çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qərar verildi - Azərbaycanla sülhü pozan Ermənistan müxalifəti siyasətdən silinir...

Image


Ermənistanda siyasi sferada vəziyyətin getdikcə gərginləşməsi fonunda hakimiyyətlə müxalifət arasında kəskin ziddiyyətlər artmaqdadır. Bunlar fonunda hakimiyyətin sosial dayaqlarının hələdə güclü olması radikalüxalifəti artıq getdikə daha çox xaricdən dəstək axtarmağa vadar edir.

Mövcud vəziyyətdə Ermənistan baş naziri Nikol Paşinyan gələn il keçriləcək parlament seçkilərində ümumiyyətlə, müxalifətin siyasi səhnədən silinə biləcəyini istisna etmir. O, bunun sübutu kimi Vaqarşapatda keçirilən mer seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasının qələbəsini misal göstərib: “İndi çox müzakirə olunur ki, nə üçün Vaqarşapat seçkilərində “Vətəndaş müqaviləsi” qalib gəldi, müxalifət isə uduzdu. Bunun bir səbəbi var: müxalifət qiyamətdən danışırdı, “Vətəndaş müqaviləsi” isə həyatdan. İnsanlar sadəcə olaraq həyatı seçdilər”.

Paşinyanın fikrincə, bu, 2026-cı il parlament seçkilərində də belə olacaq: “Çünki biz birgə çox ağır sınaqlardan keçərək qiyaməti keçmişdə qoyduq. Bu gün və bundan sonra yalnız həyat var”. Müxalifətdəki “Qələbə” blokundan Vaqarşapat icmasının merliyinə namizəd Sevak Xaçatryan isə bildirib: “Niyə gözlədiyimiz səslərin yarısının yarısını belə ala bilməməyimizlə bağlı suallar digər müxalifət qüvvələrinə ünvanlanmalıdır". O hesab edir ki, Ermənistan üçün həlledici parlament seçkilərinin yaxınlaşdığını nəzərə alsaq, hər bir müxalifət qüvvəsi seçkilərin nəticələrini özü təhlil etməlidir. Xatırladaq ki, 16 noyabrda Vaqarşapat icmasına keçirilən seçkilərdə hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 48,6%-ni toplayıb. Daşnaksutyun partiyasının da daxil olduğu müxalif "Qələbə" bloku isə 31,8% səslə ikinci yeri tutub. Baş verənlərlə bağlı “armenianreport” portalı yazır: “Artıq bir neçə gündür ki, müxalifət qüvvələri Vaqarşapat mer seçkilərində niyə uduzduqlarını anlamağa çalışırlar. Hakim partiyanın əleyhdarları çılğıncasına cavab axtarırlar: bu, nə idi? Təsadüf? Bədbəxtlik? 2026-cı il parlament seçkilərində də eyni halda uduzsalar, necə olacaq? Yəni, bəlkə bazarlıq edib özlərini hakimiyyətə baha qiymətə satmalıdırlar? Ondan başlayaq ki, “seçkilərin saxtalaşdırılması” ilə bağlı bütün eyhamlar sərt reallıq tərəfindən alt-üst edilib: müxalifət əvvəldən uduzmuş vəziyyətdə olduğu üçün hakimiyyətə heç nəyi saxtalaşdırmağa belə ehtiyac yox idi. Birincisi, müxalifətin parçalanması, aydın siyasi iradə və proqramın olmaması “Vətəndaş müqaviləsi”nin əlinə işlədi. Razılaşacaqsınız ki, seçkidə qalib gəlsələr, konkret heç nə təklif etmədən hakimiyyəti sərt şəkildə tənqid edən birinə az adam səs verəcək. Hökumətin öyünməsi üçün çox şey var - istədiyimiz qədər tez olmasa da, Vaqarşapatda həyat səviyyəsi durmadan yaxşılaşır. Sosial infrastruktur yenilənir, insanların həyatı yaxşılaşır, Qarabağdan olan ermənilərin problemləri həll edilir. Struktur və konseptual dəyişikliklər sayəsində iqtisadiyyat böyüyür, bizneslər sıxışdırılmır və xidmət sektorunda sabit artım qeydə alınır. Və bütün bunlar aydın görünür; bu müsbət dəyişiklikləri hər birimiz özümüzdən hiss edirik.

Bəli, kimsə etiraz edə bilər: Bəs hakim partiyanın uduzduğu Gümrü? Xüsusilə ona görə ki, bu, 2018-ci ilin yazında Paşinyanın məxməri inqilabının başladığı həmin Gümrüdür. Amma demokratiya bunun üçündür: hökumət seçkilərin nəticələrini saxtalaşdıra bilməz və həqiqətən də istəmir. Bu, Paşinyanın dövründə mümkün oldu - bütün ziddiyyətlərinə baxmayaraq, o, hələ də qərbyönlü siyasətçidir və o, seçkilər də daxil olmaqla, əmr-nəzarət üsullarını sevmir. Cəmi səkkiz-doqquz il əvvəl Ermənistanda heç kim təsəvvür edə bilməzdi ki, Serj Sarkisyan və Respublika Partiyası ilə əlaqəsi olmayan biri ölkənin ikinci böyük şəhərində qalib gələ bilər. O vaxt heç kim seçicilərə fikir vermirdi - İrəvanda kim təsdiqləndisə, o da qalib gəldi. Amma indiki Ermənistanda səs uğrunda mübarizə ölüm-dirim mübarizəsidir. Demokratiya budur. Bu da hökumət üçün başqa bir nailiyyətdir. Lakin Gümrüdə qalib gələn müxalifət Vaqarşapatda rahatlaşdı, hakim qüvvələr isə əksinə, məğlubiyyətlərindən dərs aldılar. Nəticələr artıq məlumdur. Bu gün, demək olar ki, bütün siyasi qüvvələr əsas döyüşə – 2026-cı il parlament seçkilərinə hazırlaşır. Bəli, qarşı tərəfdəkilər hakimiyyətə meydan oxuya biləcəklərinə inanaraq cəsarətli davranış sərgiləyirlər. Ancaq yenə də müxalifətin parçalanması səbəbindən yekun nəticəyə o qədər də arxayın olmazdıq. Onlar səylərini birləşdirə bilmirlər və Paşinyanın rəqiblərinə qarşı öz düşərgəsindən əsas fiqur təyin edə bilmirlər. Məlum olduğu kimi, bu rol üçün hər kəs mübarizə aparır. Əsas pərdəarxası döyüş təbii ki, Köçəryan, Sarkisyan və Karapetyan arasında gedir. Və onların heç biri təslim olmaq niyyətində deyil - hər biri yorğanı öz üzərinə çəkir. Və bütün bu qüvvələrin yaydan əvvəl birləşəcəyinə dair heç bir əlamət yoxdur. Bu, o deməkdir ki, onların hamısı durna, xərçəng və balıq kimi seçkiyə gedəcək, səsləri parçalayaqlar. “Vətəndaş müqaviləsi” bunu yaxşı bilir, buna görə də onlar xüsusilə narahat deyillər. Üstəlik, hakimiyyət bəzi müxalif qüvvələrlə rişxəndlə açıq şəkildə sövdələşmə aparır – şanslarına real yanaşanlar növbəti Milli Məclisdə mandat müqabilində az da olsa, öz seçki resurslarını təklif edərək bazarlığa razılaşırlar. Sonda qarşıdan gələn seçkilərdə seçicilərin seçimlərini mütləq müəyyən edəcək daha bir arqument təqdim etmək istərdik. Kim nə deyirsə desin, Ermənistan Paşinyanın dövründə həqiqi suverenlik əldə edib. Bu arada müxalifət o qədər də xoş olmayan keçmişlə və Ermənistan üzərində nəzarəti bərpa etmək arzusunda olan müəyyən ölkə ilə möhkəm bağlıdır. Paşinyanın bu yaxınlarda bəyan etdiyi kimi, 2018-ci ildə Ermənistan təsir agentləri, yəni hazırkı müxalifət qüvvələri sayəsində başqa bir ölkənin cibində olub. Və bu, bəlkə də şəxsən Paşinyanın xeyrinə olan əsas arqument və 2026-cı ilin iyununda şübhəsiz uduzacaqları döyüşə hazırlaşan rus kuklalarının tabutuna son mismardır”. Bunlar o deməkdir ki, Azərbaycanla sülhə qarşı olan radikal müxalifət artıq siyasi səhnədən də silinir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ