Rusiya hökuməti 1 iyul tarixindən etibarən Finlandiya, Latviya və Estoniya ilə bəzi dəmir yolu keçid məntəqələrində sərhəd keçidlərini dayandırıb.
TASS-ın xəbərinə görə, bu siyahıya
Sankt-Peterburq-Finlandiya (Rusiya-Finlandiya sərhədi); Kareliyadakı Vyartsilya və Litya (Rusiya-Finlandiya sərhədi); Leninqrad vilayətindəki Vıborq və Svetoqorsk (Rusiya-Finlandiya sərhədi); Pskov vilayətindəki Peçorı-Pskovski (Rusiya-Estoniya sərhədi); Pskov vilayətindəki Pıtalovo (Rusiya-Latviya sərhədi) daxildir.
Rusiya Xarici İşlər Nazirliyinə qərar barədə Finlandiya, Estoniya və Latviya hakimiyyət orqanlarını məlumatlandırmaq tapşırılıb. Sərhəd keçid məntəqələrindən nəqliyyatın dayandırılmasının vaxtı dəqiqləşdirilməyib.
SAMİRƏ