ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən irəli sürülən sülh planı əslində Rusiyanın işğal etdiyi dörd bölgənin ilhaqını rəsmiləşdirir.
ABŞ-ın təklifləri faktiki olaraq şərqi Ukraynada əhəmiyyətli ərazi itkilərini nəzərdə tutur.
Sülh planında nəzərdə tutulan ərazi məsələsini xəritələşdirən “Reuters”ə görə, hazırda Ukraynanın nəzarəti altında olan Slovyansk və Kramatorsk şəhərləri də daxil olmaqla, bütün Donetsk və Luqansk vilayətləri Rusiyaya veriləcək. Lakin, Trampın təklifi ilə bu bölgələr silahsızlaşdırılacaq və Rusiya orada qoşun saxlaya bilməyəcək.
Rusiyanın işğal etdiyi Xerson və Zaporojye vilayətlərinin isə tamamilə Rusiyaya verilməsi nəzərdə tutulmur. Mövcud təmas xətti boyunca bu ərazilər "dondurulmuş statusa" salınması planlaşdırılır.
“Reuters”in hazırladığı xəritə, ABŞ-ın təklif etdiyi sülh planında Ukrayna üçün nəzərdə tutulan geniş ərazi güzəştlərini açıq nümayiş etdirir. Plan əsasən Rusiyanın işğal olunmuş dörd rayonu ilhaq etməsini böyük ölçüdə tanıyır, beşinci bölgə olan Xersonu və Zaporojyenin əhəmiyyətli bir hissəsinin Ukraynanın tərkibində qalmasını nəzərdə tutur.
TAHİR