhlükəsizlik arxitekturasının son otuz il ərzində keçirdiyi transformasiya çərçivəsində təhlil etmək daha məqsədəuyğundur.

Bununla yanaşı, Avropanın niyə belə bir təhlükə qavrayışına malik olduğunu da anlamaq vacibdir. Avropa ölkələri üçün məsələ yalnız Ukrayna ilə məhdudlaşmır. Qitənin təhlükəsizlik arxitekturası uzun illər sabitlik, proqnozlaşdırıla bilənlik və beynəlxalq hüquq prinsipləri əsasında formalaşmışdır. Ukraynada baş verən müharibə isə Avropada təhlükəsizlik mühitinin yenidən dəyişə biləcəyi ilə bağlı narahatlıqları artırmışdır”.

Mehmet Gökhan Özçubukçunun fikrincə, xüsusilə Polşa, Baltik ölkələri və Şimali Avropanın bəzi dövlətləri coğrafi mövqeləri və tarixi təcrübələri səbəbindən təhlükəsizlik risklərini Qərbi Avropa ölkələri ilə müqayisədə daha yüksək qiymətləndirirlər:“Bu səbəbdən Avropa daxilində təhlükə qiymətləndirmələri tam şəkildə eyni deyil; müxtəlif coğrafi və siyasi prioritetlər fərqli təhlükəsizlik yanaşmalarını da özü ilə gətirir.

Digər tərəfdən, Avropa ölkələrinin Ukraynaya göstərdiyi dəstəyin də müxtəlif ölçüləri mövcuddur. Rəsmi açıqlamalarda beynəlxalq hüquq, Avropanın təhlükəsizliyi, suverenlik prinsipi və regional sabitlik ön plana çıxarılsa da, bəzi strateji təhlillərdə Ukrayna müharibəsinin Rusiyanın hərbi, iqtisadi və diplomatik potensialını uzunmüddətli perspektivdə məhdudlaşdıran bir prosesə çevrildiyi barədə qiymətləndirmələr aparılır. Bu baxımdan müharibənin uzanmasının Rusiyanın resurslarını əhəmiyyətli dərəcədə məşğul etdiyi və Moskvanın uzunmüddətli strateji manevr imkanlarını daraltdığı fikirləri də səsləndirilir. Bununla belə, bunu Avropanın bütün ölkələrinin ortaq və rəsmi strategiyası kimi qəbul etmək düzgün olmazdı. Avropa İttifaqı daxilində bu məsələyə dair fərqli yanaşmalar mövcuddur və bir çox ölkədə müharibənin iqtisadi xərcləri, enerji təhlükəsizliyi, müdafiə xərcləri və sosial təsirləri ictimai müzakirələrin əsas mövzularından birinə çevrilmişdir.

Mənim fikrimcə, bu gün əsas prioritet müharibənin uzanmasını idarə etmək deyil, diplomatik həll yollarını gücləndirmək olmalıdır. Çünki uzanan hər bir münaqişə yalnız tərəflər üçün deyil, Avropa iqtisadiyyatı, qlobal enerji bazarları, ərzaq təhlükəsizliyi və beynəlxalq ticarət sistemi üçün də ciddi xərclər yaradır. Bununla yanaşı, müharibənin davam etməsi Avropa ilə Rusiya arasında etimad böhranını daha da dərinləşdirir və gələcəkdə yenidən qurulması son dərəcə çətin olacaq geosiyasi parçalanmaya zəmin hazırlayır.

Davamlı sabitliyin təmin olunması üçün tərəflərin təhlükəsizlik narahatlıqlarının qarşılıqlı şəkildə nəzərə alındığı genişmiqyaslı danışıqlar prosesinə ehtiyac vardır. Avropanın təhlükəsizliyi qədər Rusiyanın təhlükəsizlik qavrayışlarının da nəzərə alındığı yeni təhlükəsizlik dialoqu formalaşdırılmadan qitədə uzunmüddətli sabitliyin təmin olunması asan görünmür. Təhlükəsizlik yalnız bir tərəfin maraqlarını əsas götürən sıfır cəmli yanaşma ilə deyil, qarşılıqlı təhlükəsizlik prinsipi əsasında yenidən nəzərdən keçirilməlidir. Əks təqdirdə, mövcud böhran başa çatsa belə, oxşar gərginliklərin fərqli formalarda yenidən ortaya çıxması ehtimalı qalacaq.

Nəticə etibarilə, Avropada səsləndirilən təhlükəsizlik narahatlıqları daha çox gələcəyə dair risk qiymətləndirmələri və strateji ssenarilər çərçivəsində formalaşır. Lakin mövcud böhranı yalnız Rusiyanın Avropaya hücum edə biləcəyi ssenarisi üzərindən qiymətləndirmək, problemin arxa planındakı təhlükəsizlik dinamikalarını və NATO–Rusiya münasibətlərinin tarixi inkişafını nəzərdən qaçıran natamam yanaşma olardı. Bu səbəbdən qarşıdakı dövrdə ən mühüm prioritet tərəflərin təhlükəsizlik narahatlıqlarını nəzərə alan diplomatik mexanizmlərin gücləndirilməsi və müharibənin mümkün qədər tez danışıqlar yolu ilə başa çatdırılmasıdır. Həm Avropanın, həm də Rusiyanın uzunmüddətli təhlükəsizliyi hərbi rəqabətin dərinləşməsindən deyil, qarşılıqlı etimadı möhkəmləndirən, dialoqa əsaslanan və dayanıqlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasından keçir”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov isə baki-xeber.com-a bunları dedi: “Rusiyanın hələ ki, Ukrayna bataqlığından çıxa bilməməsini nəzərə alsaq, Rusiyanın Ukraynadan sonra Avropaya hücum edəcəyi məsələsi bir az real görsənmir. Əslində bu bir az propaqanda kimi də aparılır. Yəni Avropanı bir konsolidasiya etmək üçün bu da plan tərkib hissəsidir. Amma Rusiyanın iqtisadi, hərbi imkanları ona imkan vermir ki, o qədər rahatlıqla Ukraynanı məğlub edib sonra keçsin Avropaya. Yəni 40 milyonluq Ukrayna ilə 140 milyonluq Rusiya bu vaxta qədər bacara bilmirsə, üstəlik də hələ tutduğu əraziləri indi hissə-hissə itirirsə, strateji obyektlər əlindən çıxmağa başlayırsa, Rusiya necə Avropaya hücum edə bilər? Əgər Rusiya beş ilə yaxın davam edən bu müharibədə qalib tərəf olsa idi, yəni Ukraynanı artıq məğlub etsəydi, haradasa real baxma olardı. İndi amma bir az çətindir. Üstəlik də ki, Avropa dövlətləri yaxşı başa düşür ki, Rusiya müharibədən güclü çıxsa, iqtisadiyyatı möhkəmlənsə onlara təhdid ola bilər. Amma buna da Avropa dövlətləri imkan vermir axı. Ukraynanı silahlandırırlar, maliyyə dəstəyi, silah dəstəyi, logistika və s. dəstəyi verirlər. Yəni bir şəkildə bu müharibəni özlərindən uzaqda tuturlar. İki Şərqi Slaviyan dövlətini bir-birinə çox rahatlıqla qırdıra bilirlər və bu ümumi Avropanın xeyrinə görünür beləcə. Düzdür, iqtisadi problemlər falan yaranır bununla əlaqədar. Rusiyanın ticarət dayanıb, Ukraynanın istehsalat, ticarət zəifləyib. Amma hərbi təhlükəsizlik baxımından bu ümum Avropanın faydasınadır. Ona görə düşünürəm ki, Rusiya məsələsində Avropa artıq Ukrayna üzərindən bunu davam etdirir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ