Vaşinqtondan gəldiyi iddia edilən təzyiq mesajlarından sonra Ukrayna cəbhəsində gərginlik yeni səviyyəyə yüksəlib. Rəsmilər bildiriblər ki, Kiyev görünməmiş təzyiq altındadır və ABŞ Ukraynadan gələn cümə axşamına qədər sənədi Vaşinqtonun hazırladığı sülüh sənədini imzalamağı tələb edir.
“Reuters” agentliyinə danışan iki mənbənin məlumatına görə, ABŞ Kiyevə sərt ultimatum göndərərək 28 maddəlik sülh planını qəbul etməsini tələb edib.
Vaşinqtonun, Ukrayna sənədi imzalamadığı təqdirdə kəşfiyyat məlumatlarının paylaşılmasını və silah dəstəyini dayandıra biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.
Xatırladaq ki, plana Kiyevin ərazilərindən imtina etməsi, ordusunun sayının azaldılması və NATO-ya daxil olmasının tamamilə qadağan edilməsi daxildir.
ABŞ-ın təklif etdiyi sülh planı aşağıdakıları əhatə edir:
Ukrayna Rusiya tərəfindən ilhaq edildiyini iddia etdiyi şərq ərazilərindən tam çəkiləcək, Rusiya bəzi kiçik ərazilərdə geri addım atacaq, Kiyev heç vaxt NATO üzvü olmayacaq,Ukrayna ordusu 600 min əsgərlə məhdudlaşdırılacaq, Rusiyaya qarşı sanksiyalar tədricən aradan qaldırılacaq, Rusiya aktivləri vahid mərkəzdə birləşdiriləcək və gəlirlərinin bir hissəsi ABŞ-a gedəcək, Ukraynaya "təhlükəsizlik zəmanətləri" veriləcək...
Qeyd edək ki, Putin də Ukraynanı hədələyərək sənədi imzalamayacağı təqdirdə daha çox ərazi itirəcəyini bildirib.
Bütün bunlardan görünür ki, Ukrayna Vaşinqton və Moskvanın təzyiqilə ABŞ-ın təklif etdiyi ağır sülh planını imzalamağa məcbur edilir və Kiyevin hər hansı bir təklif və ya etirazına isə heç bir şans tanınmayacaq...
TAHİR