Rusiya XİN başçısının müavini Mixail Qaluzin Ermənistandakı Rusiyanın 102-ci hərbi bazası ilə bağlı diqqət çəkən açıqlama verib.
Qaluzin bildirib ki, Ermənistan tərəfindən Gümrüdə yerləşən bazanın fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi səviyyədə heç bir siqnal verilməyib. Onun sözlərinə görə, İrəvan bu məsələnin gündəmdə olmadığını bəyan edir.
"Ermənistan tərəfi rəsmi olaraq İrəvanın Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmədiyini bildirib. Biz əminik ki, bu baza həm Ermənistanın özünün, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsində əsas elementdir" – deyə diplomat qeyd edib.
Tahir TAĞIYEV