çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

İlk Türkoloji Qurultayın Bakıda keçirilməsi Demokratik Respublika ilə bağlı idi - Əliyev tarixi xatırlatdı...

Image


Məhərrəm Zülfüqarlı: "Bolşeviklər bu qurultayda istədiklərini ala bilmədilər - türk birliyinin daha da güclənməsinə kömək etdi"

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində tədbirin başlanmasını yüksək qiymətləndirib və bu yubileyin Türk Dövlətləri Təşkilatına Azərbaycanın sədrliyi dövrünə təsadüf etməsinin rəmzi əhəmiyyət daşıdığını vurğulayıb.

Müraciətdə qeyd olunub ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının dil, tarix, mədəniyyət və ortaq dəyərlərinin inkişafı, eləcə də vahid ümumtürk əlifbasına keçid kimi mühüm məsələlərin müzakirə olunduğu tarixi elmi-mədəni platforma olub. Azərbaycanın həmin dövrdə türk dünyasının aparıcı intellektual mərkəzlərindən biri olduğu diqqətə çatdırılıb.

Prezident sovet totalitar rejiminin Qurultayın qərarlarının həyata keçirilməsinə mane olduğunu, iştirakçıların böyük hissəsinin repressiyalara məruz qaldığını xatırladaraq onların xatirəsinin ehtiramla yad edildiyini bildirib. Bununla yanaşı, Qurultayın ideyalarının türk xalqlarının milli dirçəlişinə və müasir dövrdə Türk Dövlətləri Təşkilatının humanitar əməkdaşlıq layihələrinə əsas yaratdığı vurğulanıb.

Sonda İlham Əliyev türk dünyasının güclənməsi istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini bildirib, Türk Dünyası Həftəsinin zəngin tarixi-mənəvi irsin öyrənilməsi, qorunması və təbliğinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident vurğulayır ki, Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu.

Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik cümhuriyyətin qurulması üç türkoloji qurultayın Bakıda keçrilməsinə nə kimi təsir etdi?

Politoloq:

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Bakıda keçirilən Türkoloji Qurultayın əhəmiyyəti böyükdür və 1926-cı ildə bunun Bakıda keçirilməsi təsadüfi deyildi: "Birincisi, Azərbaycan Şərqdə ilk demokratik respublika quran dövlətdir - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu bir məkan idi. XI Ordu Azərbaycanı işğal edəndən sonra bolşeviklərin məqsədi Şərq siyasətində Azərbaycandan istifadə etməklə kommunist ideologiyasını - sovet işğalını Şərqin müsəlman ölkələrində davam etdirmək idi. Buna görə də 1926-cı ildə həmin qurultayın keçirilməsinə imkan verildi. Lakin sovet rejiminin və bolşevik rəhbərliyinin gözləntilərinın əksinə olaraq, bu qurultayda türk xalqlarının həqiqətən birliyi, onların mədəni, tarixi və elmi araşdırmaları sahəsində əməkdaşlığın genişləndirilməsi, hətta əlifba islahatı geniş müzakirə olunurdu. Yəni bolşeviklər bu qurultayda istədiklərini ala bilmədilər - gözlədiklərinin əksinə olaraq, bu, türk birliyinin daha da güclənməsinə kömək etdi.

O üzdən, Azərbaycan Prezidenti Turkoloji Qurultayın Bakıda keçirilməsinin təsadüfi olmadığını qeyd edir. O dövrdə olduğu kimi, indi də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası türk birliyinin aparıcı dövlətlərindən biridir. Bu səbəbdən də bu qurultay Azərbaycanın paytaxtında təkrar keçirilir. Özü də bu, qardaş Türkiyəyə qarşı təxribatların törədildiyi bir dövrdə keçirilir. Bu, Netanyahu hökumətinin qondarma erməni soyqırımını tanımaq haqqında qərar qəbul etdiyi bir dövrə təsadüf edir. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə öz etirazını bildirdi, digər türkdilli ölkələr də ona dəstək verdi. Çünki bu "soyqırım" həmişə Türkiyəyə qarşı təhdid olub, qondarma siyasi oyunlarda istifadə edilən bir məsələdir. Bakıda keçirilən qurultay bir daha türk xalqlarının birliyinə düşmən olan qüvvələrə cavab verdi. Gələcəkdə də bu məsələnin inkişaf etdirilməsi diqqət mərkəzində qalmalıdır.

Çox maraqlıdır ki, 1920-ci illərdə hətta bolşeviklər də istəyirdi ki, ərəb əlifbası qrafikası latın qrafikası ilə əvəz edilsin. Amma qardaş Türkiyədə 1928-ci ildə, Azərbaycanda isə 1929-cu ildə latın qrafikasına keçiddən sonra, 1939-cu ildə Azərbaycan əlifbası kiril qrafikası ilə əvəz edildi. Yəni keçən dövr bir daha sübut edir ki, türk xalqlarının birliyini sarsıtmaq mümkün deyil - artıq XXI əsrdə də bu birlik davam edir. Bu qurultay da həmin birliyin möhkəmlənməsində mühüm rol oynayacaq. Prezidentin haqlı olaraq dediyi fikirlər tarix tərəfindən sübut edilib və bundan sonra da bu birlik inkişaf edəcək".

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ