Bazar ertəsi günü, 29 iyun 2026
     

“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

Image


Dövlətimizin başçısı İlham Əliyevin böyük ailə kimi dəyərləndirdiyi Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu gün təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə “Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir” söyləyərək onu da əlavə etmişdir ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu il Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdir.

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirildi. Tədbir Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq reallaşdı. Sənəddə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu məqam da xüsusi vurğulanır ki, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk dövlətləri arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürü kimi dəyərləndirildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın və bütövlükdə Türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin olunması məqsədilə imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yüksək səviyyədə icrası iyunun 29-dan iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi”ndə özünün aydın ifadəsini tapır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Türk dünyasının daha da möhkəmlənən birliyi, həmrəyliyi dünyaya nümunədir. Hazırda yeni dünya nizamının formalaşdığı bir zamanda bu birliyin müxtəlif istiqamətlərdə təmin edilməsi daha aydın şəkildə özünü nümayiş etdirir. Azərbaycanın bu birliyə töhfələri davamlıdır. Bu gün Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməsinin təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Bu gün beynəlxalq ictimaiyyət Türk dünyasının birliyini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində aydın şəkildə görür. Bu günlərdə ölkəmizdə dövlət səfərində olan Türkmənistan Prezidentinin azad Füzuliyə və Şuşaya səfərləri bir daha bu reallıqlara işıq saldı. Bu ilin may ayında Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin həmin Zirvə Görüşündəki çıxışında vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. 2025-ci ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyev Türküstan Zirvə Görüşündə bu əminliyi ifadə etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyev Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində bir daha bu reallıqları diqqətə çatdırdı ki, paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır. Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və Türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı. Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.

Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Bakı Dövlət Universitetinin, Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir. “Türk Dünyası Həftəsi” müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaqdır.

Millət vəkili vurğulayıb ki, müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi Birinci Türkoloji Qurultayın irsinin davamı kimi qiymətləndirilməlidir. Azərbaycan bu prosesdə mühüm rol oynayır və ölkə rəhbərliyinin Türk dünyasının birliyinə verdiyi dəstək ortaq dəyərlərin qorunmasına və inkişafına xidmət edir. “Türk Dünyası Həftəsi”nin proqramı olduqca zəngindir. Atılan hər bir addım bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət edir. Çıxışlarda bu fikir xüsusi qeyd edildi ki, Ortaq türk əlifbasının qəbul edilməsi türk dövlətləri arasında elmi, təhsil və mədəni inteqrasiyanın dərinləşməsi istiqamətində son illərin ən mühüm nailiyyətlərindən biridir. Ortaq əlifba ortaq elmi məkanın, vahid informasiya mühitinin və mədəni əlaqələrin daha da genişlənməsinə xidmət edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində bildirib ki, Birinci Türkoloji Qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün Türk dünyasının ortaq məsuliyyətidir. Türk Dövlətləri Təşkilatının fəaliyyəti də İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipi əsasında getdikcə daha da dərinləşir və Birinci Türkoloji Qurultayın müəyyənləşdirdiyi baxış bu gün də yolgöstərici rolunu oynayır. Türkiyənin əsas məqsədi Türk dünyasının ortaq tarixinə, dilinə və mədəniyyətinə sahib çıxaraq, bu irs üzərində “Türk əsri”ni birlikdə inşa etməkdir. 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, Türk dünyasının birliyi sarsılmazdır. Hər dövrün çağırışlarına uyğun olaraq atılan addımlar bu birliyi daha da möhkəmləndirir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

29.06.2026 / 23:07
Rusiyadan Qərb ölkələrinə gözdağı - hücumlara qarşı tankerlərə ağır silahlar yerləşdirilir...

29.06.2026 / 22:51
Naxçıvanda sabiq xidmət rəisi məhkəmə qarşısına çıxarıldı - 3,6 milyonluq yeyinti...

29.06.2026 / 22:34
“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

29.06.2026 / 22:28
Şəki Xan Sarayının tarixi yenidən yazılır

29.06.2026 / 21:55
Medvedev seçki siyahısına başçılıq edə bilmədi - Lavrov spiker olacaq?...

29.06.2026 / 21:28
Qarabağdan köçmüş ermənilər Ukraynada Rusiya üçün vuruşur - sirr açıldı...

29.06.2026 / 21:05
Paşinyan erməni cəmiyyətinə dərs verir - “Qarabağı almaq yox, vermək üçün bu sözləri dedim”...

29.06.2026 / 20:43
Trampla Putin Ukraynadan xəbərsiz razılaşma imzaladılar - dava düşüb...

29.06.2026 / 20:29
Azərbaycan parlamentindən Korsika ilə bağlı qanun layihəsinə tam dəstək...

29.06.2026 / 20:07
İsrail məhkəməsindən Netanyahu ilə bağlı şok qərar – vəkil üsyan etdi...

29.06.2026 / 19:49
Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

29.06.2026 / 19:32
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" - Mehriban Əliyeva

29.06.2026 / 19:30
Avroittifaqda yəhudi və alman lobbiçiləri eston qızı Kaya Kallası məhv edir...

29.06.2026 / 19:16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTO

29.06.2026 / 18:53
Problemli bank kreditləri yenidən böyüyür...

29.06.2026 / 18:39
ABŞ İsraili hədələdi - sizi xüsusi imtiyazlı müttəfiq statusundan məhrum edərik...

29.06.2026 / 18:25
Putindən sərt mesaj - Rusiya ya güclü olacaq, ya da yox olacaq...

29.06.2026 / 18:08
Almaniya silahlı atışma - beş nəfər öldürüldü...

29.06.2026 / 17:10
Türk Birliyinin Yeni Siyasi Mərhələsi

29.06.2026 / 17:08
Fransada istidən ölüm halları pik həddə - dəfn evləri dövlətdən yardım istədi

29.06.2026 / 17:07
ABŞ-İran danışıqları Dohada keçiriləcək

29.06.2026 / 17:04
ADY yay qrafikinə keçir

29.06.2026 / 16:54
İran Qətərlə razılaşdı – dondurulmuş 12 milyardın yarısı ölkəyə qaytarılır...

29.06.2026 / 16:47
Kılıçdaroğlu Kadir İnanırın dəfn törənində fitə basıldı

29.06.2026 / 16:31
Şahin Mustafayev: Türk əməkdaşlıq təşkilatlarının mexanizmləri yenilənməlidir

29.06.2026 / 16:27
Pivə istehsalçıları ilə görüşdən əlavə həm də mübarizə aparmaq lazımdır...

29.06.2026 / 16:20
Keçmiş İsrail naziri maraqlı detallara toxundu…

29.06.2026 / 16:08
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd etdi

29.06.2026 / 15:45
Ermənistanda 2700 illik “Argiştixinili şəhəri”? - Bu saxtakarlığa polyak alimlər də şərik oldu...

29.06.2026 / 15:32
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Nazirdən qərar...

29.06.2026 / 15:08
Hunday və KİA-nın mühərrikləri "ən etibarsızlar" kimi tanındı...

29.06.2026 / 15:04
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

29.06.2026 / 15:02
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir

29.06.2026 / 14:58
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər

29.06.2026 / 14:43
Zelenski Rusiyaya qarşı 40 günlük "təsir əməliyyatına" başladı...

29.06.2026 / 14:35
"Demokratiya TV"nin rəhbəri həbs edildi

29.06.2026 / 14:26
Putin Lukaşenkonu Ukrayna ilə müharibəyə təhrik edir...

29.06.2026 / 14:10
Ermənistan Rusiyaya qarşı "NATO-nun hücum qoçu"na çevrilir...

29.06.2026 / 14:02
Ərdoğan Trampın qəribə açıqlamasını cavabsız buraxdı - niyə?

29.06.2026 / 13:45
İllərin sanksiyalarına dözən İran çörək sınağında: inflyasiya 58 faizİ keçir...

29.06.2026 / 13:41
Belarus Rusiya-Ukrayna savaşına qoşulur…

29.06.2026 / 13:35
Türkiyə İsrailin "erməni soyqırımı" iddiasını "öz cinayətlərini ört-basdır cəhdi" adlandırdı...

29.06.2026 / 12:53
Sükan arxasında telefondan istifadə edən 11 mindən çox sürücü cərimələnib...

29.06.2026 / 12:36
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı oldu - YENİLƏNDİ

29.06.2026 / 12:20
Narkotik təsiri altında sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs edildi

29.06.2026 / 11:57
Rusiyada çevriliş cəhdi... Putinə meydan oxuyan əsgər saxlandı – “ordu silahını Kremlə doğru çevirəcək”...

29.06.2026 / 11:35
Saatlıda narkotik əməliyyatı - saxlanılalar var

29.06.2026 / 11:19
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək

29.06.2026 / 11:12
Buğdanın tədarük qiyməti ilə bağlı hökümətdən QƏRAR

29.06.2026 / 10:57
İran Körfəz öıkələrinə yeni təhlükəsizlik sxemi təklif edəcək...

29.06.2026 / 10:56
“Sosial şəbəkələrdəki dərəbəylik cinayətkar və psixoz uşaqların sayını artırır”

29.06.2026 / 10:55
Prezident: "TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

29.06.2026 / 10:51
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur" - Prezident

29.06.2026 / 10:48
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanladı

29.06.2026 / 10:37
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO

29.06.2026 / 10:20
Zelenski "Avropa ordeni" təsis etdi - bu adda orden Avropanın özündə də yoxdur…

29.06.2026 / 10:11
XİN İsraili “erməni soyqırımı” qərarını yenidən nəzərdən keçirməyə çağırdı

29.06.2026 / 10:05
Azərbaycanda “Türk Dünyası Həftəsi” keçirilir

29.06.2026 / 09:20
ABŞ - İran danışıqları sabah Qətərdə yenidən başlanacaq

28.06.2026 / 23:16
Avropada istilərdən ölənlərin sayı 1300-ü keçdi – ÜST-dən "səssiz qatil" xəbərdarlığı...

28.06.2026 / 22:59
Ukrayna Rusiyanın neft sənayesini çökdürdü - Putin rəsmən etiraf etdi...

28.06.2026 / 22:47
Fransada temperatur tarixi rekord həddində - Ölüm statistikası dəhşət saçır…

28.06.2026 / 22:11
Kaja Kallas üçün yolun sonu göründü…

28.06.2026 / 21:44
Putinin qızının rəhbərlik etdiyi Fondun yaxınlığında zenit-raket kompleksi qurulur - İlginc…

28.06.2026 / 20:32
Zelenski Azərbaycan diasporunun rəhbərini təltif edib

28.06.2026 / 14:26
“Rusiya ilə əlaqələrin kəsilməsi ermənilər üçün ağır nəticələrə səbəb olacaq” - Medvedev

28.06.2026 / 14:01
Rusiyada yanacaq böhranı dərinləşir - Hindistan və Qazaxıstandan benzin idxalı başlayır...

28.06.2026 / 13:47
Kılıçdaroğlu özünü Atatürklə müqayisə etdi, cavab sərt oldu – “Ona millət xain demədi, amma sənə..."

28.06.2026 / 13:30
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

28.06.2026 / 12:53
Serbiyanı şoka salan qərar... Vuçiç rəsmən elan etdi – istefa verirəm...

28.06.2026 / 12:31
UFC döyüşçüsü Rafael Fiziyev bir gündə 100 min dollar qazandı

28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

28.06.2026 / 11:42
Rusiya Azərbaycan üzərindən Ermənistana 770 ton buğda göndərdi

28.06.2026 / 10:55
Tramp "Ankoric sazişlərini" ləğv edə bilər…

28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı - ANCA hərəkətə keçdi

28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”

28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır - Bacaracaqmı?..

28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi - “…rüsvayçılıqdır”…

28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi - savaş yenidən başlayır?..

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ