çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Müasir türk dünyasında “ortaq humanitar məkan” Türkoloji Qurultaydan başladı - Əliyev nəyi nəzərdə tutur?...

Image


Dəyanət Osmanlı:“Türk dünyasında ortaq humanitar məkanın formalaşdırılması, elmi əməkdaşlığın genişləndirilməsi...”

Azər Həsrət: “Ortaq humanitar məkanının yaradılması böyük türk coğrafiyasının inteqrasiyasında vacib bir məqamdır”

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə türk dünyasının ortaq humanitar məkanının formalaşdırılması təşəbbüsünü irəli sürüb. Prezidentin müraciətində bildirilir: “...Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.

Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.

Ortaq humanitar məkanın yaradılması təşəbbüsünü irəli sürməklə Azərbaycan Prezident nəyi nəzərdə tutdu?

Ekspertlər hesab edir ki, türk dünyasının ortaq humanitar məkanının yaradılması xalqlarımızın ortaq tarixi, mədəniyyəti və dil kökləri əsasında inteqrasiyasını hədəfləyən strateji prosesdir. Bu mühüm təşəbbüs türk xalqları arasında elmi, mədəni və sosial əlaqələri gücləndirərək qlobal miqyasda vahid sivilizasiya mərkəzinin formalaşmasına xidmət edir.

Əsas İnteqrasiya İstiqamətlərinə gəlincə, bu türk xalqları arasında mədəni və humanitar inteqrasiyanın dərinləşməsi üçün ən mühüm addım latın qrafikalı ortaq əlifbaya keçidlə bağlıdır. Eyni zamanda ortaq dilin formalaşdırılmasından söhbət gedir. Bu, ortaq terminologiya və dildə ünsiyyət imkanlarını genişləndirir.

Ortaq tarixi yaddaşın bərpası, tarixi abidələrin qorunması və birgə mədəni irs layihələrinin həyata keçirilməsi məkanın təməlini təşkil edir.

Qeyd edək ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın miras qoyduğu elmi ənənələr bu gün müasir forum və təşəbbüslərlə davam etdirilir. Universitetlər arasında tələbə mübadiləsi və ortaq tədqiqat mərkəzləri bu prosesin əsas sütunlarındandır. Bu humanitar məkanın yaradılması və inkişafı bir sıra rəsmi qurumların və tədbirlərin vasitəsilə həyata keçirilir:

Türk Dövlətləri Təşkilatı (TDT): Təşkilat ortaq məkanın formalaşmasında, siyasi və iqtisadi inteqrasiya ilə yanaşı, humanitar sahədə də əsas əlaqələndirici rol oynayır.

Beynəlxalq Türk Akademiyası: Türk tarixini, dilini və mədəniyyətini tədqiq edən, elmi inteqrasiyanı təmin edən qurumdur.

TÜRKSOY: Türk dünyasının UNESCO-su olaraq, ortaq mədəniyyətin, incəsənətin və ədəbiyyatın təbliğinə cavabdehdir.

Türk Mədəniyyəti və İrsi Fondu: Maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanılması və dünyaya tanıdılması istiqamətində layihələr həyata keçirir.

"Türk Dünyası İnfo" İB-nin təsisçisi və "Borçalı" İctimai Birliyinin sədri Dəyanət Osmanlı baki-xeber.com-a bildirdi ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq tarix və mədəniyyət təfəkkürünün möhkəmləndirilməsi, elmi və mədəni tədbirlərlə ortaq tarixi-mənəvi irsin öyrənilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

“Birinci Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə düzənlənən "Türk Dünyası Həftəsi"nin açılış mərasimində iştirakçılara Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentlərinin müraciətlər ünvanlaması tədbirin beynəlxalq əhəmiyyətinin nə qədər böyük olduğunu göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən forum türk xalqlarının ortaq mədəni inteqrasiyasının formalaşmasında mühüm rol oynayıb. Qurultayda türk xalqlarının ortaq mənəvi dəyərləri ilə bağlı strateji məsələlər müzakirə olunması, qarşıya qoyulan ideyaları bütün çətinliklərə, süni maneələrə baxmayaraq, öz aktuallığını qoruyub saxlayıb və müstəqillik dövründə yenidən inkişaf etməyə başlayıb.

Cənab Prezidentin ifadə etdiyi fikirlər göstərir ki, Birinci Türkoloji Qurultayın irsi yalnız tarixi hadisə deyil, Türk dünyasında ortaq humanitar məkanın formalaşdırılması, elmi əməkdaşlığın genişləndirilməsi və inteqrasiya proseslərinin gəlişməsi, həlli baxımından müasir çağda strateji platformadır.

Dövlətimizin başçısının humanitar məkanın formalaşdırılması təşəbbüsünə diqqət yönəltməsi strateji məqsədlərə söykənir: “Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır”. Bu mütərəqqi fikirlər Türk dünyasının birliyi timsalında tarixi-gələnəksəl miraslar, ortaq dil, mədəniyyət, ədəbiyyatın inteqrasiyası, ortaq milli-mənəvi dəyərlərin, maddi-mədəni irsin qorunması, yeni nəsillərə çatdırılması məsələlərini ehtiva edir. Türk dünyası xalqlarının gələcəyə bağlı həyatında həmrəyliyi, birgə inkişafı, qardaşlıq etimadını, geosiyasi gücü hədfləyən və gerçəyə çevirən məhz ortaq səciyyəli humanitar ideyalardı. Və cənab Prezidentin dediyi kimi, bu ideyalar əsasında türk dövlətlərinin strateji məqsədləri bəlirlənir: “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik””.

Siyasi şərhçi Azər Həsrət də baki-xeber.com-a bildirdi ki, Azərbaycan Prezidentinin irəli sürdüyü bu təşəbbüs türk xalqlarının gələcəyinə hesablanmış təşəbbüsdür: “Hər şeydən əvvəl xüsusi vurğulamaq istərdim ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin Azərbaycanda belə yüksək səviyyədə keçirilməsi əlamətdar hadisədir. Yəni biz 100 il sonra da bizi işğal altında tutanlara, eləcə də bütün dünyaya birlik iradəmizi nümayiş etdiririk, ideallarımızdan əl çəkmədiyimizi göstəririk. Biz bütün dünyaya göstəririk ki, türk xalqlarını zaman-zaman parçalamaq və bir-birinə qarşı qoymaq istəyənlər olub. Bunu müəyyən mənada bacarmağa çalışıblar, lakin aradan illər keçsə də biz yenidən birləşib bir oluruq. İkincisi, ortaq humanitar məkanının yaradılması məsələsi əlbəttə ki, ümumiyyətlə böyük türk coğrafiyasının inteqrasiyasında vacib bir məqamdır. Yəni biz elə bir mühit, elə bir məkan yaratmalıyıq ki, türk dünyasının o başındakı və bu başındakı insanlar bu məkan içində özlərini vahid məkanda hiss etsinlər. Yəni Qırğızıstandan gələn türk Azərbaycanda özünü yad bir ölkədəki kimi hiss etməsin, yaxud Türkiyədən getmiş bir türk Qazaxıstanda özünü yad bir mühitdə hiss etməsin. Əlbəttə ki, əslinə qalanda bu var, amma tam deyil. Bizim ehtiyacımız olan odur ki, böyük türk coğrafiyasında ortaq humanitar məkan hissi yüksəlsin. Yəni biz necə ki, Azərbaycanın içində tutaq ki, azərbaycanlılar olaraq bir bölgədən başqa bölgəyə gedəndə özümüzü yenə də Azərbaycanda hiss edirik, bu baxımdan türk dünyasının hər tərəfində insanlar bir respublikadan digərinə, bir şəhərdən başqasına gedəndə də özlərini o cür hiss etsin. Ondan savayı bizim humanitar məsələlərimiz ortaqlaşsın. Yəni vahid mövqedən çıxış edə bilək. Bir birimizə əl uzadaq, yardım göstərək, türk dünyasının harasındasa nəsə baş verəndə böyük türk dünyası bütövlükdə baş vermiş hadisəni özününkü kimi qəbul edə bilsin. Elə yaxşı mənada da, pis mənada da. Yəni demək istədiyim odur ki, belə bir ortaq humanitar məkan məsələsinin vurğulanması təsadüfi deyil. Yəni Azərbaycan Prezidenti türk dünyasının inteqrasiyasının daha da dərinləşdirilməsi üçün bu fikri dilə gətirir. Ümumiyyətlə, siz fikir versəniz görərsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyəti dövründə türk xalqlarının daha da yaxınlaşması, türk dünyasının bütövləşməsi üçün mümkün olan bütün təklifləri verib, verməyə də davam edir. Düşünürəm ki, ortaq humanitar məkan yaradılması təşəbbüsü də bunlar sırasındadır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ