“Gülnaz Qəmbərli sosial şəbəkədə “Orda bir jurnalist tanıyıram. O da İradə Sarıyeva” yazıb. Mənə verdiyi dəyərə görə Gülnaz xanıma təşəkkür edirəm. Amma onun diqqətinə çatdırım ki, “Bakı-Xəbər” qəzetinin kollektivi tək bircə nəfərdən - İradə Sarıyevadan ibarət deyil. Sizin bu yanaşmanız 20 ildən yuxarı bir dövr ərzində çiyin-çiyinə çalışdığım zəhmətsevər, peşəkar, qələmli iş yoldaşlarıma, qələmdaşlarımıza haqsızlıq deyilmi? Siz onları necə görməzdən gələ bilərsiniz?”
Bunu “Bakı-Xəbər”in əməkdaşı İradə Sarıyeva Facebook hesabında yazıb.
İ. Sarıyeva yazır: “Məni uzun illər bu qəzetə bağlayan yalnız fəaliyyətim üçün yaradılan şərait deyil, həm də buradakı saf, səmimi mənəvi mühitdir, sizin görmək istəmədiyiniz, yaxud görüb gördüyünüzü etiraf etmək istəmədiyiniz həmkarlarım, iş yoldaşlarım-Akif Nəsirli, Tahir Tağıyev, Günel Cəlilova, Vidadi Ordahallı, Samirə Səfərova, Nahid Salayev və başqa peşəkar qələm yoldaşlarımdır, qayıkeş rəhbərliyimdir, Aydın müəllimdir. Biz “Bakı-Xəbər”də uzun illərdir birgə işləyirik, əməyimiz, zəhmətimiz hesabına nümunəvi qəzet çıxarıb oxucu mənmunluğu qazanmışıq. “Bakı-Xəbər”in cəfakeş kollektivinin hər bir əməkdaşı mətbuatımız üçün dəyərlidir. Sizin də bunu görməyinizi istərdim!”.
Günel CƏLİLOVA