Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir.
Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Belə ki, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin strukturu” təsdiq edilib.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
“Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları var.
Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Səlahiyyətli nümayəndə aşağıdakı məsələlər barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verəcək:
Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.