çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qalmaqallı COP30 - Bakıdakı COP29-un möhtəşəmliyini bütün dünya gördü...

Image


2024-cü ildə Azərbaycanın ev sahibliyi ilə keçirilən COP 29 iqlim dəyişiklikləri ilə mübarizə sahəsində uzun illər davam edən qlobal səylərin ən əhəmiyyətli mərhələlərindən biri kimi tarixə daxil oldu. Bu konfrans həm təşkilati mükəmməllik, həm qlobal iqlim maliyyəsi ilə bağlı konkret razılaşmalar, həm də bərpa olunan enerji, adaptasiya, innovasiya və sosial inklüzivlik sahələrində əldə etdiyi nəticələrlə əvvəlki bir çox tədbirlərdən fərqləndi.

COP29-un uğurunun əsasında dayanan əsas amillər onun həm diplomatik, həm iqtisadi, həm də ictimai müstəvidə real təsir yarada bilən qərarlarla zəngin olması idi. Konfrans dünyanın müxtəlif çətinliklərlə üzləşdiyi bir dövrdə qlobal həmrəyliyi gücləndirməklə yanaşı, iqlim gündəliyinin gələcək onilliklər üçün əsas istiqamətlərini müəyyənləşdirdi və yeni mərhələnin başlanğıc nöqtəsinə çevrildi.

COP29-un tarixə uğurlu tədbir kimi düşməsinin ilk səbəbi onun təşkilati səviyyəsi ilə bağlı oldu. Tədbirə dünyanın yüzlərlə ölkəsindən gəlmiş minlərlə nümayəndənin rahat və təhlükəsiz şəkildə iştirakı təmin edildi. Müzakirə zalları, işçi sessiyaları, analitik mərkəz forumları, gənclər və QHT platformaları elə yüksək səviyyədə qurulmuşdu ki, müxtəlif sahələrin təmsilçiləri arasında koordinasiya və əməkdaşlıq heç bir çətinlik yaratmırdı. Konfransın logistikasının dəqiq planlaşdırılması və təşkilatı işlərin səmərəliliyi beynəlxalq ictimaiyyət tərəfindən xüsusi qiymətləndirildi. Bu, COP29-u yalnız müzakirə meydanı deyil, həm də nümunəvi qlobal tədbir standartı kimi göstərdi. COP29-un ən mühüm nailiyyətlərindən biri uzun illərdir qlobal siyasətdə ən ziddiyyətli və çətin məsələlərdən biri olan iqlim maliyyəsinin həllinə nəzərəçarpacaq şəkildə yaxınlaşması idi. İnkişaf etməkdə olan dövlətlərin “yaşıl keçid”, adaptasiya və iqlim risklərinə davamlılıq sahəsində maliyyə ehtiyaclarının qarşılanması artıq zərurət olmaqdan çıxıb, bəşəriyyətin ortaq öhdəliyinə çevrilib. COP29-da inkişaf etmiş ölkələr tərəfindən 2030-cu ilə qədər iqlim maliyyəsinin artırılması, köçürülmə mexanizmlərinin şəffaflaşdırılması və yeni fondların yaradılması barədə əldə olunan razılaşmalar konfransın ən böyük tarixi nailiyyəti hesab edildi. Bu qərarlar xüsusilə Afrika, Asiya və Latın Amerikasının iqlim problemləri ilə mübarizə aparan regionları üçün həyati əhəmiyyət daşıyırdı. COP29-un qəbul etdiyi maliyyə öhdəlikləri heç də rəsmi sənəd olaraq qalmaq üçün deyil, konkret layihələr, texnologiya transferi, təlim proqramları və ekoloji modernizasiya üçün tətbiq edilə biləcək real resurslara söykənirdi. COP29-un uğurunun daha bir mühüm tərəfi bərpa olunan enerji və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Konfrans enerji keçidi prosesində yeni istiqamətlər açdı və ölkələr arasında alternativ enerji texnologiyalarının tətbiqini sürətləndirəcək tərəfdaşlıqlar yaratdı. Günəş və külək enerjisi, hidrogen istehsalı və saxlanması, karbon tutma və istifadə texnologiyaları, enerji effektivliyi sistemləri kimi sahələrdə beynəlxalq əməkdaşlıq çərçivələri konfransda real, tətbiq edilə bilən öhdəliklərə çevrildi. Bu təşəbbüslər bir tərəfdən qlobal karbon emissiyalarının azalmasına töhfə verəcək, digər tərəfdən isə yaşıl iqtisadiyyatın genişlənməsi üçün böyük investisiya axını yaradacaq. COP29 təkcə iqlim diplomatiyası platforması olaraq qalmadı, eyni zamanda praktik enerji transformasiyası mərkəzinə çevrildi.

Konfransın qlobal miqyasda uzunmüddətli təsiri də diqqətəlayiqdir. COP29-da qəbul olunan qərarlar dövlətləri 2030-cu il iqlim hədəflərini daha ciddi şəkildə həyata keçirməyə sövq edir. Paris Sazişinin məqsədlərinə uyğun milli planların yenilənməsi, emissiyaların azaldılması üzrə yeni strategiyaların hazırlanması və iqlim risklərinin idarə edilməsində beynəlxalq koordinasiyanın gücləndirilməsi konfransın gələcək onillikdə ən böyük təsirlərindən biri kimi çıxış edir. Beləliklə, COP29 yalnız bir beynəlxalq tədbir deyil, qlobal iqlim siyasətinin yeni mərhələsinin başlanğıcı kimi tarixə yazıldı. COP29-un uğuru planetin gələcəyə daha inamla baxmasına, dövlətlərin isə iqlim öhdəliklərini daha ciddi şəkildə yerinə yetirməsinə zəmin yaratdı. Bu tədbir iqlim diplomatiyasının tarixində xüsusi yer tutaraq, qlobal həmrəyliyin gücünü bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycanın mühüm bir uğuru idi. Bu uğurun böyüklüyü Braziliyada keçirilən COP30 fonunda özünü olduqca qabarıq büruzə verir. COP30 iqlim konfransı Braziliyanın Para ştatının şimalında yerləşən Belem şəhərində 10–21 noyabr tarixlərində keçirilib. Burada çoxsaylı insidentlər tədbirə ciddi kölgə salıb. Məsələn, Belem şəhərində keçirilən BMT-nin iqlim konfransında yanğın baş verib, rəsmi tədbirlərin keçirildiyi binalardan biri alovlanıb. Yanğın altı dəqiqəyə nəzarət altına alınsa da, tədbir təşkilatçıları təhlükəsizlik məqsədilə bütün məkanı yeddi saat bağlamağa məcbur olub. Təhlükəsizlik personalı pavilyonları metal baryerlərlə qoruyub. Yanğın səbəbi ilə iştirakçılar danışıqları dayandırmalı, əşyalarını götürmək və pavilyondan uzaq otaqlara keçmək məcburiyyətində qalıblar. Bu hadisə COP30-un təşkilat və təhlükəsizlik sistemlərində bəzi çatışmazlıqların mövcud olduğunu göstərir. COP30 iqlim sammitində ənənəvi yerli geyim geyinmiş bir qrup insanın konfrans zalına basqın etməsi ilə etirazçılarla təhlükəsizlik işçiləri arasında qarşıdurma baş verib. Belə ki, rəngli tük baş geyimli onlarla insan zirvənin “Mavi Zona”ya hücum edib, bundan sonra mühafizəçilər onların qarşısını almağa cəhd ediblər. Etirazçılardan birinin əlində "Meşələrimiz satılmır” yazılmış pankart daşıdığı bildirilir. Gözləniləndən fərqli olaraq, Braziliyada keçirilən COP30-a maraq da az olub. Bir çox dünya liderləri konfransda iştirakdan imtina edib. Afrika Vətəndaş Cəmiyyətinin üzvləri isə ümumiyyətlə prosesdən kənar qalıblar. Onlar COP30-la bağlı təşkilati məsələlərdə ciddi çətinliklərlə üzləşdiklərini bəyan ediblər. Nəticədə, Belem Liderlərinin Zirvə Toplantısında az sayda təmsil olundu - cəmi 10 dövlət başçısı burada iştirak etdi, Bakıda isə 50-dən çox lider var idi. Azərbaycan paytaxtında keçirilən Liderlərin Zirvə Toplantısında qardaş Türkiyə, Özbəkistan və Qazaxıstan prezidentlərindən tutmuş Böyük Britaniyanın, Belçikanın baş nazirinə, Monqolustan, Boliviya, Mavritaniya prezidentlərinə və İordaniya Kralına qədər bir çox dünya liderləri bir araya gəldi. ABŞ bu il Belemə nümayəndə heyəti göndərmədi, halbuki keçən il Amerika nümayəndə heyəti Bakıdakı müzakirələrdə fəal iştirak etdi. COP30-da rekord sayda qalıq yanacaq lobbiçisi iştirak edib, onların sayı 1600 nəfərdən çox olub. Bu lobbiçilərin sayı, ev sahibi Braziliya istisna olmaqla, demək olar ki, hər ölkənin nümayəndə heyətlərindən çox olub. İkincisi, bölgədə yağan leysan yağışlar nəticəsində konfrans məkanını su basıb. Bir neçə xarici media orqanının məlumatına görə, bəzi nümayəndələr buna görə konfrans zallarına ayaqyalın girmək məcburiyyətində qalıblar. Almaniya kansleri Fridrix Merzin COP30 iqlim sammitinə etdiyi səfərlə bağlı təhqiramiz şərhi də yaddaşlardan silinməyib. Merz Berlində bildirib ki, onunla birlikdə səyahət edən jurnalistlər Belem şəhərini tərk edə bildiklərinə görə şaddırlar. Berlində keçirilən ticarət konfransında Merz rəhbərlik etdiyi nümayəndə heyətində heç kimin Belemdə qalmaq istəmədiyini və hamının ayrılmağa şad olduğunu söyləyib. O, xüsusilə onunla səyahət edən jurnalistləri nəzərdə tutub: “Xanımlar və cənablar, biz dünyanın ən gözəl ölkələrindən birində yaşayırıq. Keçən həftə Braziliyada mənimlə olan bəzi jurnalistlərə "Hansınız burada qalmaq istərdiniz?". Onların heç biri əl qaldırmadı ki, biz ​Almaniyaya qayıtdıq”. Braziliya prezidenti Lula da Silva kanslerə şəhərin mədəni həyatı ilə tanış olmağı tövsiyə edib. Onun sözlərinə görə, Belem kasıbdır, lakin onun sakinlərinin qonaqpərvərliyi misilsizdir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ